Azərbaycanda intiharların səbəbi açıqlanıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanda intiharların səbəbi açıqlanıb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanda intiharların səbəbi açıqlanıb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycanda intiharların səbəbi açıqlanıb
 
 
Müəllif: Carchi | 23 Fevral 2011 | 12676 dəfə oxunub
http://zeka.az/1371-azjrbaycanda-intiharlardn-sjbjbi-agdqlandb.html
Azərbaycanda intiharların səbəbi açıqlanıb 
Azərbaycanın baş psixiatrı intiharların əksərən sosial problemlər səbəbindən baş verməsi fikri ilə razı deyil.
Respublikanın baş psixiatrı, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri Gəray Gəraybəyli Trend-ə müsahibəsində bildirib ki, Skandinaviya ölkələri, İsveçrə dünyanın inkişaf etmiş ölkələri sırasında olsa da, bu ölkələr intiharların sayına görə ilk sırada durur. Bu ölkələrdə intiharlar Azərbaycanla müqayisədə 10 dəfədən artıqdır.
Onun sözlərinə görə, hər bir yaş qrupunda intiharların baş verməsi müxtəlif səbəblərlə əlaqədardır.
"Uşaqlar, yeniyetmələr, gönclərdə və yaşlılarda intiharların səbəbləri və realizə formaları müxtəlifdir. Cavan yaşlarda bir çox emosional problemlər intihara səbəb olur. Bu, xüsusən də ailə-sevgi münasibətləri zəminində yaranan problemlər zamanı müşahidə olunur. Bu səbəblər yaşlılara xas deyil. Yaşlı insanlar üçün daha çox tənhalıq, ağır somatik xəstəliklər, maddi problemlər xarakterikdir", - Gəraybəyli vurğulayıb.
Baş psixiatr deyir ki, tədqiqatların nəticələrinə görə, müharibələr, hərbi gərginlik zamanı intiharlar, kəskin stress nəticəsində yaranan reaksiyalar azalır. Müharibədən sonrakı illərdə gecikmiş reaksiya kimi depressiyaların, stress hallarının, intiharların artması müşahidə olunur.
Gəraybəyli bildirib ki, insan beyninin qəbul etdiyi informasiyanın çoxluğu və azlığı intiharların baş vermə səbəbləri sırasındadır.
"İnsanın beyni müəyyən qədər informasiyanı qəbul etməkdə çətinlik çəkir. İnformasiya azlığı da insan psixikasına təsir göstərir", - o, deyib.
İnsanlararası münasibətlərin məhdudlaşmasının da bu sırada yer aldığını deyən həkimin sözlərinə görə, insanlar daha çox diqqəti maddi, iqtisadi məsələlərə yönəltdiyindən ailəsinə, ətrafına diqqət yetirmir, ailəsindəki problemlərdən uzaq düşür.
İntiharların qarşısının alınmasında ünsiyyətin böyük rol oynadığını deyən psixiatr qeyd edib ki, Skandinaviya ölkələrinin əhalisi azdanışan, özünəqapanan olduğu üçün onlar arasında özünə qəsd halları daha geniş yayılıb.
"Bizim xoşbəxtliyimiz ondadır ki, insanları bir-birinə yaxınlaşdıran milli, dini ənənələrimiz, mərasimlərimiz var, yaxınlarımızın xeyir-şərində iştirak edirik. Bu tendensiya saxlanılmalıdır. İnsan tənha olanda intihara daha çox meyl edir, nəinki ona təsəlli verən, ona kömək edən insanlar arasında olanda. Bugünkü həyat insanları ya işə, ya kompyuterə, internetə bağlayıb. Bunun nəticəsində insanların bir-biri ilə ünsiyyəti azalır, tənhalığa meyl edir", - Gəraybəyli əlavə edib.
Onun sözlərinə görə, intiharların baş verməsində irsi faktorun da rolu daxılmazdır.
"Psixi pozgunluğu olan şəxsin nəslində intihar edən olubsa, həmin şəxsə qarşı diqqətli olmaq tələb olunur. Bu şəxslərdə intihar riski böyükdür. Həmçinin tənhalıq, işsizlik, xəstəlik insanı intihara daha da yaxınlaşdırır. İntihara qərar vermiş insan son anda onu bu həyatda saxlaya biləcək tək bir tel axtarır. Bunu tapmayanda özünə qəsd edir.
