Ər-arvadın qarşılıqlı vəzifələri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 4-ü, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Ər-arvadın qarşılıqlı vəzifələri
 
 » Sağlamlıq » Psixologiya » Ər-arvadın qarşılıqlı vəzifələri

     
 
Sağlamlıq » Psixologiya: Ər-arvadın qarşılıqlı vəzifələri
 
 
Müəllif: Zaur | 8 Noyabr 2009 | 14247 dəfə oxunub
http://zeka.az/149-399r-arvad305n-qar351305l305ql305-v601zif601l601ri.html

alt

Ər-arvadın qarşılıqlı vəzifələri

Bu rubrikamızda qadının kişiyə, kişininsə qadına aid zəruri vəzifələrindən danışacağıq. Keçən rubrikalarımızın birində dedik ki, ailə qurmaqda mühüm hədəflərdən biri qadınla kişinin cinsi ehtiyaclarının təmin edilməsidir. Həm qadın, həm kişi bu məsələnin əhəmiyyətini dərk etməlidirlər.

İkincisi ər-arvad qarşısındakı vəzifələrdən digəri bir-biriləri ilə yaxşı rəftar etməkdir. İlk uyğunlaşmadan sonra aralarındakı razılığı davamlı şəkildə sürdürmək onların ən mühüm vəzifəsidir. İslam dinində ər-arvad arasında münasib qarşılıqlı əlaqələrin yaradılması üçün həm qadın, həm də kişiyə tövsiyələr olunmuşdur. Kişinin öz həyat yoldaşı qarşısında daşıdığı məsuliyyət bir neçə məsələyə qayıdır: iqtisadi şəraitin təmini, ülfət məsələləri ilə bağlı ehtiyacların təmini, qadını uca tutub ona ehtiram bəsləmək, qadınla maksimum yaxşı şəkildə ünsiyyət, ixtilaflı məsələlərdə onunla nəvazişlə davranmaq, ailədə qadının qeyri-münasib rəftarlarını bağışlayıb onlara göz yummaq. Qadınlar kişilərin yanında əmanətdir. Lakin qadınlar bir çox məsələləri kişilərin ixtiyarına qoymalıdırlar. Sözsüz ki, qadının ona əmanət verildiyini bilən kişi onunla ən uyğun rəftarda olmağa çalışacaq. Kişilərə tövsiyə edilir ki, qadınları üçün lazım olan dünya xoşbəxtliyini təmin etsinlər, belə ki, bir-biri ilə xoş rəftar etmək, xoşbəxtliyə və ömrün uzanmasına səbəb olur. Qadınla xoş münasibətin bir ucu da şəxsin ictimai xarakter keyfiyyətinə qayıdır, yəni şəxsin öz həyat yoldaşı ilə münasib rəftarı onun ictimada hörmət sahibi olmasını, pis rəftarı isə ictimada özünü lazımi şəkildə apara bilmədiyini göstərir. Ən əsası isə kişinin öz qadını ilə münasib rəftarı onun iman dərəcəsinin göstəricisidir. Din övliyaları açıqca elan edirlər ki, öz həyat yoldaşı ilə xoş münasibətdə olan hər kəsin yüksək imanı vardır. Peyğəmbərimiz (s) buyurur: “Mən hamıdan daha çox öz qadınlarımla xoş rəftar edirəm.”

Kişilərdən tələb olunduğu kimi, qadınlardan da bacardıqları qədər öz həyat yoldaşlarını hər tərəfli razı salmaq tələb olunur. Qadının çətin anlarda səbr etməsi, bəzi imkansız məsələləri kişinin boynuna yükləməməsi, iqtisadi və ictimai problemlər zamanı kişiyə arxa durması ər-arvad arasında xoş münasibətlərə yol açar. Bəqərə surəsi, 228-ci ayədə deyilir: “Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər. ”

