"Fukusima" AES-in komandası: “Şüalanma xəstəliyindən öləcəyik” » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » "Fukusima" AES-in komandası: “Şüalanma xəstəliyindən öləcəyik”
 
 » Xəbərlər » Həftə içi xəbərlər » "Fukusima" AES-in komandası: “Şüalanma xəstəliyindən öləcəyik”

     
 
Xəbərlər » Həftə içi xəbərlər: "Fukusima" AES-in komandası: “Şüalanma xəstəliyindən öləcəyik”
 
 
Müəllif: Carchi | 2 Aprel 2011 | 12148 dəfə oxunub
http://zeka.az/1461-fukusima-aes-in-komandasd-vegalanma-xjstjliyindjn-gljcjyikv.html

"Fukusima" AES-in komandası: “Şüalanma xəstəliyindən öləcəyik”

Atom Elektrik Stansiyanın 50 nəfərlik heyəti yaxın vaxtlarda öləcəklərini etiraf ediblər

Yaponlar ölkədə baş verən dəhşətli zəlzələ və şüalanmadan sonra nümayiş etdirdikləri şücaət və vətənpərvərlikləri ilə bütün dünyanı heyrətləndirirlər. “Fox News” telekanalı Yaponiyanın "Fukusima-50" Atom Elektrik Stansiyasının əməkdaşlarından birinin anasına istinadən ürəkyandırıcı həqiqətləri açıqlayıb. Burada söhbət “Fukusima-50” AES-nin 50 nəfərdən ibarət cəsur və fədakar əməkdaşlarından gedir. Onlar öz həyatlarını qurban verərək, yenidən baş verə biləcək faciənin qarşısını almaq üçün bütün səylərini səfər edirlər.

Qeyd edək ki, “Fukusima” Atom Elektrik Stansiyasının komandası bir insan üçün müəyyən edilmiş miqdardan da artıq şüalanmaya məruz qalıb. Həmin stansiyanın əməkdaşlarından birinin anası “Fox News”a danışarkən deyib ki, orada çalışanlar özləri də həddən artıq yüksək miqdarda şüalanmaya məruz qaldıqlarından böyük ehtimalla şüalanma xəstəliyindən də öləcəklərini etiraf edirlər.

32 yaşlı ana “Fox News”a müsahibəsində bildirib ki, oğlu həmkarları ilə birgə bu məsələni müzakirə edib və onlar yekun qərar veriblər: “Onlar öz xalqlarını xilas etmək naminə ölümə hazırdırlar. O mənə dedi ki, yaxın vaxtlarda və ya müəyyən müddətdən sonra şüalanma, ya da xərçəng xəstəliyindən ölə biləcəkləri ilə artıq barışıblar”.

Ağlaya-ağlaya danışan qadın kimliyinin açıqlanmamasını xahiş edib. Belə ki, AES rəhbərliyi əhali arasında vahimə yaranmasın deyə stansiya əməkdaşlarına mətbuat və yaxınları ilə mümkün qədər az ünsiyyət saxlamaq barədə tapşırıq verib. Qadın öz oğlunun hazırda şüalanma xəstəliyindən əziyyət çəkib-çəkmədiyi haqda dəqiq məlumata malik olmadığını deyərək əlavə edib ki, oğlu ilə danışarkən o öləcəklərinin qaçılmaz olduğunu və hətta bəzilərinin yaxın bir neçə həftə və ya ay ərzində həyatlarını itirəcəklərini deyib: ”Onlar yaxşı bilirlər ki, ölümcül şüalanma miqdarına məruz qalıblar”.

Öz növbəsində “Tokio Electric Pauer Company” AES operator şirkəti bildirib ki, qəhrəman əməkdaşlar briqadası mütəmadi olaraq tibbi müayinə olunurlar və hələlik onların arasında şüalanma xəstəliyinə düçar olan aşkar olunmayıb.ANS





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (9 Aprel 2011 17:15)



Qrup: İstifadəçi
Tarix: 2.02.2011
DEMEKİ XERCENK XESTELİGNİN BU DEVİRDE ARTMASININ TEK SEBEBİ ŞULANAMADIR.MEN BU XEBERİ OXUDUKDAN SONRA BU GERARA GELDİM....
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.