Kəbə Yer kürəsinin mərkəzidir… » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Kəbə Yer kürəsinin mərkəzidir…
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Kəbə Yer kürəsinin mərkəzidir…

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Kəbə Yer kürəsinin mərkəzidir…
 
 
Müəllif: Carchi | 11 Aprel 2011 | 12202 dəfə oxunub
http://zeka.az/1481-kjbj-yer-kgrjsinin-mjrkjzidirv.html
Kəbə Yer kürəsinin mərkəzidir…
Ta qədimdən müsəlmanlar özlərinə belə sual verirlər: “Nə üçün dua edəndə üzünü Kəbəyə çevirməlisən və nə üçün Allah Məkkə ətrafındakı yerləri daha üstün etmiş, onu “haram” adlandırmışdır”. Qurani-Kərimdəki elmi məlumatların tanınmış tədqiqatçısı Zalyula Nəcər Məhəmməd Peyğəmbərin hədisinə istinad edir: ”Məkkə suda kiçik quru sahəsi olmuşdur və bütün quru oradan yayılmışdır”. 
Misir mütəxəssisi, Qahirə Universitetinin coğrafiya professoru doktor Hüseyn Kəmaləddin həmin mülahizəni inkişaf etdirərək, elmi yolla müəyyən etmişdir ki, vulkan püskürmələri nəticəsində ilk olaraq hazırda Kəbənin olduğu yerdə quru suyun üzünə çıxmışdır. O vaxtadək bütün planet su ilə örtülü olmuşdur. Bundan əlavə, uzunmüddətli hesablamalar və modelləşdirmə əsasında sübuta yetirilmişdir ki, qurunun mərkəzi Kəbə və Məkkədir. Bütün qitələri bir araya gətirəndə buna əmin olmaq mümkündür.
Bu elmi kəşf 1977-ci ilin noyabrında rəsmən açıqlanmışdır. Alimlər müəyyən etmişlər ki, hazırda Ərəbistan yarımadası olan ərazidə vaxtilə Qondvana superqitəsi yerləşmişdir. Sonradan bu superqitə yeddi qitəyə bölünmüşdür. Superqitə Paleozoy erasında formalaşmağa başlamış və erkən Mezozoy erasında öz ilkin formasını saxlamışdır. Lakin təxminən 180 milyon il əvvəl mezozoy erasının ikinci dövründə qlobal tektonik proseslər nəticəsində qitələrə parçalanmışdır.
Hüseyn Kəmaləddin yazır ki, Yer kürəsinin maqnit mərkəzi Məkkədə, məhz Kəbənin dayandığı yerdədir. Alim müəyyən etmişdir ki, Yer kürəsinin maqnit qütbləri dəyişsə də, Kəbədə maqnit mərkəzi dəyişmir. Alim yer kürəsinin istənilən nöqtəsindən qiblənin istiqamətini müəyyənləşdirərkən bu qənaətə gəlmişdir. Alim müəyyən etmişdir ki, bu istiqamət hər tərəfdən Məkkəyə və Kəbəyə aparan maqnit xətləri ilə üst-üstə düşür.
Alimlərin fərziyyəsinə görə, zəvvarların təvaf vaxtı saat əqrəbinin əksi istiqamətində Kəbə ətrafında dolanmaları zəvvarı Kainatın hərəkətinə cəlb etməyin rəmzidir. Axı, elektrondan tutmuş qalaktikalaradək bütün Kainat məhz belə hərəkət edir.
Məhəmməd Peyğəmbərin hədisində deyilir ki, həcc ziyarətindən sonra zəvvarların günahları silinir və onlar yenicə doğulmuş körpə kimi pak olurlar. Alimlər belə qənaətə gəlmişlər ki, Peyğəmbərin bu hədisi Yer oxu ətrafında dolanarkən dindarın mənfi informasiyasının pozulması ilə bağlı ola bilər.AzərTAc




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.