Kəsmik oğurlayan qoca qadın utandığından öldü » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Kəsmik oğurlayan qoca qadın utandığından öldü
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Kəsmik oğurlayan qoca qadın utandığından öldü

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Kəsmik oğurlayan qoca qadın utandığından öldü
 
 
Müəllif: Carchi | 31 Mart 2011 | 12336 dəfə oxunub
http://zeka.az/1455-kjsmik-odurlayan-qoca-qaddn-utanddddndan-gldg.html

Kəsmik oğurlayan qoca qadın utandığından öldü

Kəsmik oğurluğu üstündə tutulan təqaüdçü qadının ürəyi utandığından dayanıb. Onun pulu ancaq çörəyə və südə çatıb.

Lent.az-ın “lifenews” saytına istinadən verdiyi məlumata görə, hadisə Rusiyada baş verib. “Liniya” mağazasının mühafizəçiləri əvvəlcə qadının onların gözləri önündə öldüyünü başa düşməyiblər. Supermarketə “təcili yardım” maşını gələndə isə çox cüzi təqaüd səbəbindən oğruya çevrilən yaşlı qadın ürək tutmasından keçinib.

70 yaşlı Nina Petrova gündə 150 rubla (təxminən 4 manat) yaşayırmış və hər şeyə qənaət edirmiş. Onun həyat yoldaşı çoxdan ölüb, uşaqları isə olmayıb. Hadisə baş verən gün isə nəfsini saxlaya bilməyib, ətrafa göz gəzdirəndən sonra şirin kəsmiyi cibinə soxub. Kəsmiyin bir ədədinin qiyməti isə cəmi 5 rubl olub... Amma o, kassa aparatının yanında uzaqdan yoxlama aparatı durduğunu bilməyib.

Siqnal səsinə yaxınlaşan mühafizəçilər qadını xüsusi otağa apararaq yoxlayıblar. Onun ciblərini yoxlayanda qadın son dərəcə həyəcanlanıb. Qorxudan və utandığından ürəyi tutan qadının vəziyyəti pisləşib. Əvvəlcə üzünü masaya söykəyib, sonra isə stuldan yerə sürüşməyə başlayıb.

Oğruların bir çox hiyləsini görən mühafizəçilər əvvəlcə qadının öldüyünü başa düşməyiblər. Onu özünə gətirməyə çalışanda isə qadının halının doğrudan da pis olduğunu anlayıblar. Hadisə yerinə çağırılan həkimlər isə artıq ona kömək edə bilməyiblər.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 3
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.