Dəstəmazın hökümləri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Dəstəmazın hökümləri
 
 » Din » Əhkam » Dəstəmazın hökümləri

     
 
Din » Əhkam: Dəstəmazın hökümləri
 
 
Müəllif: Kerbalayi_Rovshan | 22 Mart 2011 | 12441 dəfə oxunub
http://zeka.az/1442-djstjmazdn-hgkgmljri.html

Dəstəmazın hökümləri

Ey iman gətirənlər, namaza durarkən üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Maidə surəsi, ayə 6

Dəstəmaz suyunun və dəstəmaz alınan qabların bir sıra şərtləri vardır. Hər bir namaz qılana  bu şərtləri bilmək vacıbdır.  Cünki bu şərtlər olmasa dəstəmaz batildir. İnşallah onlardan bir neçəsini qeyd etmək istəyirik.

1. Dəstəmaz suyu pak olmalıdır. (nəcis olmamalıdır)

2. Dəstəmaz suyu mubah olmalıdır ( qəsbi olmamalıdır)

3. Dəstəmaz suyu mütləq olmalıdır( muzaf olmamalıdır)

4. Dəstəmaz alınan  qab mubah olmalıdır

5. Dəstəmaz alınan qab qızıl və gümüş qab olmamalıdır.

6. Dəstəmaz əzaları pak olmalıdır, suyun əzalara çatmasına maneə olmamalıdır

7. Dəstəmaz zamanı tərtibə riayət olunmalıdır

8. Muvalata riayət olunmalıdır, yəni əməllər arasında çox fasılə salınmamalıdır.

9. İnsan şəxsən özü dəstəmaz almalıdır. Başqalarından kömək almaq caiz deyil.                                                                                    

10. Sudan istifadə etmək ona zərəri olmasın

11. Qürbət qəsdi ilə dəstəmaz alınsın.

Dəstəmaz vaxtı müstəhəb olan dualar

Müstəhəbdir ki, dəstəmaz alan şəxsin nəzəri suya düşəndə desin:

Bismillahi və billahi vəl-həmdu lillahilləzi cəələl-maə təhurən və ləm yəcəlhu nəcisa

(Allahın adı ilə. Həmd olsun Allaha ki, suyu pak edici qərar verib nəcis qərar vermədi.)

Dəstəmazdan qabaq əllərini yuyanda desin:

Allahumməcəlni minət-təvvabinə vəcəlni minəl-mütətəhhirin.

( İlahi, məni tövbə edənlərdən, pak olanlardan qərar ver!)

Ağzına suyu dolandırdıqda ( yənu məzməzə edəndə ) desin:

Allahummə ləqqini hüccəti yovmə əlqakə və ətliq lisani bizikrikə.

(İlahi, Səninlə görüşdüyüm gün hüccətimi mənə təlqin et! Və dilimi Sənin zikrinlə danışdır!)

İstinşaq (yəni suyu buruna çəkdiyi) vaxtı desin:

Allahummə la tuhərrim ələyyə riyhəl-cənnəti, vəcəlni mimmən yəşummu riyhəha və rəvhəha və tiybəha.

(İlahi, mənə cənnət iyini haram etmə və məni cənnətin iyini iyləyənlərdən qərar ver!)

Üzünü yuyanda desin:

Allahummə bəyyiz vəchi yovmə təsvəddu fihil-vücuh və la tusəvvid vəchi yəvmə təbyəzzu fihil-vücuh.

(İlahi və Rəbbi, üzlərin qara olduğu gün, mənim üzümü ağart və üzlərin ağ olduğu vaxt mənim üzümü qaraltma!)

Sağ əlini yuyanda desin:

Allahummə ətini kitabi bi yəmini vəl-xüldə fil-cənani biyəsari və hasibni hisabən yəsira.

(İlahi, mənim əməl kitabımı sağ tərəfdən əta et və cənnətlərdə əbədi qalmağı əta et və mənim hesabımı yüngül hesablardan qərar ver!)

Sol əlini yuyanda desin:

Allahummə la tutini kitabi bi şimali və la min vərai zəhri və la təcəlha məğlulətən ila unuqi və əuzu bikə müqəttiatin-niyran.

(İlahi mənim əməl kitabımı sol əlimə və arxa tərəfdən vermə və əməl kitabımı boynumdan asılı halda qərar vermə! Mən odun parçalarından Sənə pənah aparıram!)

Başına məsh çəkdiyi vaxt desin:

Allahummə ğəşşini birəhmətikə və bərakatikə və əfvikə.

(İlahi və Rəbbi! Məni Öz rəhmət, bərəkət və əfvinlə ört!)

Ayağına məsh edəndə desin:

Allahummə səbbitni ələssirati yovmə təzillu fihil-əqdamu vəcəl səi fima yurzikə ənni, ya zəl-cəlali vəl-ikram.

( İlahi və Rəbbi! Qədəmlərin lərzəyə gəlib sürüşdüyü gündə məni Siratda sabit qədəm et və səyimi Sənin məndən razı olduğun şeylərdə qərar ver, ey Cəlal və İkram sahibi!)





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.