“Dünyada I olmağın vaxtı çatıb” » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » “Dünyada I olmağın vaxtı çatıb”
 
 » Xəbərlər » Həftə içi xəbərlər » “Dünyada I olmağın vaxtı çatıb”

     
 
Xəbərlər » Həftə içi xəbərlər: “Dünyada I olmağın vaxtı çatıb”
 
 
Müəllif: Carchi | 2 Aprel 2011 | 12158 dəfə oxunub
http://zeka.az/1462-vdgnyada-i-olmaddn-vaxtd-gatdbv.html

“Dünyada I olmağın vaxtı çatıb”

Sərbəst güləş üzrə yığmamızın baş məşqçisi Saypulla Absaidov fikirləri ilə bölüşüb

Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında çıxışlarını başa vurmuş sərbəst güləş yığmamızın üzvləri vətənə qayıdıb. ANS TV komandamızın üzvlərini hava limanının çıxışında qarşılayıb. Avropa çempionatının qızıl medalını qazanmış Xetaq Qazyumov final görüşünün çox çətin keçdiyini bildirib.

“Final çox çətin oldu. 3 qat Aavropa çempionu olmaq istəyirdim. Çalışdım və hər şey alındı. Həlledici görüşdəki rəqibim gənc idi. Amma cavan idmançılar daha təhlükəli və istəkli olur, bununla belə qələbə qazandım”, - deyə Xetaq Qazyumov bildirib.

Daha sonra yığma komandamızın baş məşqçisi Saypulla Absaidov, yetirmələrinin çıxışı ilə bağlı fikirlərini bölüşüb: “Düzünü desəm biz ötən ilki uğurumuzu təkrarlamaq istəyirdik. Keçən il bizdə 3 idmançı çempion olmuşdu. Biz bu nəticəni təkralaya bilərdik. Amma bəzi səhvlərə yol verdik. Bu səhvlərin üzərində işləyib onları düzəltmək lazımdır. Neçə ildir ki, dünyada da ikinci yeri tuturuq. Artıq I olmağın vaxtı gəlib”.

Xatırladaq ki, sərbəst güləşçilərimizin Avropa çempionatından qazancı 2 qızıl və 3 bürünc medal olub. Komanda hesabında isə bahadırlarımız 2-ci olmaqla, yalnız rusiyalı rəqiblərindən geri qalıblar.ANS





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.