Allah sorağında olan fitrətin təlimə ehtiyacı yoxdur » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Allah sorağında olan fitrətin təlimə ehtiyacı yoxdur
 
 » Din » Əqidə » Allah sorağında olan fitrətin təlimə ehtiyacı yoxdur

     
 
Din » Əqidə: Allah sorağında olan fitrətin təlimə ehtiyacı yoxdur
 
 
Müəllif: Zaur | 6 Noyabr 2009 | 12573 dəfə oxunub
http://zeka.az/146-allah-sora287305nda-olan-fitr601tin-t601lim601.html

Allahpərəstlik hissi də digər batini hisslər - sevgi, ümid, həya və s. hisslər kimi heç bir təlim görmədən təbii şəkildə insanın batinindədir. Allaha diqqət və məzhəbə meylin insan batinində heç bir təlim görmədən kök salması onun fitri olmasının əlamətlərindən biridir. Sözsüz ki, əgər bu hisslər düzgün şəkildə yönəldilməzsə onlar ya həddini aşar, ya da yanlışa uğrayarlar. Məsələn, elə həmin Allahı axtarıb-araşdırma və məzhəbçilik hissi əgər səmavi peyğəmbərlər, ilahi alimlər (yəni dini qərəzçiliklə öyrənənlər yox, əsl və həqiqi teoloqlar) və böyük filosoflar tərəfindən yönəldilməzsə bütpərəstlik baş alıb gedər, belə ki, insan məxluqu da Xaliq əvəzinə qəbul edər.

“Fitri hisslər heç bir müəllim və təlim görmədən insanın daxilindədir” dedikdə, heç bir tərbiyəçinin bizə bələdçilik etməsi gərək deyil demək istəmirik. Sadəcə bu hisslərin özünü büruzə verməsində heç bir tərbiyəçi və ya müəllimin rolu olmadığını demək istəyirik. Lakin eyni zamanda, əyri yola düşməkdən uzaq qalmaq və düzgün nəticə çıxarmaq agah tərbiyəçilərin iştirakı olmadan və bu hissi qorumalarından kənarda mümkün deyil. Elə bu səbəbdən alimlər buyururlar ki, Günəşi, Ayı, daşı, ağacı, bütü və ulduzları pərəstiş etmənin əsasında həmin Allahpərəstlik hissi durur və bu hiss düzgün yönəldilmədiyi üçün belə xurafatla nəticələnmişdir. Bu hiss düzgün yönləndirilsə idi və insanlar ilahi peyğəmbərlərin buyurduqları kimi doğru şəkildə nəticə çıxarsa idilər heç vaxt dünyanı yaradan həqiqi məbudun əvəzinə gücsüz və aciz məxluqlara üz tutmazdılar.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 6)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.