Həzrət Mühəmməd və Həzrət Cəfər Sadiqin mövludu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » Həzrət Mühəmməd və Həzrət Cəfər Sadiqin mövludu
 
 » Xəbərlər » Əlamətdar günlər » Həzrət Mühəmməd və Həzrət Cəfər Sadiqin mövludu

     
 
Xəbərlər » Əlamətdar günlər: Həzrət Mühəmməd və Həzrət Cəfər Sadiqin mövludu
 
 
Müəllif: Zehra | 20 Fevral 2011 | 12597 dəfə oxunub
http://zeka.az/1363-hjzrjt-mghjmmjdin-vj-hjzrjt-cjfjr-sadiqin-mgvlududu.html

Həzrət Mühəmmədin və Həzrət Cəfər Sadiqin mövludu 

Əziz müsəlman bacı və qardaşlarımız sizi Həzrət Mühəmmədin (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) və 6-cı məsum İmamımız Həzrət Cəfər Sadiqin mövlududu münasibətilə təbrik edirik!

Həzrət Mühəmməd (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) miladi tarixi ilə 570-ci ildə sübh çağı (Cümə günü Rəbiul-əvvəl ayının 17-də) Ərəbistan yarımadasının Məkkə şəhərində dünyaya göz açdı.

O, gənclik illərində ticarətlə məşğul olur və xalq arasında Əmin – doğruçu ləqəbi ilə tanınırdı. O həzrət 25 yaşında  Həzrət Xədicə ilə ailə həyatı qurdu və peyğəmbərliyə çatmazdan öncə hər il Hira dağında yerləşən mağarada ibadətlə məşğul olurdu.

O Həzrət 40 yaşında ikən peyğəməbərliyə çataraq bütpərəstlik və şirklə mübarizəyə qalxdı.

İlahi peyğəmbərlər dünyaya gələndən vəfat edənədək heç bir günah iş görməmiş, ilahi vəhyi (hökmləri) xalqa çatdırmaqda səhv etməmiş və bu işdə heç bir şeyi yaddan çıxarmamışlar. Bu isə təkcə iddia olmayıb, istər ağıl, istərsə də ayə və rəvayətlər vasitəsi ilə təsdiq olunur. Çünki günahkar, unudan və səhv edən şəxsin peyğəmbər olması heç də qəbul olunası bir şey deyildir. Əks təqdirdə, xalq günahkar peyğəmbərin (özü günahkar olduğuna görə) sözlərinə baxmayıb günaha batar, həmçinin səhv edib unudan (yaddaşsız) peyğəmbər isə Allah hökmünün əvəzinə xalqa yalnış hökmləri çatdırar. Bu isə ilahi peyğəmbərlərin göndərilməsi tərzi təfəküründən çox-çox uzaqdır.

Peyğəmbərlər insanları Allah ibadətinə dəvət etməyə və günahdan çəkindirmək üçün göndərilmişdir.

Bu haqda olan bir neçə ayə və rəvayətləri də diqqətinizə çatdırırıq. Qurani-Kərimdə oxuyuruq:

«Mənim əhdi-peymanıma (peyğəmbərlik və rəhbərliyə) zalım şəxslər nail ola bilməz.»

Ayrı bir ayədə isə belə buyurur:

«Şübhəsiz Allah Hüdudlarını (qayda-qanunlarını) ayaq altında qoyan şəxslər özlərinə zülm etmiş (zalımlar)-dır.»

Bizim əqidəmizə görə qədim zamanlardan indiyədək insanların doğru yola hidayət olunması üçün 124,000 peyğəmbər gəlmişdir ki, onların birincisi Həzrət Adəm (Ona salam olsun!), sonuncusu isə Həzrət Mühəmməddir (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!). Bu peyğəmbərlərdən 29-nın adı Qurani-Kərimdə zikr olunmuşdur ki, bu haqda Nisa surəsinin 163 və 134, Ənam surəsinin 84-86, Ənbiya surəsinin 85, Hud surəsinin 50, 61, 84, həmçinin Fəth surəsinin 29-cu ayələrinə baxa bilərsiniz.