Biz yasadığımız mühitlə bir çox saplarla bağlıyıq. İnsanın işdə problemi ola bilər, işsiz ola bilər, ancaq gözəl ailəsi, dostları olarsa, intihar riski azdır. Bir insanda bunların heç biri, onu həyata bağlayacaq tək bir səbəb olmayanda intihar edir", - Gəraybəyli deyib.
Psixiatr bildirib ki, XXI əsr psixatriya və psixi sağlamlıq sahəsində özünü depressiya və intiharların artması ilə göstərdi.
Son illər intihar və depressiya hallarının artdığını vurğulayan Gəraybəylinin fikrincə, Azərbaycanda bu sahədə vəziyyətin daha acınacaqlı, kritik həddə olması fikri yanlışdır.
"2008-ci ilin statistikasına görə, Azərbaycan intiharların sayına görə, keçmiş sovet ölkələri sırasında sonuncu yerlərdədir. Dünyada birinci yerdə Çin dayanır. Avropada bir çox ölkələr - Skandinaviya ölkələri, son illər Macarıstan xüsusi fərqlənir. Rusiya stabil olaraq 2-3 və bəzən 4-cü yeri tutur. Azərbaycan dünyaya hərtərəfli inteqrasiya edən ölkədir. Bütün dünya cəmiyyətlərində baş verən tendensiyalar Azərbaycanda da var və bu, təbiidir. Ona görə də intiharların Azərbaycanda da artımını müşahidə edirik.
Azərbaycanda intiharların artma səbəbini iki tendensiya ilə əlaqələndirən psixiatr hesab edir ki, sovet dövründə intihalarla bağlı məlumatlar gizli saxlanılırdı və bu sahədə yazmaq qadağan olunmuşdu. Bu, o demək deyildi ki, o vaxtlar intiharlar olmurdu.
"İndi intiharlarla bağlı məlumatların yayılmasına qadağa yoxdur. Belə məlumatların yayılma üsulları kifayət qədərdir. Həm də intiharların aşkar olunması göstəricisi artıb", - Gəraybəyli vurğulayıb.
Baş psixiatr hesab edir ki, ilk olaraq yeniyetmə və gənclər arasında intiharların azaldılması üçün tədbirlər görülməlidir.
"Onların tam formalaşmamış düşüncələri, psixikası var. İlk qarşılaşdıqları çətinlik onlar tərəfindən çox böyük problem kimi qəbul edilir. Bu nöqteyi-nəzərdən bu məsələdə psixoloqların rolu böyükdür. Məktəblərdə psixoloqların işləməsi vacibdir. Çətin uşaqla söhbət aparılmalı, uşaqların problemləri üzə çıxarılmalıdır", - o, deyib.
İntiharın realizə üsullarına toxunan psixiatr bunun insanın intellektindən, ona yaxın olan üsullardan, əlinin altında olan vasitələrdən asılı olduğunu deyir.
"Beynəlxalq tədqiqatların nəticələrinə görə, intiharlar həkimlər arasında daha çox dərman yolu ilə, hərbçilər arasında odlu silah, kənd sakinləri arasında asmaq, çaya atmaq, yandırmaq yolu ilə həyata keçirilir", - Gəraybəyli vurğulayıb.
Hazırda depressiyaların, affektiv pozuntuların sayının həddən artıq geniş yayıldığını vurğulayan həkim deyib ki, depressiyanın ən ağır fəsadı intihardır.
Depressiyadan, psixi pozuntulardan əziyyət çəkənlərə öz problemlərini gizlətməməyi tövsiyə edən psixiatr onlara həkimə, psixiatra müraciət etmələrini məsləhət görür.
"Depressiyanın müalicəsi var. Depresiyadan, psixi pozuntulardan əziyyət çəkən insanların ətrafında olanlara məsləhətim budur ki, həmin şəxslərə xəstə kimi yanaşsınlar. Onlara qarşı diqqətli olsunlar", - Gəraybəyli qeyd edib.
Yeniyetmələrə qarşı xüsusən diqqətli olmağı tövsiyə edən həkim deyir ki, yeniyetmələr bir çox faktorlar altında inkişaf edir.
"Yeniyetmələr məktəbdə, ailədə, internetdə tamam fərqli hallarla üzləşirlər. Onlardan qısa zamanda doğrunu yalandan seçməyi tələb etmək düz deyil. Onlar müxtəlif mənbələrdən aldıqları informasiyalar arsında doğru seçim edə bilmirlər. Yeniyetmələri düzgün istiqamətə yönəltəmək üçün müəllim, məktəb psixoloqu, valideyn tərəfindən diqqət lazımdır", - Gəraybəyli bildirib.Trend




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.