Heydər Hüseynov » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Heydər Hüseynov
 
 » Elm və mədəniyyət » Dahilər » Heydər Hüseynov

     
 
Elm və mədəniyyət » Dahilər: Heydər Hüseynov
 
 
Müəllif: Zaur | 7 Noyabr 2009 | 13197 dəfə oxunub
http://zeka.az/148-heyd601r-h252seynov.html
alt

Heydər Hüseynov

Heydər Nəcəf oğlu Hüseynov 1908-ci ilin aprel ayının 3-də İrəvan şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı Pedaqoji Texnikumunda alan Heydər Hüseynov hələ gənc yaşlarından ictimai işlərə böyük həvəs göstərmişdir. Texnikumu bitirdikdən sonra bir neçə il müəllimlik etmiş, sonra isə Pedaqoji Universitetin ictimai elmlər fakultəsinə daxil olmuşdur. Ali məktəbi bitirib Elmi-Tədqiqat İnstitutunun fəlsəfə şöbəsinin aspiranturasında təsilini davam etdirmişdir. Həmin dövrdə bir sıra ali məktəblərdə fəlsəfə müəllimi işləmişdir. O pedaqoji fəaliyyətlə yanaşı Ensiklopediya Komitəsində, Lüğətlər İnstitutunda və s. yerlərdə çalışmışdır. Onun rəhbərliyi altında 1939-1940-cı illərdə rusca-azərbaycanca bir sıra lüğətlər çap olunmuşdur.

1939-cu ildə Heydər Hüseynov Tbilisi Universitetinin Elmi Şurasında öz elmi əsərini müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. Fəlsəfə sahəsində Heydər Hüseynov misilsiz xidmət göstərmişdir. O respublikasının ali məktəblərində fəlsəfənin tədrisinə, elmi-tədqiqat işlərinin aparılmasına, Azərbaycanda fəlsəfi və ictimai fikir tarixinin öyrənilməsinə böyük diqqət göstərmişdir. Şərq, xüsusilə Azərbaycan ictimai və fəlsəfi fikrin öyrənilməsi sahəsində xidmətlərini nəzərə alaraq 1944-cü ildə Heydər Hüseynova fəlsəfə elmləri doktoru alimlik dərəcəsi verilmiş və o vitse-prezident vəzifəsinə qədər yüksəlmişdir. Respublikamızda elmi kadrların yetişdirilməsində Heydər Hüseynovun misilsiz xidməti olmuşdur. Böyük mütəfəkkir alimin qələmindən “Dialektika və metafizika” və s. kimi əsərləri Azərbaycanda ilk dəfə ana dilində yazılmışdır.

Heydər Hüseynov təkcə fəlsəfə ilə deyil, tarix, ədəbiyyat, sənət və s. məsələləri də tədqiq edib həmin sahələrdə gözəl əsərlər yazırdı. Görkəmli alim, elm təşkilatçısı idi. “XX əsrdə Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” adlı əsərinə görə o, əvvəlcə Stalin mükafatına layiq görülmüş, sonra isə respublikanın o vaxt kı faktiki sahibi Mir Cəfər Bağırovun qəzəbinə düçar olmuşdur. 1950-ci ilin 15 avqustunda o özünün bağ evində müammalı şəkildə ölmüşdür.

Adını yuxarıda qeyd etdiyimiz və ona həyatı bahasına başa gələn əsərində fəlsəfi və ictimai-siyasi fikrinin əsas inkişaf mərhələləri müəyyənləşdirilmiş, M. Ş. Vazeh, A. Bakıxanov və başqalarının dünyagörüşü səciyyələndirilmişdir. Öz əsərində Heydər Hüseynov əsasən, XIX əsrdən bəhs etsə də, ondan əvvəlki dövrlərə də böyük yer vermışdir. Görkəmli alim qeyd etmişdir ki, Azərbaycan xalqı hələ qədim zamanlardan elm və mədəniyyət aləminə tanınmış şəxslər vermişdir. Həmin şəxsiyyətlərin – şair və filosofların, mütəfəkkirlərin, sənətkarların yaratdığı əsərlər dünya mədəniyyətinin inkişafında özünəməxsus rol oynamışdır. Bu tədqiqat işi sözün həqiqi mənasında Azərbaycanda fəlsəfi və ictimai fikri öyrənmək üçün bu sahədə ən qiymətli əsərlərdən biridir. 1943-cü ildə çıxan “Azərbaycan ədəbiyyatı tarixi”nin müqəddiməsində H. Hüseynov Azərbaycan ədəbiyyatının ən gözəl xüsusiyyətlərini saymaqla, özünün də bu ədəbiyyatla məftun olması səbəblərini göstərmişdir. H. Hüseynov yazırdı: “Ədəbiyyat öz səhifələrində xalqımızın bütün tarixi boyu yaratdığı yüksək bəşəri ideyaları, fəlsəfi fikirləri, elmi prinsipləri hifz etmiş, qərinələrdən-qərinələrə, nəsillərdən ən böyük bir hədiyyə olaraq təqdim etmişdir... Buna görə də ədəbiyyatımız xalqımızın fəxridir.”

Heydər Hüseynov diskussiyalardakı çıxışlarında sübut etmişdir ki, o həm Qərb, həm də Şərq fəlsəfəsi sahəsində fenomenal biliyə malikdir. O, Azərbaycan mədəniyyətinin mütəfəkkirlərinin fəlsəfi irsini öyrənmişdir. 1939-cu ildən başlayaraq, Nizami Gəncəvi, M. Füzuli, A. Bakıxanov, H. Zərdabi və başqaları haqqında tədqiqatlar aparmışdır. Heydər Hüseynov Azərbaycan Dövlət Universitetinin Tarix fakultəsi nəzdində ilk fəlsəfə şöbəsinin yaradıcısı olmuşdur 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 10)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.