Xürrəm Sultan » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Xürrəm Sultan
 
 » Elm və mədəniyyət » Dahilər » Xürrəm Sultan

     
 
Elm və mədəniyyət » Dahilər: Xürrəm Sultan
 
 
Müəllif: Zehra | 7 Mart 2011 | 16035 dəfə oxunub
http://zeka.az/1447-xgrrjm-sultan.html

Xürrəm Sultan

Xürrəm Sultan (əsl adı Aleksandra Anastasiya Lisovskaya, Avropada tanınan adı Roksolana, Osmanlıca adı:  Sultan Hürrəm (خرم سلطان),  ərəb ölkələrində Karima, d. 1500-1506 — 18 aprel 1558) — Osmanlı dövlətinin 10-cu padşahı Sultan Süleyman Qanuninin həyat yoldaşı və sultan II Səlimin anasıdır. Osmanlı sultanı ilə nikahla evlənmiş ilk avropalı qadındır.

XVI əsr mənbələrində onun qızlıq adı haqqında etibarlı məlumat yoxdur, lakin sonrakı dövrlərdə, yəni XIX əsr Ukrayna mənbələrində adı "Anastasiya" (Nastya), polyak mənbələrində isə "Aleksandra Lisovska" olaraq verilir. Əsasən Xürrəm Sultan və ya Xürrəm "balsaq" Sultan olaraq bilinir. Avropa dillərində Roksolana, Rokselane, Rozza, Ruziak, türk dilində Xürrəm (fars. خرم - "şən insan"), ərəb dilində isə Karima (ərəb. كريمة‎ - "kübar insan") olaraq istifadə edilib. "Roksolana" onun Ukraynadan gəlmə (dövrümüzdə - Ruslana) ləqəbidir.

XVI-XVII əsr mənbələrinə görə Xürrəm ukraynalı pravoslav keşişinin qızıdır. O, keçmiş Polşa Krallığının bir hissəsi olan indiki Qərbi Ukraynanın Lvov şəhərindən 68 km cənub-şərqdə yerləşən Roqatin şəhərində dünyaya gəlib. 1520-ci illərdə o, Krım tatarları tərəfindən qaçırılaraq əvvəlcə qul ticarəti mərkəzi olan Krım şəhəri Kaffaya gətirilmiş, buradan isə İstanbula aparılmış və Sultan I Süleymanın hərəminə daxil edilmişdir.

Həyatı

İki oğlu – Şahzadə Abdullah uşaq, Mehmet isə gənc ikən vəfat etmişdilər.