Allah tərəfindən göndərilmiş 124.000 peyğəmbər heç də bir-biri ilə bərabər olmamış, məqam və mənzilətdə bir-birləri ilə fərqlənmişlər.

Qurani-kərimdə buyurur:

«Bu ilahi elçilərin bəzisini bəzisindən üstün etdik.»

İlahi peyğəmbərlərdən yalnız 5 nəfəri «Ulul-əzm» peyğəmbərlər kimi tanınmış və bunun səbəbi onların şəriət və dinlərinin bütün dünya üçün gəldiyi və asimani kitaba malik olmalarından ibarətdir.

Ulul-əzm peyğəmbərlərin daha üstünü isə İslam peyğəmbəri Həzrət Mühəmməddir (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!). O, Həzrət (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) buyurur:

«Mən Cəbrail, Mikail, İsrafil və Allahın bütün yaxın mələklərinin üstünü, xalqın daha yaxşısı və Adəm övladlarının seyyidi və ağasıyam.»

Qurani-kərim həzrət Mühəmmədə (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) nazil olduğu kimi qalmış və heç bir təhrifə məruz qalmadan bizim əlimizə çatmışdır.

Həzrət Mühəmməd (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) peyğəmbərlərin sonuncusu və üstünü olduğu kimi, İslam dini də dinlərin sonu, üstünü və əbədisidir. Həqiqətdə İslam dininin zühur etməsi ilə sair dinlər öz etibarlarını itirmişlər.

Həzrət Mühəmməddən (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) sonra isə heç bir peyğəmbər gəlməyəcəkdir. Qurani-Kərimdə oxuyuruq:

«Mühəmməd (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) (Allah elçisi olub), sizlərdən Heç birinizin atası deyildir. Lakin o, Allahın elçisi və peyğəmbərliyi xətm edən (sona çatdıran)-dır və Allah hər bir şeydən agahdır.»

Həzrət Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) vəfat edərkən buyurdu:

«(Bilin ki,) məndən sonra heç bir peyğəmbər gəlməyəcək və sünnəmdən sonra başqa bir sünnə (davranış) olmayacaqdır.»

Hər kəs (bunun əksini) iddia edərsə, sözləri batil və insanı Cəhənnəm əzabına düçar edən bid'ətdir. Beləliklə belə şəxsləri öldürüb onlarla mübarizəyə qalxın və bilin ki, belə şəxslərə itaət edənlərin yeri Cəhənnəm odu olacaqdır.»

Qurani-Kərimdə buyurulduğu kimi, bəzi vaxtlar eyni zamanda iki şəxs peyğəmbərlik etmiş, amma onlardan biri digərinə tabe olmuşdur ki, həzrət İbrahim və həzrət Lutu buna misal vurmaq olar.

Biz müsəlmanlar İslam dini və Həzrət Mühəmmədin (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) sair dinlər və peyğəmbərlərdən üstün olmasına inanmaqdan əlavə, bütün ilahi dinlər, peyğəmbərlər və onlara gələn ilahi kitablara dərin hörmət bəsləyirik.

Qurani-Kərimdə oxuyuruq:

«Allah elçisi ona nazil olanlara iman gətirmişdir və möminlər də hamılıqla Allaha, onun mələklərinə, göndərdiyi (asimani) kitablara və peyğəmbərlərə iman gətirərək deyərlər: Allahın göndərdiyi peyğəmbərlərin heç birinin arasında fərq qoymarıq və (möminlər) hamılıqla deyərlər: Biz Allahın fərmanını eşidib (ona) iman gətirdik. İlahi, biz Sənin bağışlamağını istəyir və Sənə tərəf qayıdacağımızı bilirik.»

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Zehra87 (21 Fevral 2011 09:53)



Qrup: İstifadəçi
Tarix: 21.02.2011
Allah razi olsun.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.