Müəllim yoxsa işgəncə verən » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Lətifələr » Müəllim yoxsa işgəncə verən
 
 » İstirahət » Lətifələr » Müəllim yoxsa işgəncə verən

     
 
İstirahət » Lətifələr: Müəllim yoxsa işgəncə verən
 
 
Müəllif: Muslim | 4 Noyabr 2009 | 12900 dəfə oxunub
http://zeka.az/144-m252601llim-yoxsa-i351g601nc601-ver601n.html

alt

Müəllim Həsəni vurduqdan sonra onun ağlamağını görüb dedi: Artıq-əskik səs salma. Mən səni çox istədiyimdən və sənə olan hədsiz məhəbbətimdən vurdum.

Həsən: Mən elə buna görə narahatam. Hər dəfə məni vuranda belə şirin sözlər deyirsiniz. Kaş ki, mənim də bir gün sizin bu məhəbbətlərinizin əvəzini çıxmağa qüdrətim çataydı.

Elmi təhsil ocaqlarında bəzi vaxtlar müəllim və şagirdlər arasında elə hadisələr baş verir ki, valideynlərin bu işə qarışmasına, hətta işin məhkəmələrə qədər gedib çıxmasına səbəb olur. Bu yaxınlarda Amerikanın Nyu-York şəhərinin orta məktəblərinin birində baş verən hadisə hamını sarsıtdı. Rəsmxətt müəllimi sinifdə 6 yaşlı şagirdin barmağını qayçı ilə kəsdi. Dəfələrlə bəzi müəllimlərin uşaqları söydüyünün, vurduğunun, yaxud əlində olan kitab-dəftər və ya başqa bir şeyi şagirdə tərəf tulladığının şahidi olmuşuq. Sanki sinif dərs öyrətmək mərkəzindən döyüş meydanına çevrilmişdir. Hüquq baxımından kimlərin kimləri isə vurmasının bu bəhsdə araşdırılması çox uzun çəkər. Amma biz tərbiyəvi və psixoloji baxımdan məsələyə diqqət etsək görərik ki, evdə atanın və məktəbdə müəllimlərin uşaqları (xüsusilə az yaşlı uşaqları) güya ədəbləndirmək məqsədi ilə vurub-döyməsi heç bir fayda yetirmir. Əksinə, uşağın gələcəkdə şəxsiyyətinin formalaşmasına mənfi təsirlər qoyur, hətta uşaqların tərbiyəsini də çətinliklərlə üzləşdirir. Evdə atadan və ya sinifdə uşaqların müəllimdən müəyyən qədər qorxması və yersiz şıltaqlıqlardan çəkinmələri üçün üzün turşudulması, acıqlı baxışlar və s. kimi sadə tənbehedici üsullardan istifadə etmək lazımdır. Amma heç vaxt təhqiredici və vurmaq kimi üsullardan istifadə etmək olmaz. Psixoloqlar bütün insanlarla davranışda bir neçə şeyin nəzərə alınmasını deyirlər. Onlardan ən mühümü yaş həddinin nəzərə alınmasıdır. Necə ki, əsrlərdir hikmətli sözləri dünyanı bəzəyən əziz Peyğəmbərimiz buyurub: “Uşaqlarınızla uşaq kimi rəftar edin”, yəni siz özünüzü onlarla uşaq kimi aparın. (“Necə davranaq”). Böyüklər özlərini ağır aparmalıdırlar, lakin uşaqlara çatanda onlarla uşaq kimi rəftar etməlidirlər. Bu həm ailədə və həm də məktəbdə nəzərə alınmalıdır.

Uşaqlara olunan hörmətsizliklər müəllimlərin özlərinin də alçalmasına və hörmətlərinin aradan getməsinə səbəb olur. Şəxsən öz gözlərimlə gördüyümü desəm, orta məktəbin 6-7-ci sinfində oxuyarkən müəllim pis sözlərlə sinif yoldaşımızı təhqir edib, ona möhkəm sillə vurmasından sonra şagirdin də ona cavab olaraq vurduğu sillə heç də yüngül olmadı. Müdriyyət və valideynlər işə qarışdılar. Nəticədə isə bütün bunlar müəllimin təhqirindən başqa heç bir fayda vermədi.

Əlbəttə, əqidəmiz budur ki, şagirdlər “müəllimlik” vəzifəsinin üstün bir vəzifə olduğuna diqqət etməli, müəllim səhv etsə də ona qarşı kobudluq etməməlidirlər.  Müəllimlər də öz müqəddəs vəzifələrindən sui-istifadə etməməlidirlər.

Diqqətinizə çatdırırıq ki, bu yazdıqlarımız bütün müəllimlərə deyil, səhvlərə yol verib vəzifəsini düzgün yerinə  yetirməyənlərə aiddir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 10)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.