Azərbaycan ərazisində tektonik qırılma » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan ərazisində tektonik qırılma
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan ərazisində tektonik qırılma

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycan ərazisində tektonik qırılma
 
 
Müəllif: Carchi | 3 Aprel 2011 | 12183 dəfə oxunub
http://zeka.az/1465-azjrbaycan-jrazisindj-tektonik-qdrdlma.html

Azərbaycan ərazisində tektonik qırılma

Çatın eni yerin bir qədər dərinliyində 2 metri keçir

Azərbaycan ərazisində cənubdan şimala doğru güclü tekonik qırılma baş verir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətin baş mühəndisi Şaiq Niftieyevin sözlərinə görə, tektonik yarıq Lənkəran, Salyan, Şirvandan keçərək şimal-şərq istiqamətinə doğru gedir. Yer səthində bir o qədər hiss olunmasa da, əslində çatın eni yerin bir qədər dərinliyndə 2 metri keçir. Qeyd edək ki, hazırda tektonik çatlama Salyan ərazisində daha aktiv müşahidə olunur. Şirvan-Salyan magistral avtomobil yolunda və rayonun Abad kəndindəki bir neçə evdə çatlar əmələ gəlib.

Artıq Salyan-Şirvan ərzasində ETSN və AMEA mütəxəsis qrupu da monitorinq aparıb. Mütəxəssislərin gəldiyi nəticəyə görə, Azərbaycanın cənubundan şimalına uzanan çatın yaranmasına səbəb Qərbi Xəzər zonasında yaranan tektonik aktivləşmədir. Müşahidələrə əsasən hazırda bu ərazidə çox güclü tektonik proseslər müşahidə olunur. Məsələn, 14-28 fevral tarixlərində Salyan-Hacıqabul rayonları ərazisində maqnitudası 2,3-2,8 bal gücündə olan zəlzələlər, o cümlədən fəallaşan palçıq vulkanları və sürüşmələr bunu deməyə əsas verir. Amma hazırda tektonik yarıqda sabitləşmə müşahidə olunur.

Gələn həfətə tektonik qırılma zonasının digər hissələrində də monitorinqlər aparılacaq. ANS





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.