Kəlbəcərin işğalından 18 il keçir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Kəlbəcərin işğalından 18 il keçir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Kəlbəcərin işğalından 18 il keçir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Kəlbəcərin işğalından 18 il keçir
 
 
Müəllif: Carchi | 2 Aprel 2011 | 12202 dəfə oxunub
http://zeka.az/1460-kjlbjcjrin-iedaldndan-18-il-kegir.html

Kəlbəcərin işğalından 18 il keçir

Azərbaycanın füsunkar guşələrindən olan Kəlbəcərin erməni təcavüzkarları tərəfindən işğalından 18 il keçir.

1993-cü il martın 27-də Ermənistanın hərbi birləşmələri genişmiqyaslı hücuma keçib aprelin 2-də Kəlbəcəri işğal etmişlər. Ərazisi 1936 kvadratkilometr olan rayonun 511 nəfər dinc sakini işğal nəticəsində qətlə yetirilmiş, 321 nəfər girov götürülmüş və itkin düşmüşdür. Döyüşlər zamanı 55 hərbi qulluqçu həlak olmuşdur. 132 yaşayış məntəqəsi ermənilərin nəzarəti altına keçmiş, 500-dən çox sənaye, tikinti, ticarət, ictimai iaşə və digər xidmət obyektləri, 97 məktəb, 76 səhiyyə ocağı darmadağın edilmişdir. 53340 kəlbəcərli məcburi köçkünə çevrilmişdir. O dövrdəki qiymətlərlə rayona 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur.

Ürəyi yurd həsrəti ilə döyünən kəlbəcərlilər o qanlı günləri bir an belə unutmurlar.

Xatırladaq ki, Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurasının iclasında erməni silahlı qüvvələrinin bu rayondan və Azərbaycanın işğal olunmuş digər rayonlarından qeyd-şərtsiz çıxarılması barədə 822 nömrəli qətnamə qəbul edilmişdir. AzərTAc





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.