Qanuni Sultan Süleymanın seçimində Mustafa, Səlim, Bəyazid və Cahangir qalmışdılar. Onların içərisində taxt-taca ən layiqli varis şahzadə Mustafa hesab edilirdi. Amma Xürrəm Sultanın taxt-tacın gələcək sahibi ilə bağlı başqa planları var idi. O, kürəkəni Rüstəm Paşa vasitəsilə şahzadə Mustafanı aradan götürmək barədə plan hazırladı. Hürrəm Sultan hər vasitə ilə sarayda baş adam olmaq istəyirdi və buna isə yalnız oğlu Bəyazidi taxta çıxarmaq yolu ilə nail ola bilərdi. Bu arada artıq qoca olan və günlərini sarayda keçirən Qanuni Süleyman vəzirini orduya komandan təyin edərək İranla döyüşə göndərdi. Bunu görən şahzadə Mustafanın ətrafındakı Hürrəm Sultana xidmət edən və onun çirkin planlarının icraçısı olan bəzi adamlar: “Atanız qocalıb, amma o, sizi öz yerinə taxta çıxarmaq niyyətində deyil. Əgər belə olmasaydı, o, sizi ordunun başına komandan qoyaraq İranla döyüşə göndərərdi. Sizin atanızın yerinə taxta çıxmağınıza mane olan isə Rüstəm Paşadır. Onu öldürsəniz, taxt-taca gedən yolunuz açıla bilər” – dedilər. Amma onlar bunun ardınca Qanuni Sultan Süleymanın yanına qaçaraq ona oğlunun atasına qarşı üsyana hazırlaşdığı barədə məlumat verdilər. Bir tərəfdən də Hürrəm Sultanın Mustafanın atasına qarşı üsyana hazırlaşdığı barədə dedikləri ilə şahzadənin yanındakı sadiq adamlarının söylədiklərinin üst-üstə düşməsi sultanın ürəyinə oğlu barədə şübhə toxumları səpmişdi. O, tədricən oğlunun onun taxtına göz dikdiyinə və bu məqsədlə ona qarşı hansısa plan hazırladığı barədə deyilənlərə inanmağa başladı. Nəhayət, qərar verdi: şahzadə Mustafa öldürüləcək. O, İrana səfərə hazırlaşdığı barədə şahzadə Mustafaya xəbər göndərərək onu yanına dəvət etdi. Heç nədən xəbərsiz şahzadə Mustafa atasının otağına daxil olar-olmaz, 8 cəllad başının üstünü aldı və o, dərhal edam edildi. Şahzadə Mustafa öldürüldükdən sonra orduda çaxnaşma başladı. Bundan narahat olan Qanuni Süleyman oğlunu öldürtməsindən dərin kədərə batdı və onun üçün yas tutmağa başladı. Eyni zamanda o, bu narazılığın səbəbkarı olan Rüstəm Paşanı vəzifəsindən götürtdü və bununla da ordudakı narazılığı, qismən də olsa aradan qaldırmış oldu. Baş verənlərə sevinən Hürrəm Sultan da öz arzusuna çata bilmədi. Şahzadə Mustafanı öldürtdükdən sonra Qanuni Süleyman baş verən olayların arxasında Hürrəm Sultanın dayandığını sövq-təbii anlamağa başlamışdı və ona artıq əvvəlki kimi etibar edə bilmirdi. Bununla belə, yenə də Qanuni Süleymanın Hürrəm Sultanın toruna düşdüyü vaxtlar olurdu. İranla müharibə də sultanın Hürrəmin toruna düşməsi üzündən baş verdi. Amma bütün bunlara baxmayaraq, Hürrəm Sultan öz istəyinə nail ola və oğlunu taxta çıxarmaq arzusuna çata bilmədi. Hürrəm Sultan Qanuni Süleymandan əvvəl öldü və onun ölümü ilə Bəyazidin taxta çıxarılması planı da pozuldu. Qanuni Bəyazidin əvəzinə Səlimi taxt-tacının varisi elan etdi. Bunu görən Bəyazid vaxtilə anasının hazırladığı plana əsasən, qardaşı Səlimi aradan götürmək üçün hərəkətə keçdi. Ancaq Qanuni Süleyman dərhal bundan xəbər tuturaq Bəyazidi ələ keçirtdi və edam etdirdi. Beləliklə, Bəyazid anasının taxt-tacı ələ keçirmək hərisliyinin qurbanı oldu. Qeyd edək ki, şahzadə Mustafanı öldürtməsini Qanuni Süleyman ömrünün sonuna kimi özünə bağışlaya bilmədi. Bu hadisədən sonra tez-tez özünə qapılaraq səhvinin ağrısını yaşayırdı. Keçirdiyi mənəvi əzablar nəticəsində sultan ürək xəstəliyinə tutulmuşdu. Sultan və Hürrəm yay aylarını İstanbulda, qış aylarını isə Ədirnədəki Qavak sarayında keçirirdilər.

Xürrəmin fitnə-fəsadlarından biri də İranla savaş, polyaklarla barış idi.

