Təpəgöz uşaq doğuldu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Təpəgöz uşaq doğuldu
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Təpəgöz uşaq doğuldu

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Təpəgöz uşaq doğuldu
 
 
Müəllif: Carchi | 29 Mart 2011 | 12424 dəfə oxunub
http://zeka.az/1452-tjpjggz-ueaq-doduldu.html

Təpəgöz uşaq doğuldu

Hindistanda doğulan körpə cəmi 1 gün yaşayıb

Bu günlərdə Hindistanda sifətinin ortasında cəmi 1 gözü olan uşaq doğulub. Lent.az-ın “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, bədbəxt körpənin burnu belə olmayıb.

Çox nadir xəstəliklə doğulan uşağın anası, 34 yaşlı Vienn Çavanın 8 yaşlı qızı var və o, tamamilə sağlamdır. Hamiləliyin 32-ci həftəsində Viena USM-dən (ultrasəs müayinəsi) keçəndə həkimlər “hidrosefaliya” diaqnozu qoyublar. Amma onlar körpədə çox nadir “təpəgözlük” xəstəliyinin olduğunu ağıllarına belə gətirmirlərmiş.

Bu xəstəlik zamanı göz almacıqları tam və ya qismən birləşir və adətən bir göz yuvasında yerləşir. Xəstəliyə irsi faktorlar, mutasiya və ya hamiləlik dövründə ananın və dölün zəhərlənməsi səbəb ola bilər.

Körpə cəmi bir gün yaşayıb və ertəsi gün ölüb. Maraqlıdır ki, təpəgözlüyə təkcə insanlar arasında deyil, heyvanlar arasında da rast gəlinir. Məsələn, 6 il əvvəl ABŞ-da da təpəgöz pişik doğulub. Pişik balası da cəmi 1 gün yaşayıb.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.