Bioterrorizmin elementi - Geni Modifikasiya Olunmuş qidalar » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Bioterrorizmin elementi - Geni Modifikasiya Olunmuş qidalar
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Bioterrorizmin elementi - Geni Modifikasiya Olunmuş qidalar

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Bioterrorizmin elementi - Geni Modifikasiya Olunmuş qidalar
 
 
Müəllif: Carchi | 14 Aprel 2011 | 12468 dəfə oxunub
http://zeka.az/1488-bioterrorizmin-elementi-geni-modifikasiya-olunmue-qidalar.html
Bioterrorizmin elementi - Geni Modifikasiya Olunmuş qidalar
Ekspert: "Biz şüşədəki cini buraxmışıq və artıq onu ora salmaq mümkün deyil"
Geni dəyişdirilmiş modifikasiya olunmuş qida məhsulları (GMO) qida sahəsində dünyanın üzləşdiyi ən böyük problemlərdən biridir. İlk baxışda GMO ərzaq bolluğuna gətirib çıxarsa da, təəssüf ki, bu üsulun fəsadları da az deyil. Sirr deyil ki, belə məhsullar yetişdirilərkən onlarda müxtəlif heyvanların, orqanizmlərin genlərindən istifadə edilir. Məhz bu da gələcəkdə bəşər övladının ciddi problemlərlə üzləşməsinə səbəb ola bilər. 
GMO nə deməkdir?
 Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik İnstitutunun baş elmi işçisi, Gen mühəndisliyi ilə bağlı maarifləndirmə İctimai Birliyi adlı QHT-nin sədri Elxan Əliyevinin sözlərinə görə, biotexnikanın gen mühəndisliyi deyilən bir sahəsi var ki, bu da hər hansı orqanizmdə ona yad olan orqanizmlərdən genlərin köçürülməsi ilə bağlıdır. Nəticədə alınan hibrid orqanizmlər –geni modifikasiya olunmuş – GMO adı altında elmə məlumdur. İlk dəfə Pol Dev 1972-ci ildə bir mikroorqanizmə 3 müxtəlif mənbədən genlər köçürərək yeni kombinat mirkoorqanizm əldə edib. Ancaq onun özü etiraf edib ki, belə orqanizmlər yoxlanılmadan, nəzarət altından çıxıb ətraf mühitə buraxılsa, onun yaratdığı təhlükələrin qarşısı alınmaz olar. Təhlükəni hiss edən alim həmkarları ilə belə orqanizmlərin təhlükəsizliyinin tam sübuta yetirilməyənədək təhlükəli hesab olunmalı və ətraf mühitə buraxılmaması barədə bəyanata imza atıb. Ancaq artıq bu metodlar işlənib hazırlanmışdı. 
 Azərbaycanlı mütəxəssisin sözlərinə görə, GMO sahəsində işlənib hazırlanan hər bir metodun özünün çatışmazlıqları var: “Bu gündə təkmiləşdirilmiş tam metod yoxdur ki, alimlər köçürülmüş genin başqa genlərlə hansı formada qarşılıqlı münasibətdə olması və köçürülmüş genin yaratmış olduğu bioloji aktiv maddələrin yalnız arzu edilən deyil, digər əlamətlərə nə dərəcədə təsir göstərə bilməsindən əmin olsunlar. Bütün bunlara baxmayaraq bütün dünyada bu metodlar hazırlanandan sonra geniş yayıldı. Bu metdodlar alimlərə ən müxtəlif orqanizmlərdə genetik manipulyasiyalar aparıb yeni geni dəyişdirilmiş mikroorqanizm, bitki və yaxud heyvan mənşəli canlı hibrit orqanizmlər yarada bilməsinə imkan yaratdı”. 
 GMO qida məhsullarının tam mükəmməl olmadığı və xüsusi təhlükə kəsb etdiyini Rusiya, İndoneziya, Argentina, Avstraliyada aparılan təcrübələr açıq-aydın göstərib. 
 E.Əliyev bu gün 120-dən artıq ən müxtəlif kənd təsəsrüfatı bitkilərində genetik modifikasiya olunmuş analoqların yaradıldığını bildirib. Bunun 64-ü son məlumatlara görə, təsərrüfatlarda tədbiq olunur. 23 ölkə GMO orqanizmləri kənd təsərrüfatı məhsullarını becərilir. Sonuncu olaraq Misir bura daxil olub. Bu ölkə 4 qarğıdalı analoqunu Cənubi Afrikadan əldə edib və 4 əyalətdə becərilmsinə icazə verib. 