Qanuni Süleymanın yanında olaraq çox vaxt onun verdiyi siyasi qərarlarla yaxından maraqlanan Hürrəm tezliklə bu işdə öz məharətini göstərməyə başladı. 1547-ci ildə taxt-tac savaşında Osmanlıdan yardım almaq üçün İstanbula gələn İran şahzadələri Burhan Əli və Əlkaz Mirzə böyük təntənə ilə qarşılanmışdı. Bununla da Hürrəm Sultan İranla Türkiyə arasında narazılıq yaratmaq məqsədi güdmüşdü. 1548-ci ildə isə o, Qanuni Sultan Süleymanı İranla savaşa təhrik etmişdi. Əslində sultanı İranla savaşa təhrik etməklə Hürrəm padşahı saraydan uzaqlaşdırmaq və bununla da Manisadakı oğlu Səlimin dövlət idarəçiliyində daha çox təcrübə qazanmasına yardım etmək istəyirdi. O, 20 ay müddətində sultanın hərbi səfərdə olmasına nail oldu və bu müddət ərzində saraydan ölkəni idarə edərək bir sıra tədbirlər həyata keçirdi. Hürrəm Sultan bunun ardınca özü ilə eyni soydan olan lexler (polyak) və ruslarla Qanuni Süleymanın sülh anlaşması imzalamasına nail oldu. O bununla da lexlərə və ruslara böyük xidmət göstərmiş oldu. Çünki bu anlaşmaların imzalanması ilə Qanuni qədim turk yurdu olan Həştərxanın və ətrafının tamamilə, Krımın isə bir hissəsinin rusların əlinə keçməsinə imkan verdi.

 Osmanlı sarayını qana boyayan və addımbaşı fitnə-fəsad toxumu səpərək ölkəyə ağır zərbələr vuran, dünya tarixində ən adil hökmdarlardan biri kimi tanınan Qanuni Sultan Süleymanı belə, yolundan çıxararaq onu öz oğlunu öldürməyə təhrik edən Hürrəm Sultan ağır xəstələnmişdi. O, sarayda rahatlıq içində yaşamasına, aclıq və soyuq nə olduğunu bilməməsinə baxmayaraq, vərəm xəstəliyinə tutulmuşdu. Görünür, günahsız edama göndərdiyi insanların, xüsusilə Osmanlının parlamaqda olan gənc və cəsur sərkərdəsi, özünü müdrik bir dövlət xadimi kimi aparmağı bacaran və buna görə həm xalq, həm də ordu içində böyük nüfuz qazanan şahzadə Mustafanın və heç nədən edama göndərdiyi vəzir İbrahimin ahları Hürrəm Sultanı tutmuşdu. 1558-ci ildə Xürrəm Sultanın xəstəliyi daha da şiddətlənir. Bunu görən həkimlər onun İstanbula aparılmasını məqsədəuyğun bildilər. Ağır xəstəlikdən sonra 1558-ci il aprel ayının17-də Hürrəm Sultan Bəyaziddəki sarayda vəfat etdi. Cənazə namazı Osmanlının tanınmış din alimlərindən olan Əbusuud Əfəndi tərəfindən qıldırıldı. Hürrəm Sultan Süleymaniyyə camisinin bağçasında dəfn edildi. Beləliklə, Osmanlının ən qüdrətli dönəmlərindən birində kölə kimi İstanbula gətirilən və talenin qisməti ilə sultan sarayına düşən, ancaq ağlı, zəkası və hiyləgərliyi ilə Qanuni Sultan Süleyman kimi qüdrətli bir Osmanlı hökmdarının həyat yoldaşı olmağı bacaran, eyni zamanda ölkənin daxili və xarici siyasətində müəyyən qədər təsiri olan, nəhayət, saraya intriqa və fəsad toxumu səpən bu qadın Osmanlı tarixində özünəməxsus qanlı bir iz buraxdı.

