Allahpərəstlik məktəbilə materializm məktəbini ayıran nöqtələr » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 4-ü, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Allahpərəstlik məktəbilə materializm məktəbini ayıran nöqtələr
 
 » Din » Əqidə » Allahpərəstlik məktəbilə materializm məktəbini ayıran nöqtələr

     
 
Din » Əqidə: Allahpərəstlik məktəbilə materializm məktəbini ayıran nöqtələr
 
 
Müəllif: Zaur | 28 Mart 2011 | 12408 dəfə oxunub
http://zeka.az/1446-allahpjrjstlik-mjktjbilj-materializm-mjktjbinin-ayrdldddd-ngqtjljr.html

Allahpərəstlik məktəbilə materializm məktəbinin ayrıldığı nöqtələr

Öncəki yazımızda bu iki məktəbin oxşar yönlərini qeyd etmişdik, indi isə onların ayrıldığı nöqtələri qeyd edirik.

Materialist deyir: ” Varlıqların əcza və zərrələrini təhlil etdikdən sonra bu qənaətə gəlirik ki, indiki aləm böyük bir partlayışın nəticəsidir. Partlayışdan sonra aləm – saysız hərəkətli və çaşqın zərrələr şəklində fəzada mövcud idi. Bir sıra reaksiya və hətəkətlərdən sonra hal-hazırkı Günəş sistemi formasında meydana çıxdı.”

Allahpərəst isə deyir: “Maddə aləmindəki varlıqlar saysız zərrələrdən yaransalar da qeyri-münəzzəm hərəkətlər, ardıcıl reaksiyalar və öz-özünə baş verən partlayış əzəmətli və fövqəladə hikmətə sahib bir qüvvənin müdaxiləsi olmadan nizam-intizamlı bir aləm yarada bilməz.”

Hal-hazırkı nizam-intizamlı aləmin bir partlayışın nəticəsi olması nəzəriyyəsi eynilə buna bənzəyir ki, biz heç bir şüurlu alimin iştirakı olmadan bir kitabın çap olunduğunu iddia edək. Aydındır ki, hər hansı partlayış bir kitabı yarada bilmədiyi kimi varlıq aləmi də sadə bir partlayışdan əmələ gələ bilməz. Bu aləm alim bir müəllifin əsəridir.

Materialist deyir ki, Günəşin ətrafına dolanan planetlər və Yer kürəsi vaxtilə vahid şəkildə birləşmiş yanar kürə idi (yəni onlar ayrı-ayrı planetlər şəklində mövcud deyildi). Sonra planetlər parçalar şəklində bu kürədən ayrıldı və zaman keçdikcə onların şöləsi azalıb planet şəklini aldı.

Allahpərəst deyir ki, fəvqəladə elmə, şüura, qüdrətə malik iqtidarlı bir alimin xətti olmasa və bu iqtidar sahibi özünəməxsus tədbirlə planetləri bir-birindən ayırmasa, onları cəzbetmə və dəfetmə qüvvəsinə tabe etməsə, bu iki qüvvəni planetləri süquta doğru cəzb olunmaqdan qoruyacaq şəkildə tənzimləməsə varlıq aləmindəki bu nizam mümkün olmazdı. Varlıq aləmini təsadüfia partlayışın nəticəsi hesab edənlər zəlzələnin tam şəraitli bir bina tikməsini uyduran kəsə bənzəyir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 4
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.