 Bu gün bu cür orqanizmlər insan övladının birinci nəslinə tədbiq edilir. Mütəxəssis ikinci, üçüncü nəsildə hansı fəsadların baş verəcəyini bizim övladlarımızın müşahidə edəcəyini deyir. 
 Bir zamanlar özünün ağ alması, kartofu, üzümü və başqa meyvə-tərəvəzləri ilə tanınan Azərbaycanda GMO ərzaq məhsullarından istifadə kifayət qədərdir. Bazarlarda bu cür qidalara hər addımbaşı rast gəlmək çətin deyil. Ekspertlər artıq bu sahədə həyəcan təbili çalmağın vaxtı çatdığını düşünürlər. E.Əliyevin sözlərinə görə, əsas narahatçılıq bu gün Azərbaycanda mükəmməl işlənmiş qanunun olmamasıdır: “Yeganə qanun “Toxumculuq haqqında” qanundur. Onun 27-ci maddəsinin 2-ci bəndində xüsusi qeyd edilib ki, Azərbaycana GMO mənşəli toxumların gətirilməsi, idxalı qadağandır. Ancaq müstəsna hallarda - sərgilərdə göstərmək, təcrübələr qoymaq məqsədi ilə gətirmək olar. Bütün bunlara baxmayaraq vaxtı ilə Azərbaycana ən müxtəlif yollarla qaçaqmalçılıq, humantar yardım yolu ilə çox sayda belə toxumlar gətirilib. Bu gün bu şüşədəki cinə oxşayır. Biz şüşədəki cini buraxmışıq və artıq onu ora salmaq mümkün deyil. Azərbaycanın ərazisi unikal bir regiondur, bir çox mədəni bitkilərin yaranma ocağıdır. Bu regionda bu qəbildən olan eksperimentlərin aparılması xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Qanun formalaşmasa, qəbul edilməsə, biz bunun qarşısını ala bilmirik. Qanun qəbul ediləndən sonra da o işləməlidir. Bu lazımı qurumlar, hökumətin bilavasitə yüksək səviyyədə nəzarətində olmalıdır”. 
 Ekspert hesab edir ki, əgər bu cür qanunlar qəbul edilməsə, onların həyata keçirilməsi lazımı səviyyədə olmasa, bu gün Azərbaycan bu cür qidalar üçün “açıq qapı” sistemində işləyəcək. "Azərbaycanı çox böyük təhlükələr gözləyir", - deyə o vurğualyıb. 
 İkinci ən böyük problem isə əhalinin bu sahədə kifayət qədər maariflənməməsidir. Gen mühəndisliyi ilə bağlı maarifləndirmə İctimai Birliyi adlı QHT-nin sədri indi əsas məqsədinin də Azərbaycan əhalisinin müxtəlif təbəqələrini bu istiqamətdə lazımı qədər maarifləndirmək, lazım olan qanunlar, bununla bağlı digər normativ aktların tərtib edilməsi istiqamətində iş olduğunu deyir. “Azərbaycanda bu gün GMO haqqında insanların son dərəcə kasıb məlumat alması, adıçəkilən sahədə maariflənmənin sıfır səviyyəsində olması çox ağır vəziyyətə gətirib çıxara bilər. Heç vaxt maariflənməsi güclü olan ölkə dövlət bu cür ağır problemlərlə qarşı-qarşıya qala bilməz. Azərbaycanda gen mühəndisliyi ilə bağlı maarifləndirmənin fasiləsiz tədbiqini təşkil etmək və sistemi inkişaf etdirməkdir. Ancaq o halda əhali biləcək ki, bu nədir və ona necə münasibət bəsləmək lazımdır". 
 Geni dəyişdirimiş qidalar sahəsində atılmalı olan ilk addımlardan biri də bu sahədə laboratoriyaların yaradılmasıdır. Dəyəri 60-70 min dollar olan və GMO orqanizmlərinin mənşəyini, ərzaqlarda onun olmasını, hansı miqdarını təyin edən laboratoriyaların olmamasını Elxan Əliyev böyük bəla adlandırır. 