Həyatın qəribə oyunları var və hətta dünyanın ən məşhur, müdrik insanları belə, “səhv” buraxaraq bu oyunlardan özlərini sığortalaya bilmirlər. Qanuni Sultan Süleyman da özü bilmədən bu oyunların oyunçusuna çevrildi və incə, zərifxislətli bir qadının onu idarə etməsindən, onun çaldığına oynamaqdan imtina etməyə özündə iradə tapa bilmədi. Niyə? Bu sualın cavabını Qanuni Süleymanın əslən ukraynalı (polşalı) olan, Qərbdə isə Osmanlı sarayının kraliçası kimi xatırlanacaq Hürrəm Sultanı sonsuz məhəbbətlə sevməsində axtarmaq lazımdır. Bu sonsuz sevgi, adı tarixə Avropanı fəth edən hökmdar kimi düşən Qanuni Sültan Süleymanı dövrünün adət-ənənələrini pozaraq saraya kölə kimi gətirilən bir qadınla nikaha girməyə məcbur etdi. Ona görə də sarayda Hürrəmin hansısa caduya əl ataraq sultanı özünə bağladığı barədə şayiələr yayılmışdı. Amma əslində Qanunini Hürrəmə bağlayan bu hiyləgər qadına olan kor sevgisi idi. Təsadüfi deyil ki, Qanuni Sultan Süleymanın Hürrəmlə tanışlığı onun mirzəsi tərəfindən belə təsvir edilmişdi: “Dünyanın ən möhtəşəm şəhərlərindən olan İstanbulda o (sultan), gözəlliyi ilə məşhur olan çərkəz, həmçinin gürcü qızlarının önündə qərib addımlarla çox dolaşdı. Gözləri qəfildən bir qıza sataşdı. Bu qızın üzündə heç rast gəlmədiyi bir gözəllik gördü. Şirin-şirin gülməsi, yaşıl gözləri, uzun kirpikləri vardı. O, heç gözləmədiyi halda bu gözlərə təslim oldu”.

Evlənəndən sonra da bu eşq davam etdi. Padşah səfərdə olarkən bu eşq kağızlara töküldü. Qanuni Hürrəmə “Mühibbi” təxəllüsü ilə qəzəllər yazırdı. Hürrəm Sultan da Qanuniyə yazdığı məktublarında ona “mənim padşahım, sultanım, iki gözümün nuru, dövlət günəşim, səadətimin şahı” deyə müraciət edirdi. Hürrəmin Qanuni Sultan Süleymana məktublarından bəzi sətirlər: “Sevgili padşahım, üzümü yerə qoyaraq xoşbəxtliyimin taxtı olan ayağınızın torpaqlarını öpdükdən sonra... Mənim dövlətimin günəşi və səadətimin sərmayəsi sultanım, əgər bu ayrılıq atəşinə yanmış, ciyəri kabab, sinəsi xarab, gözləri yaşla dolu, gecəsi-gündüzü dərdli-qəmli, həsrət dəryasına qərq olmuş, biçarə, Fərhad və Məcnundan betər eşqə düçar olan kölənizin halını xəbər alsanız, sultanımdan ayrı düşəli bülbül kimi ah və fəryadım dayanmayıb. Ayrılıqdan dolayı elə bir haldayam ki, Allah kafirlərə də bu halı qismət etməsin”. Hürrəmin məktubda yazdığı bu sözlərdən sonra Sultanın əsir-yesir olmaması, onu bir könüldən min könülə kor-koranə sevməməsi mümkün deyildi. Sultanın Hürrəmə cavab məktubları da ülvi sözlərlə dolu idi. Sultanın Hürrəmə məktubundan: “Mənim parıldayan ayım, can dostum, ən yaxınım, gözlərimin şahı sultanım. Həyatımın, yaşamamın səbəbi, cənnətim, Kevsər şərabım, baharım, sevincim, günlərimin mənası, mənim gülən gözlərim, sevinc qaynağım, könlümdəki Misirin sultanısan. İstanbula, bütün Anadolu və Rum ölkəsinə bərabər sevgilimsən”.

Bəli, bu sevginin bəhrəsi olan eşq şeirləri, bir də qanlı cinayətlər – xüsusilə, qatili olduğu doğma oğlu Mustafanın qətli tarixə yazıldı. Xürrəmə sevgi Xürrəmlə bitdi, bu sevgidən törəyən cinayətlər isə hələ də müsəlman dünyasında öz mənfi təsirini göstərməkdədir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.