Möhkəm ailənin səbəblərinin şərhi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Möhkəm ailənin səbəblərinin şərhi
 
 » Din » Əxlaq » Möhkəm ailənin səbəblərinin şərhi

     
 
Din » Əxlaq: Möhkəm ailənin səbəblərinin şərhi
 
 
Müəllif: Zehra | 24 Fevral 2011 | 12715 dəfə oxunub
http://zeka.az/1374-mghkjm-ailjnin-sjbjbljrinin-ejrhi.html

Möhkəm ailənin səbəblərinin şərhi

Cəmiyyətdə əxlaqi və mənəvi dəyərlərin möhkəmlənməsinin əsas amillərindən biri də, ailə təməlinin düzgün və möhkəm şəkildə qoyulmasıdır. Bu dəyərli quruluşun sağlam təməllərlə möhkəmlənməsi üçün ailə bağlarının iki əsas ünsür – məhəbbət və paklıq üzərində köklənməsi zəruridir.

İslami hədislərə əsasən, dostluq öz-özlüyündə bir növ ailə bağı kimidir. Necə ki, İmam Əli (Ona salam olsun!) buyurur: "Dostluq (bir növ) qohumluqdur."

Başqa bir hədisdə isə buyurur: "Dostluq qohumluğun ən yaxın növüdür."

Həzrət Əli (Ona salam olsun!) qohumluq əlaqəsinin özünün də dostluğa ehtiyacı olması haqda belə buyurur: "Hər qohumluğun dostluğa ehtiyacı var."

Əsl həqiqətdə ailə bağları məhəbbət və dostluq olmadan həqiqi mənasını itirmişdir. Necə ki, Həzrət Əli (Ona salam olsun!) buyurur: "Dostun sənin qardaşındır. Bir halda ki, qardaşın sənin dostun deyildir."

Həmçinin, dini inanclar və ailə həyatının müqəddəsliyinə olan inam, ailə qurmaqda əsas və yaradıcı rola malikdir. Çünki mənəvi dəyərlərə sayğısız və ailə müqəddəsliyinə inanmayan, yalnız maddiyyat fikrində olan şəxslərlə birlikdə yaşayıb dostluq etmək heç də güvənc və etibar vəd etmir. Həzrət Əli (Ona salam olsun!) buyurur: "Dünya qullarının dostluğu süst olur. Çünki onun təməlləri (səbəbləri) süstdür. (Amma) axirət qullarının dostluğu möhkəm olur. Çünki onun təməlləri möhkəmdir."

Başqa bir hədisdə buyurur: "(Həqiqi) dindarların dostluğu çox gec pozular, o, əbədidir."

Sonsuz hikmət sahibi olan aləmlərin Rəbbi təbii olaraq iki insanın (ər-arvadın) məhəbbətini bir-birinin qəlbində yerləşdirərək ailə təməllərinin möhkəmlənməsinə şərait yaratmışdır: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və

mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!"  

Bununla da, Allah-təala evlilik həyatına mənəvi dəyər bağışlayaraq ailə həyatının müqəddəs olmasına təkid etmişdir.

Deməli, ailədə məhəbbət və paklığa səbəb olan hər bir şey bu müqəddəs quruluşu möhkəmləndirir. Ailədə məhəbbət və paklığın azalmasına səbəb olan hər bir şey isə bu müqəddəs quruluşun süstlüyünə və dağılmasına bais olur.

Möhkəm ailə quruluşuna sahib olmaq üçün ilk addım İslam dinində ailə qurmaq üçün nəzərdə tutulmuş qayda-qanunlara riayət etməklə atılır.

Peyğəmbərimizin (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) və Əhli-beytin (Onlara salam olsun!) hədislərində ailədə məhəbbət və paklığı möhkəmləndirmək üçün olduqca dəyərli göstərişlər mövcuddur.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.