Qusarda cinsi bilinməyən uşaq doğulub » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Qusarda cinsi bilinməyən uşaq doğulub
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Qusarda cinsi bilinməyən uşaq doğulub

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Qusarda cinsi bilinməyən uşaq doğulub
 
 
Müəllif: Carchi | 16 Aprel 2011 | 12758 dəfə oxunub
http://zeka.az/1491-qusarda-cinsi-bilinmjyjn-ueaq-dodulub.html

Qusarda cinsi bilinməyən uşaq doğulub

Bakıdakı həkimlər bu anomaliyanın qarşısında aciz qalıb

Qusar rayonun Amsar Qışlaq kəndində cinsi bəlli olmayan körpə dünyaya gəlib. Aprelin 12-də Qurbanovlar ailəsində dünyaya göz açan uşağın çəkisi 3,600 qram, boyu 50 santimetrdir. Hazırda o ana südü ilə qidalanır. Uşağın anası Bahar Qurbanovanın sözlərinə görə, hamiləlik zamanı ultrasəs müayinəsində uşağın oğlan olduğu bəlli olub. Doğuş zamanı isə həkimlər onun xarici görünüşünə baxaraq qız uşağı olduğunu müəyyən edib. Əslində isə körpənin nə qadın, nə də ki, kişi cinsinə aid olduğu bəlli deyil.

 Uşaq anadan olan kimi həkimlər onun Bakıya aparılmasını tövsiyə edib. Bakıda isə həkimlər bu anomaliyanın qarşısında aciz qalıb.

 Mərkəzi Klinik Xəstəxanının həkim-genetiki Səhər İsmayılova deyir ki, hər yeni doğulan 2000 uşaqdan birində bu cür anomal hal müşahidə olunur. “Bu zaman həmin uşaq üzərində əməliyyat aparılaraq anomal halı aradan qaldırmağa çalışırıq. Amma bu uşaqda iki qüsur olduğundan, o cümlədən onun cinsiyyəti dəqiq bilinmədiyindən vəziyyəti bir az qəlizdir”, - deyə İsmayılova əlavə edib.

 Həkim genetikin sözlərinə görə, uşaqda lazımı müayinələr aparıldıqdan sonra hansı cinsə malik olduğu bəlli ola bilər. Bunun üçün xromosom analizi verilməlidir.

 Uşağın qüsurlu doğulmasına gəlincə, həkim hesab edir ki, ananın hamiləlik vaxtı hormonal dərman qəbul etməsi və ya irsi faktor ola bilər.

  Elmi Tədqiqat Pediatriya İnstitutunun həkim cərrahı Gündüz Ağayev əməliyyat yolu ilə qüsurun aradan qaldırılmasının mümkün olduğunu deyib. Bu barədə uşağın valideynlərinə təklif edilsə də, onlar əməliyyatdan imtina ediblər.ANS




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (17 Aprel 2011 23:52)



Qrup: İstifadəçi
Tarix: 2.02.2011
Heyretler içinde oxudum xeberi.Allah kömek olsun ailesine....
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.