Çindən görünməmiş yeni nüvə reaktoru planı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Çindən görünməmiş yeni nüvə reaktoru planı
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Çindən görünməmiş yeni nüvə reaktoru planı

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Çindən görünməmiş yeni nüvə reaktoru planı
 
 
Müəllif: Carchi | 27 Mart 2011 | 12234 dəfə oxunub
http://zeka.az/1445-gindjn-ggrgnmjmie-yeni-ngvj-reaktoru-pland.html

Çindən görünməmiş yeni nüvə reaktoru planı

Yapon mühəndislər AES krizisi ilə məşğul olduqları bir vaxtda, Çində bəzi mütəxəssislər daha keyfiyyətli və güvənilən hesab etdikləri, olduqca fərqli reaktor üzərində işləyirlər.

Çinlilərin hazırladığı yeni texnologiyanın Sarı Dənizdə yerləşən yarımadadakı reaktorlarda istifadə olunması planlaşdırılır. Dünyada "Fukuşima" AES-də baş verən faciədən sonra nüvə enerjisinin gələcək taleyi müzakirə olunsa da, Çin hökuməti reaktorların istehsalını yaxın zamanlarda başlmağı planlaşdırır.

Yaponiyada hal-hazırda radiasiya sızıntısına səbəb olan ənənəvi yanacaq çubuğundan fərqli olaraq, Çin yeni reaktorlarda yüzminlərlə sayda bilyard şarı böyüklüyündə, hər biri şəffaf və yumşaq olan uran kürəcikləri istifadə edəcək. Yeni texnologiya sayəsində AES-də problem yaranarsa və AES-in fəaliyyətini dayandırmaq lazım gələrsə, reaktor öz-özünə dayanacaq və heç bir ərimə olmayacaq.

Bununla yanaşı, reaktorlar su sistemi ilə deyil, partlamaq ehtimalı olmayan helium qazı vasitəsilə soyudulacaq. Bildiyimiz kimi, Yaponiyada "Fukuşima-1" AES-də partlayışdan sonra əsas problem su sistemi ilə soyudulmağa başlayyanda oldu. Çinli mütəxəssislərin hazırladığı reaktorların bir üstünlüyü də o olacaq ki, bu reaktorlar öz istiliyini yox etmə qabiliyyətinə malik olacaqlar.

Yeni reaktorlar hazırlana bilərsə, Pekin yaxın illərdə onlarla belə reaktor inşa etməyi planlaşdırır. Qeyd edək ki, bu texnologiya, əslində, yenilik deyil. Belə ki, daha əvvəllər Almaniya, Cənubi Afrika və ABŞ da bu texnologiyanı sınaqdan keçirmiş, lakin maliyyə çatışmazlığı və texniki problemlər səbəbilə layihə tamamlanmamışdı.

Bu layihə Çin hökuməti tərəfindən də dəstəklənib. Hökumət inşaat üçün lazım olan vəsaitin 30%-ni ödəməyi öhdəsinə götürüb. Yaponiyada baş verənlərə baxmayaraq, Çin hökuməti yaxın 5 ildə təxminən 50 reaktor inşa etməyi planlaşdırır. /"Hürriyet", Türkiyə/





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 4
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.