Ay Yerə ən yaxın məsafədə » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Ay Yerə ən yaxın məsafədə
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Ay Yerə ən yaxın məsafədə

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Ay Yerə ən yaxın məsafədə
 
 
Müəllif: Carchi | 18 Mart 2011 | 12688 dəfə oxunub
http://zeka.az/1436-ay-yerj-jn-yaxdn-mjsafjdj.html

Ay Yerə ən yaxın məsafədə

Bəzi alimlər insanları mart ayının 19-da diqqətli olmağa çağırıb. 18 ildən sonra bu tarixdə Ay Yerə ən yaxın məsafədə olacaq. Bəzi elm nümayəndələri hesab edir ki, bu hadisə dünyanın dörd bir yerində şiddətli təbii fəlakətlərə, zəlzələ və sunamilərə səbəb olacaq. Çünki Ay 19 martda Yerin sadəcə 356 min 578 kilometr məsafəsindən keçəcək. Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev ANS-ə bildirib ki, Ayın bu dəfə Yerə yaxınlaşmasının fərqli xüsusiyyətləri olacaq. Müxtəlif illərdə Ay Yerə yaxınlaşsa da, heç bir zaman Ayın bədirlənmiş formada Yerə yaxınlaşması müşahidə olunmayıb.

Astrofizikin sözlərinə görə, Ay 2008-ci ildə də Yerin 350 min 570 kilometirliyindən keçib. Növbəti Ay keçməsi isə 2016-cı ildə baş verəcək. Bu isə Ayın Yerə ən yaxın keçməsi olacaq. Elçin Babayev deyir ki, Ayın Yerə yaxın keçməsindən təşvişə düşmək lazım deyil. Bu, adi astronomik hadisədir. Bu dəfə Ay Yerə yaxınlaşanda daha parlaq olacaq.

“Bu dəfə Ay Yerə daha yaxın keçir. Bu özü də nadir hadisədir ki, Ay bədirlənmiş, yəni bütöv formada keçəcək. 15 faizə qədər disk görünəcək. Ayın parıltısı 30 faiz olacaq. Bunun özünə əsrarəngiz astoronomik hadisə kimi baxmaq olar. Amma təşvişə səbəb görmürəm”, - deyə Elçin Babayev vurğulayıb.

Mütəxəssis eyni zamanda bildirir ki, Ayın Yer ətrafında fırlanması da yavaşlamağa başlayıb. Elçin Babayev Ayın Yerə yaxınlaşması ilə təbii fəlakətlərə, zəlzələ və sunamilərin olacağına inanmır. Onun sözlərinə görə, Yaponiyada baş verən zəlzələnin Ayın Yerə yaxınlaşması ilə əlaqəsi yoxdur. Amma fəallığını artıran tək Ay deyil. Günəş də son zamanlar fəallaşıb. Proqnozlara görə, yaxın 2-3 ildə Günəş özünün maksimum mərhələsinə çatacaq. Bundan isə insanlar deyil, texnika zərər görəcək. Enerjinin verilişində problemlər yaranacaq. Texniki cihazların fəaliyyəti iflic olacaq.

 Astroloq Firidun Qurbansoy isə deyir ki, Günəş özünün inkişafını martın 19-da da göstərəcək. O, insanları bu təbiət hadisəsindən təlaşa düşməməyə çağırır. Astroloq Novruz bayramı günü hər kəsi sadəcə təbiətin şıltaqlaşmaması üçün dua etməyə çağırıb. Qeyd edək ki, Ayın Yerə yaxınlaşması 1955-ci, 1974-cü, 1992-ci və 2005-ci illərdə olub. Həmin illərdə təbii fəlakətlər baş verib. ANS




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.