ABŞ-da anomal hava 10 nəfərin ölümünə səbəb olub » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » ABŞ-da anomal hava 10 nəfərin ölümünə səbəb olub
 
 » Xəbərlər » Həftə içi xəbərlər » ABŞ-da anomal hava 10 nəfərin ölümünə səbəb olub

     
 
Xəbərlər » Həftə içi xəbərlər: ABŞ-da anomal hava 10 nəfərin ölümünə səbəb olub
 
 
Müəllif: Carchi | 16 Aprel 2011 | 12242 dəfə oxunub
http://zeka.az/1492-abe-da-anomal-hava-10-njfjrin-glgmgnj-sjbjb-olub.html

ABŞ-da anomal hava 10 nəfərin ölümünə səbəb olub

Ölkənin bir hissəsində meşə yanğınları, digər hissəsində qasırğa baş verib

Amerika Birləşmiş Ştatlarının Texas ştatında meşə yanğınları tüğyan edir. Yanğın artıq yüz minlərlə hektar ərazini əhatə edib. 1 yayğınsöndürən ölüb. Xəsarət alan olmayıb. Yanğın onlarla evin dağılmasına səbəb olub, yüzlərlə adam evakuasiya edilib. Ştatda əsən güclü külək yanğının yayılmasına daha da təkan verib. Yanğının meydana gəlmə səbəbi kimi kəskin istilər göstərilir, belə ki, bu ilin mart-aprel ayları Texas ştatında 1895-ci ildən bəri ən isti aylar olub.

 ABŞ-ın mərkəzində isə pis hava şəraiti hökm sürür. Bir neçə ştatda qasırğa baş verib, şimşək çaxıb. Bir neçəsi uşaq olmaqla, 9 nəfərin öldüyü bildirilir. Onların əksəriyyəti ağacların aşması nəticəsində evlərdə yaranmış dağıntılar altında qalaraq ölüb. Associated Press agentliyinin məlumatına görə, qasırğanın baş verdiyi ştatlarda sakinlər ştat rəhbərliyinin xəbərbdarlığına məhəl qoymayaraq, təhlükəsiz yerlərdə gizlənməyiblər, bunun nəticəsində də insan itkisi olub. Şimşəklə müşayiət olunan küləyin sürəti saniyədə 35 metrə çatıb. Qasırğa Oklahoma ştatında, daha sonra isə Arkanzas, Tennesi, Luiziana və Missisipi ştatlarında baş verib. Region meteoroloqları qasırğanın son bir neçə ildə baş verən ən güclü qasırğa olduğunu deyiblər.ANS





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (17 Aprel 2011 23:50)



Qrup: İstifadəçi
Tarix: 2.02.2011
Beter olsun ABŞ inşallah....
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 10
Robot: 4
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.