Zəlzələnin vahiməsi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Zəlzələnin vahiməsi
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Zəlzələnin vahiməsi

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Zəlzələnin vahiməsi
 
 
Müəllif: Carchi | 11 Mart 2011 | 12160 dəfə oxunub
http://zeka.az/1434-zjlzjljnin-vahimjsi.html

Zəlzələnin vahiməsi

Yaponiyada baş verən zəlzələ və onun doğurduğu dağıdıcı hadisələrin nəticələri bir sıra alimləri bədbin proqnoz verməyə sövq edib. Alimlər ilbəil yer kürəsində seysmik aktivliyin artıdığını əsas gətirərək dövlətləri daha diqqətli olmağa çağırırlar. Azərbaycan da daxil olmaqla, bütün bəşəri ölkələr təbiətin bu sərt üzünə hazır olmalıdır. Bununla bağlı fikirlərini Azərbaycanın tanınmış elm adamı, professor Budaq Budaqov ANS-ə müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanda 9 balla qədər zəlzələ ola bilər. Alim deyir ki, buna görə də aparılan tikintilərə nəzarət olmalıdır: “Mən o zaman Azərbaycanın rayonlarına gedəndə görürdüm ki, bir nəfər əlinə bir bel alıb özünə ev tikir. Kənardan baxıb deyirdim ki, bu ev tikmir, özünə qəbir tikir. Çünki onun tikdiyi evdə nə sement var idi, nə də ki, digər materiallar”.

 B. Budaqovun sözlərinə görə, bu gün Azərbaycanda aparılan tikintilər 9 ballıq zəlzələyə uyğun gəlməlidir: “Xəzər dənizində Yaponiyada olduğu kimi dəhşətli bir zəlzələnin olması gözlənilmir. Ümumlikdə, Azərbaycanda zəlzələ gözlənilmir. Amma bu vulkan püskürməsi ilə ola bilməz. Çünki Azərbaycanda olan vulkanlar ancaq palçıq vulkanlarıdır. Yəni bizdə sunaminin olması da gözlənilmir. Amma bununla belə sahil zonasında gücləndirilmiş tədbirlər və işlər aparmaq lazımdır”.  ANS




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.