Bəlkə tutdu... » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Bəlkə tutdu...
 
 » Din » Əxlaq » Bəlkə tutdu...

     
 
Din » Əxlaq: Bəlkə tutdu...
 
 
Müəllif: Rago | 13 Aprel 2011 | 12318 dəfə oxunub
http://zeka.az/1485-bjlkj-tutdu.html

Bismillahir-Rəhmanir-Rəhim

Bəlkə tutdu...

 İlk yazılarımda uğursuz çıxışlar etdiyimi düşünürəm, ona görə ki, mərhəmət və rəhmətlə dolu Allahın adı ilə başlamadığımdandı böyük ehtimalla yazımda böyük vədlər vermirəm, amma yazacam da yenə gördüklərimdən...

Evdə oturub TV-də xəbərlərə (adətən sevmirəm oturub izləməyi, o qədər də inandırıcı xəbərlər olmur, ancaq güldürücü olur, o da çox olanda (yəni çox gülmək) qəlbə  ziyandır deyə az baxıram ) baxırdım ki, Avropada yaşayan gənc ailə barədə bir xəbər eşitdim ki, dəhşət maraqlıdır.  Deməli, bu ailə istirahət üçün bir neçə ölkəyə səyahət edir. Hər dəfə getdikləri ölkələrdə təbii fəlakətlər, sellər, yanğınlar, sunamilər olur.  Açığı ilk baxışdan heç də inandırıcı gəlmir. Necə yəni? Demək bu cütlük yeni il, yəni 2011-ci ildə 6 dəfə istirahət etmək qərarına gəlirlər və hər dəfəsində də istirahətləri yarımçiq qalır. Tam yadımda deyil xəbər, amma belə ki, Almaniyada istirahət ediblər meşələri yanıb, Avstraliyaya gediblər sel basıb oranı, ordan yeni Zellandiya gediblər ki, bəsdir  də a qardaş nə düşmüsən arxamızca?  Biz bu il istirahət edə bilməyəcəyik? Ora gediblər ki, nə bilim nə olub (əslində nəsə olub, amma mən xatırlamıram ). Sonra deyiblər yox ee yox. Biz Yaponiyaya gedək, orda insanlar çox sakitdir, orda istirahət etmək olar, amma oranın təbiətinin necə çılğın olduğunu bilmədən gediblər. Bu dəfə onları güclü zəlzələ qarşılayıb, ardından da sunami...  Düz 6 dəfə istirahətlərinin pozulmasına səbəb olan təbii fəlakətləri görcəyin özlərində nəsə bir kərahət olduğunu düşünüblər: "Axı bu qədər təsadüf olmaz" və TV-lərdə məhşur olublar.

Bizim dinimiz də bunu deyir də: “Təsadüf yoxdur...” Əgər yoxdursa, təklif eləmək olar ki, daha biz ordumuzun gündən günə güclənməsinə vəsaitlər ayıranacan o "müqəddəs" ailəni tapıb onlarla "gizli müqavilə" bağlayaq və onları bədnam qonşumuz Ermənistana istirahətə yollayaq da, daha nə qədər BMT (Beynəlxalq  multfilim tamaşaları) və beynəlxalaq cəmiyyətin bizim üçün nəsə edəcəyini gözləyəcəyik? Özümüz hərəkət etməliyik, özümüz çalışmalıyıq, özümüz qazanmalıyıq itirdiyimiz torpaqları.  Əslində beynəlxalq cəmiyyət sözü deyəndə deyirsən "aha nəsə ciddi nəticələnəcək bir qurumdur", əşşşi onların ciddi görünən təkcə adları var, o ciddiyyət altında gizlənib öz işləri ilə məşğuldurlar. Onlardan bizə "müftə" nəsə gəlməz... Yaxşı bir söz eşitdim bu yaxınlarda, düşünürəm bir çoxlarının qulağına srrğa olacaq sözlərdəndir: "Havayı heç kəs heç kəsə heç nə vermir , havayı pendir olur o da siçan təsləsində". Düzdür tam dəqiqliklə yadda saxlamıram, amma rəndələnmiş formada da olsa mahiyyət eynidir.

Sözümün canı, bu insanlardan (avropalı gənc ailədən) istifadə etmək lazımdır, onsuz da bizdən nəsə çıxmayacaq, ümüdümz özümüzə qalmayıb artıq, heç olmasa biz də nəyəsə cəhd eləyək və deyək: Bəlkə tutdu...

Mənə maraqlı olan budur ki, biz səhv də olsa, düz də olsa nəyəsə görə bir ola bilmirik, adi son olanlardan dindarların birləşib hicabla bağlı çıxış etmələri olsun, yaxud muxalifətin başsiz inqilabları olsun, bu işlərdə niyə birləşə bilmirlər? Dindarlardan maksimum 2 min nəfər gedir etiraza, muxalifətdən 300 nəfər, hardasa 1 aya yaxın bir xəbərdə oxumuşdum Portuqalyada nəsə kiminsə haqqı pozulub meydanda 200.000 adam var, fərqə baxmaq belə gülməlidir.

Coğrafi baxımdan çox oxşarıq Portuqalyaya, eyni enlikdə, eyni iqlimə yaxın, əhalinin sayı az-maz eyni, amma birlik və vəhdətdə çox uzağıq qütblə ekvatorun muqayisəsi kimi...

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.