140 milyon il əvvəl yaşamış dinozavrın interaktiv modeli » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » 140 milyon il əvvəl yaşamış dinozavrın interaktiv modeli
 
 » Xəbərlər » Həftə içi xəbərlər » 140 milyon il əvvəl yaşamış dinozavrın interaktiv modeli

     
 
Xəbərlər » Həftə içi xəbərlər: 140 milyon il əvvəl yaşamış dinozavrın interaktiv modeli
 
 
Müəllif: Carchi | 18 Aprel 2011 | 12343 dəfə oxunub
http://zeka.az/1495-140-milyon-il-jvvjl-yaeamde-dinozavrdn-interaktiv-modeli.html

140 milyon il əvvəl yaşamış dinozavrın interaktiv modeli

ABŞ alimləri dünyada ilk dəfə olaraq 140 milyon il əvvəl yaşamış dinozavrın interaktiv modelini yaratmışlar

Nyu-Yorkda “ Dünyanın ən iri dinozavrları” sərgisi açılmışdır. ABŞ alimlərinin dünyada ilk dəfə olaraq yaratdıqları 140 milyon il bundan əvvəl yaşamış dinozavrın interaktiv modelı əsas sərgidə eksponat kimi nümayiş etdirilir. Sərginin eksponatları əvvəlcə dinozavrların kolleksiyalaşdırılması və oyrənilməsi üzrə ən iri elmı mərkəz olan Nyu-York Milli Təbiətşünaslıq Muzeyındə jurnalistlərə göstərilmişdir.

İndi burada muzey zalına güclə yerləşdirilmiş mamençizavrın tam bərpa edilmiş müqəvvasına, habelə ayrıca pavilyonda qoyulmuş dəri, əzələ toxumaları və daxili orqanlarından quraşdırılmış bədəninə də baxmaq mümkündür. Paleontoloqlar bu sərgini dinozavrların öyrənilməsinin “yeni erası” adlandırırlar.

Sərginin kuratoru, paleontologiya bölməsinin müdürü Mark Norel demışdır: “Sorusçan adlandirılmış bu dişi dinozavr 140 milyon il əvvəl indi Çinin olduğu ərazidə, Sıçuan əyalətində yaşamışdır.”

Dinozavr 1952-ci ildə yol çəkilişi zamanı aşkar edilmişdir. Biotexnologiya sahəsində əldə edilmiş son nailiyyətlər yalnız 18 il yaşamış və naməlum şəraitdə həlak olmuş dinozavrın həyat tərzini müəyyənləşdirməyə imkan vermışdır. Sorusçan özünəməxsus zərifliyi ilə fərqlənirdi-onun çəkisi cəmi 13 ton, ayaqlarının uzunluğu 3,5 metr idi, gündə 450 ton bitki ilə qidalanırdı. Heç də təəccüblü deyildir ki, bir çox dinazavr növlərinin dişləri hər ay yeyilib düşürdü və yerinə təzələri çıxırdı.

Bu nəhənglər cinsi yetkinliyə 23 yaşında çatırdı. Qeyd etmək lazımdır ki, kiçik dinozavr dünyaya təxminən insan körpəsi ölçüsündə gəlirdi. Lakin ilk beş gündə ölçü ikiqat, daha yeddi gündən sonra yenə iki dəfə artırdı. Alimlər hesab edirlər ki, bir vaxtlar planetimizdə yaşamış bu ən uzunboğazlı canlılar 35 il ömür sürürdülər.

Mark Norel bildirir ki, dinozavrlar heç də yox olmamışlar. Bugün biz onları sadəcə quş adlandırırıq. Quşlar dinozavrların növlərindən biridir. Quşların və dinozavrların ürəyi, nəfəsalma və çoxalma sistemləri eynidir. Bəs, ən iri dinozavrlar niyə yox olmuşlar, indiyədək bizə məlum deyildir. Alimlər buna səbəb kimi vulkan püskürmələrini, asterodlərin Yer kürəsinə çırpılmasını ehtimal edirlər. Lakin ümumi rəyə gələ bilməmişlər.

Dinozavrların ən irisinin-argentinozavrın çəkisi 90 tona çatırdı və ya 15 Afrika filinin ümumü çəkisinə bərabər idi. Dinozavr mülayim xüsusiyyətə malik idi və vegeteian pəhrizə riayət edirdi. Trinozavr isə qorxunc görkəminə baxmayaraq cəmdəklə qidalanırdı. Alimlər trinozavrların Yura dövründə yaşamış daha kiçik həmcinslərinə qaçıb çata biləcəklərinə şübhə edirlər.

Alimlərin fıkrincə Yer kürəsində həyatın tarixi ən azı 3,8 milyard ilə bərabərdir. Mastodontların və onların nəhəng müasirlərinin ömrü bu tarixin yalnız 5 faizini təşkil edir. AzərTAc





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.