Müsahibimiz jurnalist-kinooperator Əhmədağa (Mahmud) Kərimlidir. » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz jurnalist-kinooperator Əhmədağa (Mahmud) Kərimlidir.
 
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz jurnalist-kinooperator Əhmədağa (Mahmud) Kərimlidir.

     
 
Xəbərlər » Müsahibələr: Müsahibimiz jurnalist-kinooperator Əhmədağa (Mahmud) Kərimlidir.
 
 
Müəllif: Elirza | 6 Noyabr 2009 | 12427 dəfə oxunub
http://zeka.az/147-m252sahibimiz-jurnalist-kinooperator.html
alt

Müsahibimiz jurnalist-kinooperator Əhmədağa (Mahmud) Kərimlidir.

 

Kərimli Əhmədağa Nəriman oğlu 1950-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1979-92-ci illərdə Azərbaycan Dövlət Teleradio verilişləri şirkətində “Xəbərlər” baş redaksiyasında, “Günün ekranı” redaksiyasında kinooperator, redaktor, 1997-ci ildən “Azərkinovideo” İstehsalat Birliyinin Lənkəran “Kinovideo” idarəsinin direktorudur. 20-dən çox bədii-sənədli telefilmin və 5 kitabın müəllifidir.

 

Əhmədağa müəllim, müsahibədən əvvəl sizi teleradio günü münasibəti ilə təbrik edirəm! Bu işdə sizə yeni-yeni nailiyyətlər və müvəffəqiyyətlər arzulayıram.

Sual:      İlk sualımız belədir - Teleradionun sovetlər dönəmi və indiki müstəqillik dövrü ilə fərqi (Teleradionun dünəni və bu günü)?

Cavab:   Keçmiş dönəmin vətəndaşları televizora tərbiyəvi, elmi, mədəni verilişlərə baxmağa önəm verirdilər. Bu günün gəncləri isə tam əksinə olaraq əyləncə və şou proqramlara daha çox üstünlük verirlər. Belə demək olar, keçmiş teleradio kanallarında ciddi verlişlərə əsas yer verirdilərsə indi isə bu şou, əyləncə və musiqili proqramlarla əvəz olunmuşdur.

Sual:      Teleradionun gənclərin zəka və təfəkkürlərinin formalaşmasında rolu?

Cavab:   Bu günün teleradiosu milli, tarixi, elmi və əxlaqi verlişlərə az yer verməklə yanaşı onların efir vaxtlarını da məhdudiyyətləşdirir.

Sorğular nəticəsində məlum olmuşdur ki, gənclərimizin 80, 90%-i şou və əyləncəli verlişləri izləyirlər.

20% torpağı düşmən tapdağı altında olan millətin teleradiosu yeniyetmələri üçün vətənpərvərlik ruhunda, zəka və intellektual verlişlərin efirə verilməsinə önəm verməlidirlər.

Sual:      Teleradionun müsbət təsirləri olduğu kimi mənfi təsirlərini də danmaq olmaz. Bu işdə teleradio işçilərinin üzərinə nə kimi işlər düşür?

Cavab:   Günümüzdə professional teleradio işçiləri azlıq təşkil edir. Məsələnin həllinə gəlincə isə verilişlər senzura olunarsa mənfi cəhətlərimiz aradan qalxar.

Sual:      Siz teleradioda işləyərkən nə kimi işlərinizi həyata keçirə bilmədiniz?

Cavab:   Milli ruhda və təbiət haqda kinofilm çəkmək fikrim olmuşdur.

Sual:      Son sualımız gənc teleradio işçilərinə tövsiyəniz?

Cavab:   Sonda gənc teleradio işçilərinə qərbdən yox öz milli adət ənənələrimizdən örnəklər götürmələrini istəyərdim.

 

Müsahibənin sonunda biz də Zəka.az saytı adından teleradio işçilərini peşə bayramları münasibəti ilə təbrik edirik.

 

Müsahibəni Ceyhun Məmmədov apardı





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 6)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 11
Robot: 5
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.