Yeniyetmə ölümləri niyə artır? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Yeniyetmə ölümləri niyə artır?
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Yeniyetmə ölümləri niyə artır?

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Yeniyetmə ölümləri niyə artır?
 
 
Müəllif: Carchi | 30 Mart 2011 | 12242 dəfə oxunub
http://zeka.az/1453-yeniyetmj-glgmljri-niyj-artdr.html

Yeniyetmə ölümləri niyə artır?

1 yaşından 9 yaşına qədər olan uşaqlar arasında ölüm halları aşağı düşüb.

Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, nüfuzlu "The Lancet" dərgisində dərc olunan yeni beynəlxalq araşdırmaya görə, uşaqlar arasında ölüm halları orta hesabla azalsa da, yeniyetmə çağları və erkən gənclik illərinə təsadüf edən ölüm hallarının sayı artmaqdadır.

Araşdırma dünyanın 50 ölkəsində yüksək, orta və aşağı gəlirli təbəqələri əhatə edib.

Araşdırmaya görə, 1 yaşından 9 yaşına qədər olan uşaqlar arasında ölüm halları son 50 ildə 90 faizə qədər aşağı düşüb.

Bu, əsasən, yoluxucu xəstəliklərdən ölüm hallarının azalması sayəsində baş verib.

Bununla belə, yeniyetmələr və erkən gənclik içində olan insanlar arasında ölüm halları azalmır.

Əksinə, gənc oğlanlar və qızlar arasında zorakı ölüm halları, eləcə də intiharlar artmaqdadır.

15-24 yaş arasında gənclərin həyatdan erkən getməsi ehtimalı son dövrlərdə iki-üç qat artıb.

Araşdırmaya başçılıq edən professor Russell Vinerin dediyinə görə, bu, hələ tam mənzərə deyil.

Onun sözlərinə görə, Afrikanın yoxsul ölkələrində bu məsələyə dair məlumatlar mövcud olmadığından həmin ölkələrdəki vəziyyət araşdırmada öz yerini tapa bilməyib.

Professor Viner deyir ki, ilk dəfə Qərbdə qeydə alınan bu meyl indi inkişafda olan ölkələrdə də müşahidə olunmaqdadır.

Buna səbəb isə, onun sözlərinə görə, əhalinin şəhərə miqrasiyasıdır.

Böyük şəhərlərə köçmək ailələr üçün maddi baxımdan bir qədər əlverişli olsa da, cənclər üçün şəhər mühiti özündə müəyyən təhlükə daşıyır.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.