Yerin tavanı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Yerin tavanı
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Yerin tavanı

     
   
 
Müəllif: Zaur | 2 Noyabr 2009 | 12937 dəfə oxunub
http://zeka.az/142-yerin-tavan305.html
alt

Yerin tavanı

Allah-Taala “Ənbiya” surəsinin 32-ci ayəsində buyurur: Səmanı (yerdən ötrü və onun üstünə düşməsin deyə) qorunub saxlanılan bir tavan etdik. Halbuki (kafirlər) ayələrimizdən (vəhdət və qüdrətimizi sübut edən dəlillərdən) üz döndərirlər.”

Ayədəki sözlərin izahı:

1. “Əs-səma”  Quranda müxtəlif mənalarda işlənibdir. Bu ayədə “səma” sözü “yer kürəsinin ətraf fəzası” mənasındadır (yəni, yer kürəsini əhatə etmiş hava qatları, elmi dildə desək, Yeri hər tərəfdən əhatə etmiş atmosfer qatları).

2. “məhfuzən” – qorunub saxlanılan, möhkəm saxlanılan (əgər tavan möhkəm olarsa, o, qoruyucu rolunu oynayacaq).

Ayədəki incəliklər:

1. Yer kürəsinin tavanı vardır. Başqa sözlə desək, asimana (atmosfer qatları) -Yerin ətrafındakı hava qatlarına nə üçün tavan deyilir? Bu sualı araşdıracağıq.

2. Yeri tavanı qoruyur, yəni korlanıb sıradan çıxmağa qoymur. Məlumdur ki, atmosferlə hər gün milyonlarla cisim toqquşur (hər gün yer səthinə doğru milyonlarla meteoridlər uçub gəlir, atmosfer isə yeri onların dağıdıcı təsirindən qoruyur). Lakin bu toqquşmanın nəticəsində atmosferə heç bir zərər dəymir və atmosfer yad cisimlərin Yerə təsirinin qarşısını alır (Quran buyurur ki, Yerin ətrafındakı hava qatları qoruyucudur, lakin mümkündür ki, insanın fəaliyyətləri onu pozsun. Qeyd etmək lazımdır ki, atmosferin stratosfer qatındakı azon təbəqəsi qeyri-normal insan fəaliyyətlərinin təsiri nəticəsində nazilir. Bu da Yerin canlılar aləminə böyük ziyan vurur. Əgər insanlar bəzi zərərverici qazlardan istifadə etməsə, azon təbəqəsi öz təbii qalınlığını yenidən əldə edəcək).

3. Bəzi insanlar bu yaradılışa və Allahın qüdrətiylə onun vücuda gəlməsinin hikmətinə diqqət yetirmirlər.

Ayədəki mövcud möcüzənin şərhi:

Hər bir evin tavanı bir neçə faydaya malikdir:

1. Evin tavanı başqa şeylərin evə daxil olmasının qarşısını alır.

2. Evin tavanı və ya damı içəridəki temperaturu qoruyur və evin içindəki enerji və istiliyin bayıra çıxmasına mane olub, içəridəki hərarətin sabit qalmasına səbəb olur.

3. Səs dalğalarının çoxunun evdən bayıra çıxmasına maneə yaradır.

İndi görək səmanın, yəni Yerin ətrafındakı hava qatlarının (atmosferin) evin damına oxşarlığı vardırmı? Yeri hər tərəfdən qalın hava qatları (atmosfer) əhatə edir. Hava qatları yerin səthindən yuxarıya doğru 100 kilometrlərlə uzanır. Bu hava qatları bir çox qazların qarışığından təşkil olunmuşdur. Bunlardan azot, oksigen, arqon, karbon, su buxarı və başqalarını göstərmək olar (bizi əhatə edən hava əsasən, iki qazın qarışığından 78/03 azotdan (hidrogen) və 20/99 oksigendən ibarətdir).

Həmin hava qatları böyük həcmli qalınlığa malik olmaqla yanaşı, Yer kürəsini qoruyan möhkəm bir tavana bənzəyir. Hər gün milyonlarla göy cisimləri (meteoridləri) Yer səthinə doğru gəlir. Onlar Yer sakinləri üçün böyük fəlakətlər yarada bilər, lakin hava qatları (atmosfer) yeri onların dağıdıcı təsirindən qoruyur (göy cisimləri atmosferə daxil olanda Yer səthinə çatmamış hava ilə sürtünmə nəticəsində alışıb yanır). Bu da insanlar üçün təhlükəsiz həyat sürməyə imkan yaradır.

Yaxşı olar ki, Quranın 1400 il bundan əvvəl vermiş olduğu bu möcüzəvi xəbərlə bağlı müasir alimlərin də fkirlərini nəzərdən keçirək.

Biofizik Frank Alen yazır:

“Yerin səthində qazlar çox qalın qatlardan ibarətdir. Bu da hər gün atmosferə hər saniyədə 50 kilometr sürətlə daxil olan milyonlarla göy cisimlərinin, eyni zamanda onların yer kürəsi üçün yarada bildiyi fəlakətlərin qarşısını alır. Atmosferin faydalarından biri də Yerin səthindəki temperaturun dərəcəsini həyat tərzinə uyğun olaraq qoruyub saxlamaqdır. Atmosfer yaşayış üçün zəruri olan suyu və suyun buxarını okeanlardan quruya köçürdür. Əgər belə olmasaydı, bütün qitələr yaşayış üçün heç də sərfəli olmayan quraqlığa çevrilərdi.

Hər gün milyonlarla göy cisimləri (meteoridlər) yer səthinə çatmamış alışıb yanır və ya buxara çevrilirlər. Lakin göy cisimlərinin bəzilərinin həcmi və ağırlığı həddindən artıq çox olduğu üçün az hallarda onlardan ayrılmış parçalar hava qatlarından keçib yerə çata bilir. O cümlədən, 1908-ci ildə “Sibir” adıyla məşhur olmuş səma cismi yerin səthinə düşərək 40 km məsafəni əhatə etmiş və böyük fəlakətə səbəb olmuşdur. Amerikada Arizonaya isə başqa bir səma cismi düşmüşdür. Onun diametri bir kilometrə və hündürlüyü 200 metrə çatırdı. Meteorid yerə düşərkən böyük bir yarıq yaratmışdır. Səma cisminin partlayışı ilə çoxlu kiçik parçalar ətrafa dağılmış və yerin səthini örtmüşdür.”

Kersi Morisen yazır:

“Hər gün milyonlarla göy cisimləri yer səthinə doğru uçub gəlir və yerə çatmamış səmanın hava qatlarında partlayaraq alışıb yanırlar. Lakin əgər hava qatları hazırkı vəziyyətdən daha çox seyrək olsaydı göy cisimləri yerin səthini dəlik-dəlik edərdi...

Səmadakı hava qatları qalın olduğu üçün Günəşdən Yerin səthinə çatan şüaları tənzimləyərək bitkilərin inkişafını təmin edir, zərərli şüaları məhv edib faydalı vitaminlər yaradır.”

Beləliklə, Quran bu fəzanı asiman, Yerin ətrafındakı hava qatlarını isə qoruyucu tavan adlandıraraq, insanların çox-çox sonralar əldə etdikləri elmi məlumatı onlara 1400 il bundan öncə çatdırmışdır.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.