Məzunlara veriləcək qızıl və gümüş medallar (FOTO) » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Məzunlara veriləcək qızıl və gümüş medallar (FOTO)
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Məzunlara veriləcək qızıl və gümüş medallar (FOTO)

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Məzunlara veriləcək qızıl və gümüş medallar (FOTO)
 
 
Müəllif: Carchi | 16 Aprel 2011 | 12324 dəfə oxunub
http://zeka.az/1493-mjzunlara-veriljcjk-qdzdl-vj-ggmge-medallardn-tjsviri-mjlum-oldu-fotolar.html
Məzunlara veriləcək qızıl və gümüş medallar
Nazirlər Kabineti "Təhsildə xüsusi nailiyyətlərə görə" qızıl və gümüş medalların təsviri"nin təsdiq edilməsi haqqında qərar verib. 
Baş nazir Artur Rasizadənin imzaladığı qərarda Təhsil və Maliyyə nazirliklərinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
"Təhsildə xüsusi nailiyyətlərə görə" qızıl və gümüş medalların təsviri
 - Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların təltif olunması üçün qızıl və gümüş medallar diametri 40 mm, qalınlığı 3 mm olan lövhə şəklində hazırlanacaq.
 - Medalların üz tərəfində Azərbaycan Respublikasının Dövlət gerbi, gerbdən yuxarıda "Azərbaycan Respublikası" sözləri simmetrik yerləşdirilməklə həkk olunacaq.
 - Medalların arxa tərəfində çevrə daxilində qövsvarı kəsikdən başlanan günəş şüaları fonunda açıq vəziyyətdə olan kitabın qövsvarı kəsiklə daxili çevrə arasındakı hissədə aypara və səkkizguşəli ulduzun təsviri, yuxarı hissədə iki çevrə arasında saat əqrəbi istiqamətində "Təhsildə xüsusi nailiyyətlərə görə" sözləri həkk edilir. Bütün yazılar və təsvirlər qabarıqdır.
 - Qızıl medalın yan səthində çevrə boyunca böyük çap hərfi ilə QIZIL MEDAL, gümüş medalın yan səthində GÜMÜŞ MEDAL sözləri nəqş olunur.
 - Medallar bürünc metaldan hazırlanır. Qızıl medalın səthinə qızıl, gümüş medalın səthinə gümüş suyu çəkilir.
 - Medallar qırmızı rəngli plastik qutulara qablaşdırılır.
Təhsildə xüsusi nailiyyətlərə görə qızıl medalın təsviri:
Təhsildə xüsusi nailiyyətlərə görə gümüş medalın təsviri:
Modern.az




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.