12 yaşlı dahi Eynşteynin səhvini tutmağa hazırlaşır » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » 12 yaşlı dahi Eynşteynin səhvini tutmağa hazırlaşır
 
 » Xəbərlər » Həftə içi xəbərlər » 12 yaşlı dahi Eynşteynin səhvini tutmağa hazırlaşır

     
 
Xəbərlər » Həftə içi xəbərlər: 12 yaşlı dahi Eynşteynin səhvini tutmağa hazırlaşır
 
 
Müəllif: Carchi | 6 Aprel 2011 | 12762 dəfə oxunub
http://zeka.az/1471-12-yaeld-dahi-eyneteynin-sjhvini-tutmada-hazdrlaedr.html
12 yaşlı dahi Eynşteynin səhvini tutmağa hazırlaşır
O, universitetin I və II kurs tələbələrinə mühazirə oxuyur, professorları heyrətləndirir.
Milli.Az xəbər portalı "Evening Standard"a istinadən bildirir ki, ABŞ-da yaşayan 12 yaşlı Ceykob Barnett autizm xəstəliyinin bir növü olan Asperger sindromu ilə doğulub. Amma insanları ruhi xəstə edən bu mərəz Ceykobu əksinə, dahiyə döndərib. Riyaziyyat zəkasının dostları da yaşıdları deyil.
O, universitetin astrofizika fakultəsində oxuyur və Albert Eynşteynin nisbilik nəzəriyyəsinin yanlış, daha doğrusu, natamam olduğunu sübut etməyə hazırlaşır.
Eyni zamanda o, dünyanın yaranma nəzəriyyəsinə əlavələr üzərində də çalışır.
Albert Eynşteyninin riyazi İQ-sü 160 idisə, Barnettdə bu göstərici 170-ə bərabərdir. Onun dediyinə görə, Eynşteyn dünyanın yaranma nəzəriyyəindən bəhs edərkən bəzi detalları nəzərdən qaçırıb.
"Dünyamız 14 milyard il əvvəl yaşanmış "Böyük Partlayış"dan sonra yaranmayıb. Çünki dünyanın yaranmasına səbəb olan karbon qazının yaranmasının başqa səbəb və mexanizm var", - Ceykob deyib.
İndianapolisdəki Perdyu Universitetində astrofizika və ali riyaziyyat fakultələrində eyni vaxtda oxuyan Barnett hazırda "bəzi təfərrüatlar üzərində çalışıram" deyib.
Dünyanın ən məşhur astrofiziklərindən biri Skott Termeynin fikrincə, balaca Barnett dahidir və doğru yolla irəliləyir.
Astrofizika professor Con Ross isə deyir ki, Ceykob alimləri heyrətləndirən sınaqlar aparır və danışanda da yaşlı professorlar susaraq onu diqqətlə dinləyirlər.
Valideynlərinin dediyinə görə, Ceykob Barnett ali riyaziyyat, cəbr, həqdəsə və triqonometriyanı bir həftəyə, özbaşına öyrənib. İndisə Ceykob universitetdə 1-2-ci kurs tələbələrinə mühazirələr oxuyur.
2 yaşına qədər danışmayan Ceykob 3 yaşınqa girəndə artıq həndəsi fiqurlar çəkir, misal həll edirdi. O, 5 min hissədən ibarət pazllı asanlıqla yığır, ABŞ-ın avtomobil yolları xəritəsindəki hər yolun adını əzbər bilirdi.
8 yaşında isə Barnett liseyi başa vuraraq universitetə daxil olub.
 

 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 3
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.