Sən müsəlmanmısan ey səudiyyəli?! » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Sən müsəlmanmısan ey səudiyyəli?!
 
 » Din » Əxlaq » Sən müsəlmanmısan ey səudiyyəli?!

     
 
Din » Əxlaq: Sən müsəlmanmısan ey səudiyyəli?!
 
 
Müəllif: Rago | 22 Mart 2011 | 12454 dəfə oxunub
http://zeka.az/1433-sjn-mgsjlmanmdsan-ey-sjudiyyjli.html

Sən müsəlmanmısan ey səudiyyəli?!

Yenə "müsəlmanlar" qan tökür…

Hər bir müsəlman öz sahib olduğu əqidəsindən  asılı olmayaraq bilir ki, müsəlmanın qanını tökmək haramdır, amma əsrlərdir özünə müsəlman deyən və bir dəfəlik pisixi sarsıntılar keçirən "müsəlman dövlətləri " bu ilahi qanunu unudub müsəlman qanları ilə elə onların yurd yuvasının yuyulmasına başlayıblar. Neçə illərdir Əfqanistan, İraq, Fələstində tökülmüş qanlar bir vaxt çox müsəlman dövlətinin etirazına səbəb olmadı, susdular ya susduruldular, dilləri qarınlarına düşdü ya öz mənfətlərinə görə susdularsa da Allah onların cəzasını haqsızlığa göz yumduqlarına görə verəcək (Amin!). Amma bu gün onların gördüyü iş lap dəhşətlidir : Liviya prezidenti (yaxud monarxı) Müəmmar Qəzzafi öz vətəndaşlarının qanını tökdü və buna soyuqqanlılıqla "onlar cəzasın aldılar” – dedi. Onu (Qəzzafi) İslamdan kənar olması nədi insanlıqdan çixması ilə bağlı tənqid etsəm yeri var. Bir növ Qəzzafiyə tutaq ki, "haqq qazandırdıq" xarici qüvvələrin təsiri ilə öz dövlətinə arxa çevirən "xainlər"i cəzalandırıb biz keçdik günahından,  indi Allahın onu bağışlaması üçün əlləri havaya qaldırıb dualar edək?!...  Bəs bu Səudiyyə Ərəbisatanına necə haqq qazandıraq ki, özümüz də bu yalana inanaq? Gəl gir başqa bir müsəlman dövlətinin ərazisinə və burda müsəlmanları qır və adını da qoy siyasi sabitliyin bərqərar olunması üçün Bəhreyn dövlətinə yardım?!... Heç inandırıcı deyil bu, elə sizin İslamda olmağınız kimi !

Bu müsəlmanlar nə vaxt qəflətdən ayılıb bir ətraflarında olan hadisələrə baxıb görəcəklər ki, bu ixtişaşlar, bu üsyanlar, qırğınlar, bu hakimiyyət üstündə mubarizə ancaq müsəlman dövlətləri üzərində "əsdirilən süni küləkdir"? Əgər hadisələrə kənardan baxmağı öyrənməsə bu dinin nümayəndələri elə öz qanını tökməyə davam edəcək... İpləri pərdə arxasında olan "qəhrəmanlar"ın əlində cəmləşmiş və öz istədikləri kimi kuklaları oynadacaqlar... Ziyan yenə bizimdir: tökülən müsəlman qanı, ağlar qalan analar, anasız qalan balalar, şikəst qalan yüzlərlə insan, göyə qalxan ah-nalə, bu insanların başına gələnlərdə Allahin ədalətinin olmamasını düşünən gənc və bir o qədər dini tanımayanlar, həyata küsənlər, həyatını itirmişlər və dünyasını və axirətini zay etmiş susan müsəlmanlar...

Lazım olanı etdik,  amma bu onlara lazım olan idi, bizə yox! Bizsə hələ özümüzə nə lazım olduğunu  bilmirik...

Allah günaha düşməməkdə yardımçımız olsun ki, biz də azanlardan, zay edənlərdən olmayaq (Amin!)





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.