 İctimai narahatlığa səbəb olan məsələ GMO qidaların insan sağlamlığına vura biləcəyi fəsadlardır. Geni dəyişdirilən bu cür meyvə-tərəvəzin fəsadlarının olduğu heç kimə sirr deyil. Hətta bəzi beynəlxalq təşkilatların açıqlamalarında da belə GMO qidalarının sağlamlıq üçün risk potensialının yüksək olduğu açıq-aydın bildirilir. Belə ki, geni modifikasiyaya uğrayan qidaların başqa allergik xəstəliklər olmaqla, orqan çatışmazlığı, immun zəifliyi, hətta bəzən xərçəngə belə yol aça biləcəyi istisna olunmur. 
 Şotlandiyanın Rovett İnstitutunun professoru Arpad Pusztain GMO-lu qidalar ilə siçanlar üzərində təcrübə aparıb. Təcrübə nəticəsində heyvanların daxii orqanlarında kiçilmə, həzm sistemində pozğunluq, immunitetin zəifləməsi, qan quruluşunun pozulması, mədə çəpərinin qalınlaşması müşahidə edilib. 
 Avstraliya Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə Vyana Univerisitetində ötən il aparılan eksperimentdə isə siçanların üç, dörd nəsil sonra nəsilartırma qabiliyyətini itirdiyi müəyyən edilib. 
 GMO-ların istifadəsinin tam qadağan olunduğu İsveçrədə allergik xəstəliklərin cəmi 7 faiz olduğunu vurğulayan Əkinçilik İnstitutunun baş elmi işçisi bu cür qidaların böyük hissəsinin istehsal olunduğu ABŞ-da bunun 10 dəfə çox - 70 faiz olduğunu bildirib. “Məsələn, Avstraliyada GMO qarğıdalı becərilən sahədə işləyən fermerlərin, yaxınlıqda olan əhalidə müəyyən edilməyən, asqırmaq və öskürmək ilə müşahidə olunan allergik xəstəlik tapılıb. O insanlar başqa yerə köçürüləndə, xəstəlik sağalıb. Lakin geri qayıdanda, yenidən müşahidə olunub. Bu onu göstərir ki, GMO-nun tozcuqlarında sintez olunan maddələr var ki, bunlar da xəstəlik yaradırlar. Artıq bizim qidamız bəzi hallarda 90-95 faizini genetik modifikasiya olunmuş qidalar, onların əsasında istehsal olunan müxtəlif komponentlərdən ibarətdir. Azərbaycanda bir çox allerqoloqlar da etiraf edirlər ki, bu gün ölkədə elə xəstəliklər var ki, onların ekologiyasını, mənşəyini təyin etmək mümkün olmayıb”. 
 Dünyada getdikcə artan GMO təhlükəsini ən dəhşətli xəstəliklərdən biri hesab edilən QİÇS-lə bərabər tutmaq da mümkündür. “20 əsrin 80-cı illərində QİÇS xəstəliyi tüğyan edəndə, o dəqiqə uşaqdan böyüyə kimi hamı maarifləndi və bildi ki, bu həddindən artıq ağır xəstəlikdir. Amma insanların arasında sorğu aparılsa, görərik ki, onların çoxu GMO haqqında məlumatsızdır, onun mənasını başa düşmürlər. Xalq üçün GMO QİÇS-dən dəfələrlə ağır təhlükəyə gətirib çıxara biləcək bioterrorizmin bir elementidir. NATO ölkələrinin nümayəndələri son yığıncaqlarında GMO-nu bioterrorizmin bir elementi kimi qiymətləndirib. Acınacaqlı hal budur ki, bu istiqamətdə iki tərəf – Avropa və ABŞ arasında müharibə gedir. Yəni bunun yaradıcısı olan ABŞ, Kanada, Argentinanın əsas amalı əldə etdikləri bu məhsulları Avropa, 3-cü dərəcəli inkişafda olan dövlətlərə ixrac etməkdir”, - deyə E.Əliyev vurğulayıb. 
 Bəs ölkəyə gətirilən GMO məhsullar hansılardır?
