Nəfs>cihaz=nəfs » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Nəfs>cihaz=nəfs
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Nəfs>cihaz=nəfs

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Nəfs>cihaz=nəfs
 
 
Müəllif: Carchi | 25 Fevral 2011 | 12274 dəfə oxunub
http://zeka.az/1375-njfscihaznjfs.html

Nəfs>cihaz=nəfs

İnsanın həddindən çox yeməsini təyin edən ilk cihaz yaradılmışdır

Tokioda yeni cihazın təqdimatı keçirilmişdir. Yaponiyada döşəmə tərəziləri və yüksək dəqiqlikli ölçü cihazları istehsalçısı kimi ixtisaslaşmış “Tanita” şirkətində yaradılmış bu cihaz çox yemənin dərəcəsini ani təyin etməyə imkan verir.

İnsanın əlində asanlıqla yerləşən, silindrik formalı aparat qanın tərkibindəki şəkərin səviyyəsinə əsasən, çox yemənin dərəcəsini bir anda müəyyən edir.

Aparatın maye kristal ekranında dərhal əks olunan göstəriciyə əsasən, insan çox yediyini, yoxsa orqanizmin həqiqətən lazım olan enerji ehtiyatını bərpa etdiyini biləcəkdir.

İstehsalçıların məlumatına görə, dünyada belə cihazların analoqu yoxdur. Yeni cihazın həm çox yeməyə meyilli olanlara, həm də ciddi pəhriz saxlamağın tərəfdarlarına kömək etməlidir, çünki o, yeməkdə məhdudiyyətin təhlükəsiz dərəcəsini müəyyən etməyə imkan verir.

Yeni cihazın qiyməti təxminən 100 dollar olacaqdır. Şirkət onu iki ildən sonra Yaponiyada satışa çıxarmaq niyyətindədir.

İnsanın daxili orqanlarındakı piyin miqdarını ev şəraitində təyin etmək üçün, həmçinin orqanizmdə əzələlərin, piyin və sümüklərin faiz nisbətini müəyyən edən cihaz da dünyada ilk dəfə “Tanita” şirkətində hazırlanmışdır.

Bu araşdırmaların nəticələrinin çoxu döşəmə tərəziləri istehsalında tətbiq edilir. AzərTAc

Bu cihaz güya insana Allah tərəfindən verilən nəfsin funksiyasını daşıyır.Süni  nəfsin isə insanın kamillyində heç bir rolu ola bilməz. Gəlin özümüzü aldadmadan öz təbii nəfsimizi islah edək.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: minimumin (25 Fevral 2011 11:16)



Qrup: İstifadəçi
Tarix: 12.01.2011
Hə... Azərbaycan "həkimlərinin" çörəyin yavaş-yavaş əlindən alırlar.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.