Lətifələr » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Lətifələr » Lətifələr
 
 » İstirahət » Lətifələr » Lətifələr

     
 
İstirahət » Lətifələr: Lətifələr
 
 
Müəllif: muslim | 18 İyul 2009 | 13341 dəfə oxunub
http://zeka.az/14-l601tif601l601r.html

Bu gün əlinə qələm  tutanların vəzifəsi bəşəriyyəti pozğunluqdan, xurafatdan, batil və puç fikirlərdən nicat verib onları uca insanlıq zirvəsinə çatdirmaqdır. Dediyimiz hədəflərə nail olmaq üçün muxtəlif yollardan istifadə etmək olar, məsələn: şer, xütabə, film, teatr, dastanlar və s.

O cümlədən o üsullardan biri də lətifələr və gülməli əhvalatlardır ki, özünə məxsus cazibəsi vardır. Lətifə ya məzəli əhvalatlar bəzi adamların fikirləşdiyinin əksinə olaraq mümkündür bizi güldürməsin,    amma mühüm bir nöqtəni oxucu və ya dinləyicilərə rahat və cazibəli yolla çatdırsın. Necə ki, bəzi lüğət kitablarında lətifə-incə bir mətləb, bəyənilmiş söz, gözəl nöqtə, zarafat mənasında gəlmişdir. Deməli, lətifənin bəzən bizi güldürüb, bəzən də güldürməməsi mümkündür. Ancaq güldürməsə belə bizi lətifədə deyilən nöqtə barəsində fikirləşməyə vadar edə bilər. Elə buna görə də bizim bu rublikada siz əziz oxucular bəzi vaxtlar gülməsəniz də, yeni bir nöqtə ilə tanış olacaqsınız.

Fikrimiz oxucuların boş vaxtlarını doldurmaq yox, boş vaxtlarını səmərəli keçirməkdir. Həmçinin lətifələrimizdə bunu da nəzərə almışıq ki, gətirilən lətifələr xalqımızın milli-mənəvi və dini dəyərləri ilə zidd olmasın. Necə ki, dahilərin və müdriklərin yazdığı əsərlərdə bəzi hikmətli lətifələr mövcuddur.Dini rəhbərlərimizin də müqəddəs və nurani kəlamlarında başqalarını güldürmək ya zarafatla sevindirmək müsbət bir əxlaqi xüsusiyyət kimi təriflənmişdir. Əlbəttə,əxlaq normativlərini pozmamaq şərti ilə, məs: İslam peyğəmbəri (Allahın salamı olsun ona və ailəsinə) buyurmuşdur:”Allahın yanında ən sevimli əməllərdən biri möminləri sevindirməkdir”(Kafi c. 2, səh. 189). Başqa bir yerdə: “Mən zarafat edirəm, lakin zarafat edərkən həqiqətdən başqa bir şey demirəm” (Biharul-ənvar c.16/298)  . İmam Sadiq (Allahın salamı olsun ona) buyurmuşdur: “Zarafat etmək əxlaqın və xoş rəftarın gözəlliklərindəndir. Sən bu yolla qardaşlarını sevindirirsən. Peyğəmbər də zarafat etməklə yanındakıları sevindirmək istərdi”(Biharul-ənvar c.16/298).Dediklərimizə əsasən, lətifələrdə aşağıdakı nöqtələri  nəzərə almışıq:

 

1. Təlim - tərbiyə əsasında olsun və elmi  fayda versin.

2.  Yorğunluğumuzu aradan aparıb bizi ruhlandırsın.

3. Lətifələr ədəb qaydalarına uyğun olub söyüş, yalan,lağlağıdan uzaq olsun; milli-mənəvi, dini ənənələrimizə, dəyərlərimizə istehza , töhmət, qeybət və bəzi xalqları ya millətləri məsxərə etməsin.

4. Cəmiyyətimizin bütün təbəqələri üçün faydalı olsun.

5. Oxuduqda bizi  fikirləşməyə vadar etsin.

6. Müxtəlif mərasimlərdə deyilən qeyri-əxlaqi lətifələrin yerinə istifadə edilsin.

 

Lətifə

 

Müəllim və tələbə

 

Müəllim Muhəmməddən soruşur: Niyə dərsə gecikmisən?

Cavab: Anam xəstə idi, onun üçün dərman almağa getmişdim.

Əhməddən soruşur: Sən niyə gecikmisən?

Cavab: Evdə saatımız səhv idi və mən ona əsasən evdən çıxdım.

Cəfərdən soruşur: Sən niyə gecikmisən?

Cavab: Başım ağrıyırdı.

Firuddindən soruşur: Bəs sən niyə ağlayırsan?

Cavab: Bütün demək istədiyim bəhanələri onlar dedilər, mənim üçün bəhanə qalmadı.

 

    Uşaqlarımıza doğru danışmagı öyrədək! Peyğəmbər(Allahın salamı olsun ona və onun ailəsinə) buyurub: "Bütun pislikləri bir otağa yığsan onun açarı yalandir."              





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 8)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.