Naxçıvandakı məşhur Qeysəriyyə abidəsi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » Naxçıvandakı məşhur Qeysəriyyə abidəsi
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » Naxçıvandakı məşhur Qeysəriyyə abidəsi

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: Naxçıvandakı məşhur Qeysəriyyə abidəsi
 
 
Müəllif: Zaur | 14 Aprel 2011 | 12921 dəfə oxunub
http://zeka.az/1487-naxgdvandakd-mjehur-qeysjriyyj-abidjsi.html
Naxçıvandakı məşhur Qeysəriyyə abidəsi
Binanı vaxtilə Şah Abbas öz həyat yoldaşı üçün tikdirib
Azərbaycanın tarixən qədim torpaqlarından biri də Naxçıvan ərazisidir. Bunu Naxçıvandan arxeoloji qazıntılar zamanı tapılan əşyalar və günümüzə qədər gəlib çıxan tarixi memarlıq abidələri də sübut edir. Tarixi abidələrimizdən biri də Ordubad şəhərində Qeysəriyyə adı ilə tanınan bazardır. 
 Qeysəriyyə adlanan binanı vaxtilə Şah Abbas ( 1557 - 1628, Səfəvi-Azərbaycan dövlətinin hökmdarı) öz həyat yoldaşı üçün tikdirib. Binanın tikilməsində məqsəd Şah Abbasa məxsus olan qızıl və zinət əşyalarının satılması olub. Gözəl memarlıq üslubunda inşa edilmiş abidə bir böyük və ona bitişik səkkiz kiçik günbəzdən ibarətdir. İlk vaxtlar örtülü ticarət mərkəzi kimi nəzərdə tutulub. Ərdəbil, Təbriz və başqa şəhərlərdə zərgərlik məmulatları satılan örtülü bazarlar da Qeysəriyyə adlanır. Hətta o vaxt bu binaya Şərq bazarı adı da verilib. Hazırda isə ondan Ordubadın Tarix Diyarşünaslıq Muzeyi kimi istifadə olunur.
 Qeysəriyyə adında bu tip binadan 3 şəhərdə var: Səmərqənd, Təbriz və Ordubadda. Ən yaxşı restavrasiya olunmuş tarixi abidə isə Ordubaddadır. 1990-cı ildən Tarix Diyarşünaslıq Muzeyi kimi istifadə olunan bu binada 4 mindən çox eksponat saxlanılır. 
 Qeyd edək ki, muzeydə saxlanılan eksponatların sayı 1995-ci ildə 2831 ədəd olub. Əsasən əhalidən yığılan eksponatlar müxtəlif tarixlər arasında dəyişir. Bununla da Ordubadın qədimiliyinin konkret hansı tarixə gedib çıxdığını təsdiqləmir. Buradakı eksponatların qədim olması isə ən çox əcnəbi turistləri təəcübləndirir. Bu barədə Tarixi Diyarşünaslıq Muzeyinin direktoru Vilayət Bağırov bildirib.
 “Ən qədim eksponat eradan əvvəl 2-1-ci minilliyə aid Gəmiqaya qranit daşları, 32 ədəd Quran cüzvələri əl ilə yazılıb. Burada qədim numizmatika, pul nümunələri var”, - deyə Vilayət Bağırov vurğulayıb.
 Ordubad Tarix Diyarşünaslıq Muzeyində olan eksponatların hamısı qədimiliyilə seçilsə də, bir eksponat diqqət çəkir. Daş üzərində gənc qızın simasında naxışlarla Qulfu-Allah yazılıb. Uşaqların yerini islatmaması üçün xüsusi qabı olan beşik, tüstünü qovan ən iri kürə də məhz bu muzeydədir.
 XVII əsrdə Ordubaddakı evlərin qapılarının üzərinə 2 müxtəlif cihaz asılırmış. Belə ki, bu dəmir cihaz vasitəsilə qapını döyəndə qapıya zərif cinsin nümayəndəsi getməlidir. Bu zaman dərhal bilinirdi ki, qapını zərif cinsin nümayəndəsi, yəni xanim döyür. Digər ikinci cihazla qapı döyülərkən isə bilinirdi ki, qapını döyən kişidir və mütləq qapını kişi açmalıdır.
 Zınqırovlu sandığa da Ordubad muzeyində rast gəldik. Ordubadın varlı təbəqəsindən olan Ərbab adlı şəxs qiymətli əşyalarını saxlamaq üçün onu Fransadan gətizdirib.
 “347 kiloqram çəkisi var. Bu sandığın içində bir ədəd də seyf var. Qızılları saxlamaq üçün 18 dişi var. Kilidlənməyə zınqırovu var ki, oğru aparmasın”, - deyə Vilayət Bağırov vurğuladı.
 Ümumiyyətlə, muzeydə varlı Ərbaba məxsus bir neçə eksponat qorunub saxlanılır. İri kəfkirli saat da məhz onun şəxsi istifadəsində olub. Hər dəfə saat vuranda, onun səsi Cənubi Azərbaycanın Siyalı kəndinə qədər gedib çıxıb.
 “Bu saatın səsini eşidəndə, Siyalıda deyirmişlər ki, Ordubad ərləri işə gedir. Burada olan qapıların birinin üzərində qlobus, birində də açar var. Bu o deməkdir ki, kitabları oxu, bu bilik açarına sahib ol, sonra dünyanı fəth et, yəni qlobusu əlində tut”, - deyə Vilayət Bağırov vurğulayıb.
 Ordubad Tarixi Diyarşünaslıq Muzeyində eksponatlarla yanaşı, bu diyarda bitən müalicəvi bitkilər də muzeyi ziyarət edənlərə nümayiş etdirilir.ANS




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 11
Robot: 1
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.