Magistraturaya qəbulun nəticələri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Magistraturaya qəbulun nəticələri
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Magistraturaya qəbulun nəticələri

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Magistraturaya qəbulun nəticələri
 
 
Müəllif: Carchi | 23 Fevral 2011 | 12253 dəfə oxunub
http://zeka.az/1369-magistraturaya-qjbulun-njticjljri.html

Magistraturaya qəbulun nəticələri 

Nəticələr TQDK-nın internet səhifəsində yerləşdirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci il fevralın 20-də Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumilikdə 26 binada təşkil olunmuş imtahan saat 14:00-da başlayıb və 2 saat 30 dəqiqə ərzində aparılıb.

Nəticələr bu gün saat 18:30-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib. Bakalavrlar topladıqları ballar haqqında məlumatı "İmtahancell" xidmətindən də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 16510 bakalavr qeydiyyatdan keçib. Ötən il bu rəqəm 15362 olub. Onlardan 356 nəfər imtahana gəlməmişdir. İmtahanda iştirak etmiş bakalavrlardan 19 nəfəri qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub.

Qəbul imtahanının I mərhələsinin nəticələrinə görə:

1) İxtisaslaşma seçimi cədvəlinə uyğun İİM və HSM istiqamətlərinə daxil olan ixtisaslaşmaları (xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar istisna olmaqla) topladığı bal 50-dən az olmayan bakalavrlar seçə bilərlər.

2) İxtisaslaşma seçimi cədvəlinə uyğun TM, TTM, MM, TEM və ETM istiqamətlərinə daxil olan ixtisaslaşmaları topladığı bal 45-dən az olmayan bakalavrlar seçə bilərlər.

3) İxtisaslaşma seçimi cədvəlinə uyğun ATM istiqamətinə daxil olan ixtisaslaşmaları topladığı bal 40-dan az olmayan bakalavrlar seçə bilərlər.

4) İxtisaslaşma seçimi cədvəlinə uyğun HSM istiqamətinə daxil olan xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları topladığı bal 40-dan az olmayan bakalavrlar seçə bilərlər.

Qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə əlaqədar müraciətlərə 2011-ci il fevralın 23 - dən 26-dək Apelyasiya Komissiyası tərəfindən baxılacaq. “İxtisaslaşma seçimi cədvəli” Magistr jurnalının 3-cü sayında yaxın günlərdə dərc olunacaq. Lent.az





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.