İlk tibbi yardımı hamımız bacarmalıyıq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İlk tibbi yardımı hamımız bacarmalıyıq
 
 » İlk tibbi yardımı hamımız bacarmalıyıq

     
 
---: İlk tibbi yardımı hamımız bacarmalıyıq
 
 
Müəllif: Zaur | 5 Noyabr 2009 | 13522 dəfə oxunub
http://zeka.az/145-304lk-tibbi-yard305m305-ham305m305z.html
alt

Keçən bəhsimizdə - sağlamlığın açarı ilə bağlı məqalədə sağlamlığımızın açarının təqribən öz əlimizdə olması barəsində söhbət açmışdıq. Bu dəfə də həmən bəhsin davamı olaraq, insanın xəstələndikdə tez və birbaşa həkimə üz tutmasının əksinə, özü-özünə həkim olması barədə danışacağıq.

Əlbəttə, yaddan çıxartmayaq ki, məqsədimiz xəstələnən kimi əczaxanaya gedib, dərman alıb istifadə etmək, yaxud məlumatımız olmayan xəstəliyimiz barədə özümüzü ali dərəcəli həkim kimi aparıb müalicəyə başlamağı təbliğ etmək deyil.

Məqsədimiz müəyyən xəstəliklər barəsində məlumatlanaraq, ilk yardım üçün istifadə olunan dərman ya tibbi avadanlıqlarla əlaqədar bilgi kəsb etməkdir. Bəzi sivil ölkələrin orta məktəblərində, ailə məsləhətxanalarında, teleradio verilişlərində və s. “Həkim məsləhəti” adı altında verilişlər və dərslər icra olunur. Vətənimizdə də qismən də olsa belə proqramlar mövcuddur. Hamımızın vəzifəsi səthi də olsa müəyyən qədər tibb elmi və xəstəliklər barəsində, məsələn: xəstəliyin ilk nişanələri, xəstəlik ilk mərhələdə olanda onun müalicəsi üsulları, dərmanların istifadə olunma qaydası, hansı həkimə müraciət etməyin gərəkliyi və s. məsələlərlə bağlı məlumat toplamaqdır. Belə etsək, qismən də olsa özümüz-özümüzə ilk həkimliyi etmiş olarıq. Dəfələrlə şahidi olmuşuq ki, çoxları ən ağır spid, xərçəng və s. kimi xəstəliklərə mübtəla olduqları halda özlərindəki xəstəliklərdən xəbərsiz olurlar. Öz cismani iztirablrının üstündən laqeydliklə keçərək günü-günə satır və həkimə gedəndə artıq gecikmiş olurlar. Yaxud bəzi xəstələri xəstaxanaya çatdırmaq belə baş tutmur, çünki yolda keçinirlər. Bu bir yandan ona görədir ki, biz ilk tibbi yardım göstərməyi bacarmırıq və ya xəstəliyin aləmətlərinin (simptomların) nə qədər ciddi olduğunu dərk etmirik. Həkimlərdən də tez-tez belə bir söz eşidirik: “Əgər hadisə baş verən kimi filan iynəni, ya dərmanı, yaxud əməliyyatı etsəydiniz, ölümün qabağını almaq mümkün olardı”.

Hətta bəzilərimiz özünün edə biləcəyi sadə işləri və həkimlərin də bizlərə, həkimə ehtiyac olmadan tövsiyə etdiyi müalicə üsullarını və nöqtələrini bilmirik. Məşhur həkim İ. P. Pavlov deyir: “Biz özümüzü gözləmədiyimizdən, səliqəsiz olduğumuzdan, öz orqanizmimizə pis fikir verdiyimizdən ömrümüzü qısaldırıq” (Aforizmlər və Hikmətli sözlər).

Hamımızın keçmişdə baba-nənələrimizdən görüb-götürdüyümüz bir şey yadımızdadır və bu onların ilk tibbi yardımı və ya həkimə ehtiyac yaratmayan sadə müalicə üsullarını bilmələridir. İndi tibb elminin inkişafını və tibbi məlumatları əldə etməyin daha da asan olduğunu nəzərə alsaq, gərək biz ilk tibbi yardımı keçmiş nəsildəkilərdən də daha yaxşı bacaraq.

Allah-Taala hamımıza öz vəzifəmizi başa düşməkdə kömək olsun!

 

Məlumatdan istifadə etdikdə istinad zəruridir.

 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 4
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.