Ermənilər 1918-ci ildə Qubada 262 kənd məhv ediblər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Ermənilər 1918-ci ildə Qubada 262 kənd məhv ediblər
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Ermənilər 1918-ci ildə Qubada 262 kənd məhv ediblər

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Ermənilər 1918-ci ildə Qubada 262 kənd məhv ediblər
 
 
Müəllif: Carchi | 29 Mart 2011 | 12273 dəfə oxunub
http://zeka.az/1451-ermjniljr-1918-ci-ildj-qubada-262-kjnd-mjhv-edibljr.html

Ermənilər 1918-ci ildə Qubada 262 kənd məhv ediblər

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırım faktları arxivlərdə bu günə qədər qalmaqdadır

Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda “1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımları Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfransda çıxış edən institutun direktoru Aytən Mustafayeva bildirib ki, 1918-1920-ci illərdə erməni hərbi birləşmələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım faktları arxivlərdə bu günə qədər qalmaqdadır. O deyib ki, Fövqəladə Təhqiqat Komissiyası 1918-ci il iyulun 15-də Azərbaycan Milli Hökuməti tərəfindən Gəncədə yaradılıb. Komissiya 1918-ci ilin martında Bakıda, mart-may aylarında Şamaxıda, may-iyun aylarında Qubada, Qərbi Azərbaycanda və Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən soyqırımları ilə bağlı sənədləri toplayıb.

Professor Anar İsgəndərov isə bildirib ki, mart soyqırımı zamanı Bakıda öldürülən azərbaycanlıların sayı 11 mindən artıq olub. Bakı əhalisinə dəyən ziyan 400 milyon manat qiymətləndirilib. Şamaxı şəhərində 8 min, Şamaxı qəzasında isə 8 mindən yuxarı azərbaycanlı qətlə yetirilib. Dəyən maddi ziyan ümumilikdə 1 milyard rubldan artıq olub. Qubada həyata keçirilən soyqırımı zaman 16 min insanın həyatına son qoyulub. Qubada azərbaycanlılarla yanaşı, 3 mindən artıq yəhudi də soyqırımına məruz qalıb. Qubanın 262 kəndi məhv edilib, onlardan 35-i hazırda da mövcud deyil.APA





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 14
Robot: 1
Qonaq: 13
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.