“Hicab - bizim dinimizin əmrlərindən biridir” » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » “Hicab - bizim dinimizin əmrlərindən biridir”
 
 » Xəbərlər » Həftə içi xəbərlər » “Hicab - bizim dinimizin əmrlərindən biridir”

     
 
Xəbərlər » Həftə içi xəbərlər: “Hicab - bizim dinimizin əmrlərindən biridir”
 
 
Müəllif: Carchi | 22 Fevral 2011 | 12251 dəfə oxunub
http://zeka.az/1367-vhicab-bizim-dinimizin-jmrljrindjn-biridirv.html

“Hicab - bizim dinimizin əmrlərindən biridir”

Bütün Qafqazın şeyxi Azərbaycan məktəblərində hicaba dəstək kampaniyasını siyasi hesab edir

"Azərbaycanın dövlət məktəblərində hicabdan imtinanın əleyhdarları bu məsələni əsassız olaraq siyasi müstəviyə keçirməyə çalışırdılar". Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə belə hesab edir.

“Əlbəttə, hicab - bizim dinimizin əmrlərindən biridir və mən onun qadağası ilə razılaşa bilmərəm. Amma iş orasındadır ki, bu belə qadağa deyildi, məsələ vahid məktəbli formasının tətbiqində idi. Vahid məktəbli forması dünyanın bir çox ölkələrində mövcuddur, bizdə də tətbiq edilir və hicab ona tam əlavə edilə bilərdi”, - deyə A.Paşazadə Bakıda Fransa səfiri Qabriyel Kellerlə görüşdə bildirib.

Qafqaz müsəlmanlarının dini liderinin fikrincə, “müəyyən qüvvələr vahid məktəbli forması məsələsini siyasi müstəviyə keçirməyi çox istəyir”.

A.Paşazadənin sözlərinə görə, Azərbaycanda vəziyyətin pozulmasında maraqlı olanlar “vəziyyəti pisləşdirməyə başladılar, hazırda sosial bazaya malik olmayan ölkə müxalifəti vəziyyətdən istifadə edərək əhalinin inanclı hissəsini bayraqlar altına cəlb etməyə hazırdır”.

Eyni zamanda, dini lider bir daha vurğulayıb ki, hicab taxılmasına rəsmi qadağa olmayıb və ölkə prezidenti İlham Əliyev “hər zaman inanclıların ehtiyaclarına diqqətlə yanaşıb”ANS





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: minimumin (23 Fevral 2011 10:15)



Qrup: İstifadəçi
Tarix: 12.01.2011
Camaat deyir "Mustafa", camaata deyirlər "mus-mus". Ay-hay!
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.