Düşünməklə göz çıxaranlar ... » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Düşünməklə göz çıxaranlar ...
 
 » Din » Əxlaq » Düşünməklə göz çıxaranlar ...

     
 
Din » Əxlaq: Düşünməklə göz çıxaranlar ...
 
 
Müəllif: Rago | 1 Aprel 2011 | 12391 dəfə oxunub
http://zeka.az/1458-dgegnmjklj-ggz-gdxaranlar-.html

Düşünməklə göz çıxaranlar ...

Bu günlər də müsəlmaların dərdlərinin 5-ə qatladığı vaxt konkret bir mövzudan yazmağa adam utanır... Liviyada olan qırğındanmı, Bəhreyində olan özbaşınalıqdanmı, İraqda, Əfqanıstanda və Fələstində otura bilməyən hakimiyyətdənmi (yaxud orda oturulan fiqurlardanmı), Yəməndə kreslosu laxlayandanmı, Küveyti və Səudiyyə krallığına gələn Allahın "ərməğanındanmı" (qum altında qalıblar çölə çıxa bilmirlər ), yox elə mən Azərbaycanda "qorunub saxlanılan İslamdan, düşünən və bundan yorulmayan insanlarımızdan"mı yazım?!...

Düzdür, biz rəsmi olaraq İslam ölkəsi olmasaq da –  vətəndaşlarının əksəri "sözdə müsəlmanlar fəsiləsinin havadan asılı qalmışlar tipinə" aid olan respublikada yaşamağımıza baxmayaraq, dinimizi zədələnməkdə olan yavaş-yavaş, amma kompleks tədbirlərə qarşı hələ də susqun və fəaliyyətsizik... Bu səssizlik heç də fırtına öncəsi səssizlik deyil, birdən kimsə özünü aldatmağa cəhd eləməsin.

Bu millətin problemi çox düşünməkdir? Ya həmişə düşünmək? Bu sualları özünə verən ilk azərbaycanlı mən deyiləm yəqin, amma ola bilər də  kimsə bu sualların cavabını artıq bilsin... Lap yaxşı, amma biz bilməyənlər və axtaranlardanıq.

Bu yaxınlarda 19 illiyini qeyd elədiyimiz dəhşətli Xocalı faciəsini və 93-cü ilini utanmadan qeyd etdiyimiz növbəti qanımızın yerə axıdıldığı və buna bizim dözdüyümüz , yaxud susduğumuz 31 mart Azərbaycanlıların Soyqırımı günü misal olaraq götürək.  Nə yadında qalıb ay oxucu, nə xatırlayırsan? Xatırladığın ancaq hadisənin faciə tərəfi deyilmi? Bəs bu faciənin intiqamının alındığı günü nə vaxt xatırlayacaqsan?

Biz yalnız bu qanlı faciəni erməni quldurlarının acımasızlığını, vəhşiliklərini, qəddarlığını, bizim millətə qarşı bitməz-tükənməz nifrətini irəli cəkib şeirlərlə , çıxışlarla, bədii kompazisyalarla, hər il təkrarlanan eyni senarisi olan tamaşalarda başqa dövlətlərin millətimizə verdiyi baş  sağlığı ilə yada və yola salmırıqmı?  Öldürülən dinc əhali, şikəst edilmiş insanlarımız, təcavüzə məruz qalmış qadın, qızlarımız, ataların gözü önündə balaların, balanın gözü önündə ata-anasının işgəncələrə məruz qalıb öldürülməsi, ağsaqqalların, ağbirçəklərin öldürülməsi yada düşür,  amma yerdə qalan qanları nə yada düşür nə də maraqlandırır. Əsas biz tədbirlər keçirək, hər il anaq onları – bütün işimiz bumu? Yaxşı, gözəl işdir, amma biz və ölənlər burdan nə xeyir götürdü? Öldürülənlərin qanı hələ də yerdədirsə, yaşayanların canı ancaq bu anım tədbirlərini keçirməklə çıxırsa kimə xoşdur bu mərasimləri qeyd etmək?  Bu hadisələr hələ ki, bizim üçün ayıbdır. Ona  görə ki, biz bunun hələ intiqamını almamışıq, gecələr rahat yatıb gündüzlər öz faydasız işlərimizlə məşğuluq. Hələ də gözləyirik "dünya ictimaiyyəti" buna qiymət verəcək,  bizsə bu barədə heç nə etmiyəcəyik. Sadəcə düşünəcəyik ... Aaa! Bu (düşünmək) ki, bizim bacardığımız ən mükəmməl və səhvsiz işdir. Bunu bizə buraxın, biz düşünüb "gözünü çıxararıq" . Çıxıb bu "dünya ictimayyətinə" tüpürmək gərəkir” – desək, “yaxşı bəs o harda yerləşir?" – deyə suallar gələcək. Gəl onları cavabla da?! Bilə-bilə ki,  məsuliyyətdən yayınmaqçün verilən, mənəvi işgəncələri artıran suallardır onda elə bu sözləri demək lazımdır : Davam edin düşünməyə!

Biz tək başımıza gətirilənlər haqda düşünmürük, hətta özümüz öz başımıza nələr gətiririk ki, daha çox düşünək... Bir gün çox düşünməkdən beyin quruyacaq, dil danışa bilməyəcək, əl və ayaq isə hərəkət mexanizmini qarışdıracaq və qarşımıza çıxan ilk dirəyə dəyib növbəti dəfə yerə yıxılacayıq həmişəki kimi… Davam edək düşünməyə!!!

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (2) Çap et
 
 

     
 
#1 Yazan: Xanim Zeyneb (1 Aprel 2011 23:02)



Qrup: İstifadəçi
Tarix: 17.02.2011
"Əgər bir millətə, xalqa hakim olmaq istəyirsənsə ilk növbədə onun tarixini əlindən al. Bir nəsildən sonra o xalq toplum olacaq. Və daha bir nəsildən sonra onu sürü kimi idarə etmək olar" demişdir Lebbels.O və onun kimi siyasətçilər elə həmin siyasəti yürütmürlərmi?. 1918-ci il 31 mart faciyəsi bizim üçün yadlaşmayıbmı?. 20 il öncə olan hadisələrin də unudulmasına, yadlaşmasına çalışmırlarmı? Əlimizdən alıb, ürəyimizdən də qoparmaq istəmirlərmi? Bununla da barışarıq?! Təki "dünya ictimayyəti", "Minsk qrupunun həmsədirləri" bizdən razı qalsınlar. Axı biz humanist, ürəyi açıq xalqıq. Dosta, düşmənə fərq qoymadan hamıya qoyun açırıq?!.
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: RAGO (2 Aprel 2011 03:41)



Qrup: İstifadəçi
Tarix: 29.12.2009
Xanim Zeyneb, mənim gördüklərim və düşündüklərim (bu mövzu barədə) elə bunlardı... əgər bilsəm yazmağımın xeyri var daha artiğını yazaram... dəyişə biləcək gücdəyəm amma dəyişə biləcək formada deyillər ....


Birdə Zaur müəllim mvzu şəkli reper Uranın şəkli olduğunu bilirdiniz?


--------------------
RAGO
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 12
Robot: 6
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.