70 dəmir kitab tarixi dəyişə bilər - FOTO » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » 70 dəmir kitab tarixi dəyişə bilər - FOTO
 
 » Xəbərlər » Həftə içi xəbərlər » 70 dəmir kitab tarixi dəyişə bilər - FOTO

     
 
Xəbərlər » Həftə içi xəbərlər: 70 dəmir kitab tarixi dəyişə bilər - FOTO
 
 
Müəllif: Carchi | 31 Mart 2011 | 12314 dəfə oxunub
http://zeka.az/1456-70-djmir-kitab-tarixi-djyiej-biljr-foto.html
70 dəmir kitab tarixi dəyişə bilər - FOTO

Ölü dəniz sahillərində aşkarlanmış yeni tapıntılar sensasiyalı nəticələrə səbəb ola bilər.

Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, Ölü dənizin sahillərində, İordaniyadakı bir mağarada dəmirdən hazırlanmış 70 kiçik kitab tapılıb. Qüds və Əmman Universitetlərinin arxeoloqlarının dediklərinə görə, bu tapıntı 1947-ci ildə aşkarlanmış "Ölü dəniz kitabələri"ndən də əhəmiyyətli, qiymətli ola bilər.

Ən azı ona görə ki, üz qabığı və səhifələri dəmirdən hazırlanmış, yazıların dəmir qələmlə cızıldığı kitablar qədim dünya tarixi ilə bağlı indiyədək mövcud təsəvvürləri dəyişə bilər.

Kitabların əksəriyyəti İsa Məsih və onun həvariyunlarına həsr olunduğundan Bibliya ilə bağlı biliklərdə də dəyişikliklər mümkündür.

Alimlər hesab edirlər ki, tapılmış kitablar adı Bibliyada çəkilən və "itirilmiş əlyazmalar" deyilən kitabələrdir.

Britaniyalı arxeoloq Devid Elkinqtonun dediyinə görə, tapıntı onları vəcdə gətirib.

"Bu kitabələri ərəb bədəvilər tapıblar və sonra çox ucuz qiymətə satıblar. Alıcı isə tapıntının əhəmiyyətini azacıq anladığından, kitabları mağarada gizlədibmiş", - Elkinqton bildirib. Milli.Az

"Bu kitabələri ərəb bədəvilər tapıblar və sonra çox ucuz qiymətə satıblar. Alıcı isə tapıntının əhəmiyyətini azacıq anladığından, kitabları mağarada gizlədibmiş", - Elkinqton bildirib. Milli.Az




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.