 Azərbaycana gətirilən kənd təsəsrrüfatı məhsulları içərisində soya, soya mənşəli, kartofun bəzi analoqları var ki, onlar genetik modifikasiya uğramış mənşədən olduğu heç bir şübhə doğurmur. Son vaxtlar çuğundur, alma, armud və s. bu siyahıya əlavə edilib. “Artıq elə bir ərzaq məhsulu yoxdur ki, onun tərkibində genetik modifikasiya olunmuş fraqment olmasın. Məsələ ondadır ki, bəzi ölkələrdə bu fraqmentin faizi heç olmasa dəqiqləşdirilir və o faizdən yuxarı artıq qəbul edilmir. Bunu tənzimləyən mexanizm lazımdır. Heç olmasa hər ölkə öz əhalisini, ərazisini qorumalıdır”. 
 Lakin Azərbaycan özünü belə təhlükədən qoruya bilər. QHT sədri Azərbaycanın çox böyük potensialı olduğunu deyir. Onun sözlərinə görə, bundan istifadə edərək bugünkündən 3 dəfə artıq əhalini qidalandırmaq imkanımız var. "Ənənəvi əkinçilik sisteminə bir qədər qayğı olsa, bu sahəyə lazım olan diqqəti yetirsək, bizə genetik modifikasiya olunmuş orqanizmlər lazım deyil. Azərbaycan GMO oqranizmlərin poliqonuna çevrilməməlidir”. 
 Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ANS PRESS-ə açıqlamasında Azərbaycanda Geni Modifikasiya Olunmuş qidalarla bağlı qanun qəbulunun nəzərdə tutulmadığını bildirib. O, bununla bağlı müəyyən qanunlarda nəzərdə tutulan maddələr olduğunu xatırladıb. “1997-ci ildə toxumculuq haqqında qanunun 27-ci maddəsində qeyd olunub ki, gen mühəndisliyi sayəsində əldə edilən toxumların, yəni genetik modifikasiya edilmiş orqanizmlərin Azərbaycana idxalına icazə verilmir. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunun 3-cü maddəsində də müəyyən müddəalər əksini tapıb. Qanunun 6.05 maddəsində ekoloji təmiz kənd təsərrüfatına dair tələblərdən birində ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlər, onların törəməsindən istifadə edilmənin qadağan olunmasıdır. Bu qanunun ekoloji təmiz kənd təsərrüfatı ərzaq məhsullarının markalanması adlanan 16.09 maddəsində alıcıların seçim etmək hüququnu təmin etmək məqsədilə Azərbaycan Respublikasında satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalıda genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə haqqında məlumatlar, 18.4 maddəsində Azərbayacana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində GMO-dan istifadə haqqında məlumat göstərilməli olduğu qeyd edilib”. 
 E.İbrahimov idxal olunan bəzi qida məhsullarının üzərində bu tələbin yerinə yetirildiyini desə də, bəzilərində bunun göstərilmədiyini etiraf edib. Millət vəkili ölkəyə GMO məhsulları gətirənlərin, qanunu pozanların cəzalandırılmalı olduğunu da deyib. Onun fikrincə, İnzibati Xətalar Məcəlləsində müəyyən cəzalar, cərimələr nəzərdə tutulmalıdır. 
 “Bizdə qanunla əlaqədar sərhəddə, laboratoriyalarda kənd təsərrüfatı mallarından tutmuş toxumlara qədər bütün məhsullar yoxlanılmalıdır. Genin modifikasiya olunması göstərilən faizlərdən çox olanda, ölkəyə daxil olmasına icazə verməməlidirlər. Bunun üçün yeganə bir şey lazımdır. Buda ki, bu cür məhsulları ölkəyə gətirən, yayan şəxslər haqqında inzibati cəzaların nəzərdə tutulmasıdır. Bizdə konkret olaraq qanunda GMO haqqında qeyd olunsa da, buna yol verənə nə edəcəyimiz yoxdur. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə belə nəzərdə tutulub ki, biz məsələni qaldıraq, İnzibati Xətalar Məcəlləsinə əlavə dəyişikliklər edək ki, belə məhsullar ölkəyə gətirilməsin”. 
GMO-nun insan sağlamlığı üçün ziyanlı olduğunu təsdiqləyən komitə sədri bu məsələnin qarşısını alınmalı olduğunu qeyd edib: “Biz bunları yeyib elə bir xəstəliyə tutuluruq ki, sonra o xəstəliyin heç adını da bilmirlər”.ANS PRESS




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (15 Aprel 2011 00:23)



Qrup: İstifadəçi
Tarix: 2.02.2011
Mene göre bütün dünyanın en böyük problemidir bu GMO...
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 15
Robot: 2
Qonaq: 13
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.