Yaponiya təbii fəlakətdən 1 ay sonra » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Yaponiya təbii fəlakətdən 1 ay sonra
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Yaponiya təbii fəlakətdən 1 ay sonra

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Yaponiya təbii fəlakətdən 1 ay sonra
 
 
Müəllif: Carchi | 11 Aprel 2011 | 12379 dəfə oxunub
http://zeka.az/1482-yaponiya-tjbii-fjlakjtdjn-1-ay-sonra.html
Yaponiya təbii fəlakətdən 1 ay sonra
"Fukusima-1" atom-elektrik stansiyasının 6 reaktorunda sızmanın qarşısı hələ tam alınmayıb
Yaponiyada martın 11-də güclü zəlzələ və sunaminin baş verməsindən 1 ay ötür. Dağıdıcı təbii fəlakət nəticəsində 25 min nəfər ölüb, ölkənin iri atom-elektrik stansiyalarından biri qəzalı vəziyyətə düşüb.
Ölkənin şimal sahillərində Rixter cədvəli ilə 9 bal gücündə zəlzələ və dalğaların hündürlüyü 30 metrdən çox olan sunaminin nəticələrinin aradan qaldırılması hələ də davam etdirilir. Yüz minlərlə adam qoşa təbii fəlakətdən zərər çəkib, ev və iş yerlərini itirərək, müvəqqəti sığınacaqlarda həyatlarına davam edirlər.
Təbii fəlakət sözsüz ki, Yaponiyanın iqtisadiyyatına da ciddi ziyan vurub. Ölkənin şimal-şərqindəki avtomobil hissələri istehsal edən zavodlar dağılıb, "Toyota" və digər avtomobil nəhəngləri üçün ehtiyat hissələri qıtlığı yaranıb.
"Fukusima-1" atom-elektrik stansiyasının 6 reaktorunda sızmanın qarşısı hələ tam alınmayıb. Bunun üçün bir neçə ay daha lazımdır. Tokio prefekturasında da bir neçə nüvə kompleksi öz işini dayandırmalı olub, bu da bölgədə elektrik enerjisi qıtlığının yaranması ilə nəticələnib.
Mütəxəssislər "Fukusima-1" atom-elektrik stansiyasında qəzadan sonra Yaponiya hökumətinin öz enerji siyasətini nəzərdən keçirəcəyini və nüvə-yanacaq enerjisindən günəş və külək enerjisi kimi alternativ enerji mənbələrindən istifadəyə üstünlük verəcəyini proqnozlaşdırırlar.ANS




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.