Kişininin vəzifələrindən biri qadının və ailəsinin iqtisadi xərcini təmin etməkdir və qadın iqtisadi məsələlərin təmin edilməsində heç bir məsuliyyət daşımır, hətta özünün çoxlu gəliri olsa da. Qadının üzərinə düşən başlıca məsuliyyət ailə həyatındakı münasib əlaqələrdə yoldaşlıq göstərməsidir. Onun əsas vəzifəsi öz həyat yoldaşı ilə xoş davranmaq, övlad dünyaya gətirib tərbiyə etməkdir. O, bu vəzifələri məhz ailə xərcinin onun üzərindən götürülməsi hesabına sakit ruhiyyə ilə ifa edə bilər. Qadının maddi ehtiyacları kişinin maddi ehtiyaclarından daha çoxdur: məişət və bəzək əşyalarına ən çox qadının ehtiyacı var və bunların yoxluğu qadınları problemlərlə üzləşdirir. Əgər qadın özü öz ehtiyaclarını ödəməyə başlasa, bu onun qadınlıq və analıq vəzifələrini ifa etməsinə mane olacaq. Qadının ev xərcini ödəməsi qadınla kişini eyni psixoloji fəzada yerləşdirir, istər-istəməz kişinin ailə məsuliyyətləri ilə əlaqədar qadından umacağı azalır.

Qadına məxsus vəzifələrdən digəri də ailədə kişinin başçılığını qəbul etməkdir. Bu haqda Allahın Rəsulu belə buyurur: “Ərin öz qadını üzərində hüquqlarından biri budur ki, qadını ona itaət etsin, onun qarşısında itaətsizlik etməsin. Onun izni olmadan evin malından sədəqə verməsin. Yalnız onun icazəsi ilə müstəhəb oruc tutsun, ərin izni olmadan evdən bayıra çıxmasın...”  

Həzrəti Rəsula (s) dedilər: ”Qadın üzərində kimin daha çox hüququ vardır?”  Buyurdu: “Onun həyat yoldaşının.”  Kişinin ailədə iqtidar sahibi olması zəruridir, bundan daha zəruri olan isə qadının bu məsələni hiss etməsidir. Həzrət Əli (ə) buyurur: “Qadının səni iqtidar sahibi olaraq görməsi sənin məğlubiyyətin və zəifliyini müşahidə etməsindən daha yaxşıdır.”

“Ailəyə başçılıq etmək kişinin öhdəsindədir” deyildikdə, ailə üçün məsləhətli qərarların verilməsi nəzər obyektində durur. Ailə üçün məsləhətli olanların bəzilərini misal göstəririk: yaşayış yerinin seçimi, ailənin iqtisadi məsələlərinin öhdəçiliyi, övladların qayda-qanunla idarəçiliyi və s. Bütün bunlar kişinin üzərindədir və kişi bu imtiyazlardan sui istifadə etməməli, ailənin səadətini təmin etməyə çalışmalıdır.

“Nisa” surəsi 135-ci ayə, “Maidə” surəsi 8-ci ayənin ərəbcəsində iman sahiblərinə müraciət edilir və orada “qəvvamin” sözü gətirilir ki, bu bir çox mühüm məsələləri əhatə edir:

a) Kişinin vəzifəsi qadının cismani və psixoloji ehtiyaclarını münasib şəkildə təmin etmək və onun ruhi rahatlıq hiss etməsi, inam bəsləməsi üçün şərait yaratmasıdır.

b) Kişi ailə və evi idarə edərkən qadının şəraitini dərk etməli, onun halına uyğun onu himayə etməli və ailənin başçısı olduğu üçün ailəni ədalətlə idarə etməlidir. Bu idarəçilik bir sıra qaydalarla bağlıdır, belə ki, kişi qadınının və övladlarının azadlığını cəmiyyət və şəriət çərçivəsində təmin edir. Ailənin idarəçiliyi, yaxud başçılığı İslam nəzərində patriarxatlıq (yəni atanın hakim olması) deyil, çünki patriarxatlıqla təyin edilmiş hədlərə riayət edərək ailənin səadətini düşünüb onu idarə etmək fərqli bir məsələdir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 7)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 4
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.