Təyəmmümün hökümləri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Təyəmmümün hökümləri
 
 » Din » Əhkam » Təyəmmümün hökümləri

     
 
Din » Əhkam: Təyəmmümün hökümləri
 
 
Müəllif: Kerbalayi_Rovshan | 7 Mart 2011 | 12442 dəfə oxunub
http://zeka.az/1441-maidj-surjsinin-altdncd-ayjsinj-vj-bgygk-mgctjhidljrin-fjtvalardna-istinadjn-hj.html

Təyəmmümün hökümləri

Maidə surəsinin altıncı ayəsinə və böyük müctəhidlərin fətvalarına istinadən hər hansı bir namaz qılan  şəxs üçün müəyyən müşküllər ( xəstəlik, suyun olmaması vəya zərərli olması və sair kimi…) meydana çıxarsa namazını dəstəmaz və qüsülla yox təyəmmümlə qılmalıdır.

Təyəmmümün qaydası 

1. Hər iki əlini birlikdə təyəmmümə səhih olan şeylərin üzərinə vurmaq.

2. Hər iki əlini birlikdə alnının yuxarı hissəsində tük bitən yerdən alının iki tərəfi və qaşlar da daxil olmaqla burunun üstünə qədər çəkmək.

3. Sol əli sağ əlinin sağ əli isə sol əlinin üstünə çəkmək.

Təyəmmümdə səhih olan şeylər

1. Torpaq

2. Qum

3. Daş növləri: Qara daş, mərmər daşı, gips, əhəng(bişməmiş halda)

    Əqiq və firuzə kimi cəvahiratlara təyəmmüm etmək batildir.

  Bir neçə məsəslə:

1. Dəstəmaz əvəzinə alınan təyəmmümlə qusl avəzinə alınan təyəmmüm arasında niyyətdən başqa bir fərq yoxdr.

2. Dəstəmazı batil edən şeylər təyəmmümü də batil edir.

3. Cənabət quslu əvəzinə alınan təyəmmümdən sonra namaz üçün  dəstəmaza ehtiyac yoxdur.

4. Təyəmmüm edən bir insan Quran oxuya bilər, məscıdə girə bilər namaz da qıla bilər.

5. Dəstəmazla səhih olan işlər dəstəmaz əvəzi alınan təyəmmümlə də səhihdir.

6. Təyəmmüm edən zaman barmaqda olan üzük çıxarılmalıdır.

7. Təyəmmüm də digər əməllər kimi qürbətən -iləllah yerinə yetirilməlidir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.