Kasıb və varlı problemi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Kasıb və varlı problemi
 
 » Sağlamlıq » Psixologiya » Kasıb və varlı problemi

     
 
Sağlamlıq » Psixologiya: Kasıb və varlı problemi
 
 
Müəllif: Zaur | 1 Noyabr 2009 | 13668 dəfə oxunub
http://zeka.az/141-kas305b-v601-varl305-problemi.html
alt

“Kasıb və varlı” problemi cəmiyyətdə dəbdə olan gündəlik söz-söhbətlərdən və daimi qadın qeybətlərindən biridir. Bu problem qədim tarixə malik sosial problemdir. Əksər hallarda kiminsə kasıb, kiminsə varlı olması çox tezliklə nəzəri cəlb edir. Bu məsələ məişətdə, küçədə, ümumiyyətlə, hər yerdə hiss olunur. Bu da təbiidir. Bizim anladığımız “kasıblıq” və “varlılıq” məfhumları ilk növbədə xarici görünüşlə təsdiqlənir. Gəlin bu problemə daha ətraflı yanaşaq.

KASIB VƏ VARLI

Kasıb və varlı problemi təkcə güzəran məsələsi deyildir. Sən demə, bu problemi elm də araşdırmağa çalışır, yəni kasıb niyə kasıbdır, varlı niyə varlı? Bəzi psixoloqların gəldikləri nəticələrə görə, heç də kasıb və varlı olmaq təkcə həyatın, taleyin işi deyil. Burada həm də fərdi xarakterik xüsusiyyətlər tələb olunur, yəni kasıb kasıbçılıq xüsusiyyətlərinə, varlı isə varlılıq keyfiyyətlərinə malikdir.

Buradan belə bir nəticə çıxır ki, onda Zeynalabidin Tağıyevin əvvəl kasıb olması təsadüfi bir hadisə imiş, o, varlı psixologiyasına malik olduğu üçün sonradan varlanıb. Bəlkə də bu elmi mülahizədə həqiqət var, məsələn, elə hallar olur ki, kasıb bir şəxsin bəxti gətirir və əlinə çoxlu pul keçir. Nəticə nə olur? Pulu düzgün şəkildə xərcləməyi belə bacarmayıb sərhədləri keçir və el arasında “sonradan görən” ləqəbi ilə tanınır.

Deməli, kiminsə kasıb, digərinin varlı psixologiyasına malik olması həqiqət ola bilər, lakin burada bir əmma ortaya çıxır, o da həyatda heç nəyin təsadüfi olmamasıdır. Bizə elə gəlir ki, varlanmaq istəyən ağıllı insan hər hansı şəraitə uyğun yaşamağı bacarmalıdır. Sadəcə olaraq ciddi, ağıllı, məsuliyyətli və iradəli olmaq lazımdır. Görünür Tağıyev də belə birisi olub.

Burada bir məsələni də qeyd etməyə dəyər. O da fərdi həyat tərzi, daxili istək və xarakterlə bağlıdır. Belə insanlar var ki, onların öz həyatı və maraqları olur. Varlanmaq və yaxud kasıb olmaq bu həyat tərzinə və maraqlara daxil olmur. Bu tipli insanları həyatda kasıblıq və varlılıq çox az, bəzən isə ümumiyyətlə, maraqlandırmır. Onlar öz həyatlarını yaşayırlar.

ƏSL-NƏCABƏT MƏSƏLƏSİ

 “Oğul, atan fəhlə olduğu üçün yəqin sən də fəhlə olacaqsan”. Ürəyi dolmuş kasıbın, fəhlənin tez-tez oğluna baxıb könül yanğısı ilə söylədiyi bu sözlərin dəfələrlə şahidi olmuşuq. Amma bu bir həqiqətdir ki, bu dünyada heç kəs fəhlə və ya kasib olmaq istəmir. Lakin təəssüf ki, əsli-nəcabəti yalnız fəhlə və kasıblardan ibarət çoxlu nəsillər var. Deməli, kasıb və varlı olmaq üçün həm xarakterik, həm genetik keyfiyyətlər də müəyyən mühüm əhəmiyyətə malik olur.

BİR NEÇƏ MƏSLƏHƏT

Bəs sən nə vaxt varlanacaqsan? Bu işdə qismən sizə kömək etmək, məsləhətlər vermək mümkündür. Varlanmaq üçün aşağıdakı ilkin xüsusiyyətlərə malik olmalısınız:

· pula heç vaxt əl çirki kimi baxma;

· pulu halal zəhmətlə qazan və halal qazandığından hörmət et;

· işdə ciddi ol, daim çalış, maliyyə sirlərini kimsəyə demə, eşq macəralarından uzaq gəzməyə çalış;

· qənaətcil ol, qəpiyinin qədrini bil, lakin heç vaxt qənaətlə xəsisliyi səhv salma;

· pullu yox, həm mənəvi, həm də maddi baxımdan varlı insan olmağa çalış, çünki elə pullular var ki, onların varlı olmasından çoxlarının xəbəri yoxdur. Tale elə gətirir ki, sonralar pullarının kim tərəfindən xərclənməsindən heç özlərinin də xəbəri olmur.

Unutma: nə olursansa ol, amma əsl insan olmağı və Böyük Allahı heç vaxt unutma! Dünya malı və dövləti heç vaxt səni və qəlbini kor etməsin. Əks halda tezliklə cəzalanaraq həm bu dünyanı, həm də əbədi olacaq o biri dünyanı itirəcəksən.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 4)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.