Allahı kim yaradıb? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Allahı kim yaradıb?
 
 » Din » Əqidə » Allahı kim yaradıb?

     
 
Din » Əqidə: Allahı kim yaradıb?
 
 
Müəllif: Zaur | 7 Aprel 2011 | 14004 dəfə oxunub
http://zeka.az/1475-allahd-kim-yaraddb.html

Allahı kim yaradıb?

Qədim zamanlardan bəri irəli sürülən suallardan biri də bu idi ki, əgər bütün varlıqları Allah yaradıbsa, bəs Allahı kim yaradıb?

Bu sualın cavabını araşdırmazdan öncə bir məsələni də xatırladaq ki, bu sual təkcə Allahpərəstlərə aid deyil, əksinə, materialistlər də bu suala cavab verməlidirlər. Materialistlər: “Bütün varlıq maddəyə qayıdır, maddənin başlanğıcı yoxdur, o, həmişə olmuşdur və olacaqdır” – dedikləri zaman heç şübhəsiz, bu sual ortaya çıxır: “Aləmin mənşəyi hesab etdiyiniz bu maddəni bəs kim yaradıb?” Başqa ibarətlə desək: “Siz materialistlər səbəb-nəticə qanununu qəbul edir, “hər hadisənin və ya nəticənin bir səbəbi olmalıdır” – deyirsinizsə, onda əsil maddə hansı səbəbin nəticəsidir?”

Beləliklə, səbəb-nəticə silsiləsinin sonsuza qədər davam edə bilməyəcəyini nəzərə alaraq, istər materialist, istərsə də Allahpərəst filosoflar əzəli, yəni həmişədən var olan  bir varlığa etiqad bəsləyirlər. Nəticədə materialistlər deyir ki, aləmin əzəli varlığı maddə və ya maddə ilə enerjinin müştərək ölçüsü olmuşdur. Allahpərəstlər isə əsas mənşə, əzəli və əbədi varlıq kimi Allahı qəbul edirlər.

Göründüyü kimi, əbədi və əzəli məbdənin varlığını hamı qəbul edir, yəni güclü bir əqli dəlil bütün filosofları əzəli məbdəni qəbul etməyə vadar edir. Elə isə materalistlə Allahpərəst arasındakı ixtilaf haradadır?

Birbaşa deməliyik ki, ixtilaf burdadır: Allahpərəstlər o ilkin səbəbi – varlığın məbdəsini elmi, iradəli, qüdrətli və hikmətli hesab edib onu Allah adlandırır, materialistlər isə onu elmsiz, iradəsiz və qüdrətsiz hasab edərək maddə adlandırır.

Teolqlar (ilahiyyatçı filosoflar) Allahı isbat etmək üçün səbəb-nəticə istidlalı ilə kifayətlənməmişlər, çünki bu istidlal bizi yalnız ilkin səbəbə, başqa ibarətlə desək əzəli bir varlığa yönəldir ki, bunu materialistlər də qəbul edir. İlahi fəlsəfənin ən mühüm məsələlərindən biri əzəli və ya ilkin səbəbin varlığını isbat etdikdən sonra bu səbəbin sonsuz elmini isbat etməkdir. Varlıq aləminin nizamını müşahidə etmək, varlığın heyrətli sirlərini, xilqət aləminə hakim kəsilmiş dəqiq qanunları mütaliə yolu ilə Allahın sonsuz elmini sübut etmək heç də çətin deyil. Bu ilk məsələdir, indi isə əsas məsələnin özünə qayıdırıq: “Allahı kim yaradıb?” sualına cavab verməzdən öncə bir neçə suala cavab vermək lazımdır, çünki bu bir neçə sual əsas cavabı dərk etmək üçün zehnimizi hazırlayır. Nəm olan hər şey öz nəmişliyini və rütubətini sudan alır. Bəs suyun nəmliyi hardandır?

Qidaların yağlılığı yağdandır. Bəs yağın yağlılığı hardandır?

Şor olan şeylərin şorluğu duzdandır, bəs duzun şorluğu hardandır?

Otağın işıqlılığı nurdandır. Bəs nurun işığı hardandır?

Yalnız bir cavab gəlir zehnimizə: Suyun nəmliyi, yağın yağlılığı, duzun şorluğu, nəhayət, nurun işığı digər şeylərdən alınmayıb, bu onların təbii və zati xüsusiyyətidir. Deməli, Allahın varlığı Onun zatıdır – Onun təbiətidir, Onun özündəndir, başqasından deyil. Bir fərqlə ki, suyun, işığın və s. yaradanı da elə Allahdır. Bu misallar mövzunun zehndə daha yaxşı yer alması üçün çəkilmişdir. Əslində isə bu misallarla Allah arasında çox böyük bir fərq var, çünki hər şeyin varlığı Allahdan, Allahın varlığı isə Özündəndir! Allah heç kəsin yaratdığı deyil, var olmaq Allahın zatıdır.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 3)
Şərhlər (4) Çap et
 
 

     
 
#1 Yazan: islamin asiqi (23 Aprel 2011 09:42)



Qrup: İstifadəçi
Tarix: 19.04.2011
məlumata görə sağ olun.
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: Kerbela arzum... (18 May 2011 19:30)



Qrup: İstifadəçi
Tarix: 18.05.2011
COX MARAQLI IDI TESHEKKUR
ICQ: --    
 
     
 

     
 
#3 Yazan: müqəlid (3 Avqust 2011 20:10)



Qrup: İstifadəçi
Tarix: 27.10.2010
Allah ezeli ve ebedidir xaliqdir mexluq yox
ICQ: --    
 
     
 

     
 
#4 Yazan: Emil.Vahabov (28 Avqust 2013 00:04)



Qrup: İstifadəçi
Tarix: 5.06.2013
Allah razı olsun.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 13
Robot: 5
Qonaq: 8
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.