Orduda baş vermiş dəhşətli facıə » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Orduda baş vermiş dəhşətli facıə
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Orduda baş vermiş dəhşətli facıə

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Orduda baş vermiş dəhşətli facıə
 
 
Müəllif: Carchi | 21 Fevral 2011 | 12336 dəfə oxunub
http://zeka.az/1366-orduda-bae-vermie-djhejtli-facdj.html

Orduda baş vermiş dəhşətli facıə

Azərbaycanda hərbi hissələrin birində 7 əsgər ölüb

Azərbaycan Müdafiə Nazirliyinin Murovdağdakı N saylı hərbi hissəsində silahlı insident zamanı Milli Ordunun 7 əsgəri ölüb. Fevralın 20-si səhər 09:00 radələrində hərbi hissənin əsgəri xidməti silahı ilə digər əsgər yoldaşlarını öldürüb. Məlumata görə, silahlı insident zamanı həmin əsgərin özü də ölüb. Hazırda hadisə yerində prokurorluq orqanlarının əməkdaşları hadisənin başvermə səbəbini araşdırır. Hadisə ilə bağlı hələlik Müdafiə Nazirliyi rəsmi məlumat yaymayıb.

Azərbaycandakı hərbi hissədə ölən əsgərlərin siyahısı açıqlanıb

Azərbaycan Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu hərbi hissədə baş verən silahlı insidentlə bağlı birgə məlumat yayıb.

Fevralın 20-də saat 9.40 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrinin birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş vermişdir. Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun əməkdaşları birgə təhqiqat aparmaq üçün hadisə yerinə ezam olunmuşlar. Cinayət işi qaldırılmış, istintaq araşdırmasının nəticəsinə uyğun əlavə məlumat veriləcəkdir.

Hadisə zəminində Quliyev Naib Fəxrəddin oğlu (1992 Beyləqan RHK 04.2010), Cavadzadə Cavid Vəkil oğlu (1991 Mingəçevir RHK 01.2010), Suanverdiyev Nurlan Radfel oğlu (1991 Ağdam RHK 04.2010), Xocberov Ramazan Abdulla oğlu (1992 Balakən RHK 04.2010), Kərimov Əfqan Yaşar oğlu (1991 Balakən RHK 10.2009), Hüseynov Əhməd Əhmədalı oğlu (1992 Ağcabədi RHK 01.2010), Quliyev Zakir Etibar oğlu (1991 Yasamal RHK 01.2010) dünyalarını dəyişmişlər. FaktXeber





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 1
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.