Möminin möminlə münasibəti » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Hikmətli sözlər » Möminin möminlə münasibəti
 
 » Elm və mədəniyyət » Hikmətli sözlər » Möminin möminlə münasibəti

     
 
Elm və mədəniyyət » Hikmətli sözlər: Möminin möminlə münasibəti
 
 
Müəllif: Admin | 18 Aprel 2011 | 12943 dəfə oxunub
http://zeka.az/1496-mgmin-v-mgminin-aynasdddr.html

Möminin möminlə münasibəti

Sual: “Möminin  möminlə münasibəti necə olmalıdır?”

Cavab: Həzrət Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) buyurmuşdur: “Mömin möminin aynasıdır”. Bu olduqca  gözəl bənzətmə bir çox nöqtələri əhatə edir ki, onların bəzilərini qeyd edirik:

 1. Ayna kimi olaq. Başqalarının  həm   gözəlliyini görək və həm də zəif cəhətlərini. Sadəcə yaranın üzərində oturan  milçək kimi olmayaq.

 2. Ayna kimi olaq, mikroskop kimi deyil. İnsanların eybini olduğundan böyük görməyək.

 3. Ayna kimi olaq, daraq kimi deyil. Ayna eybləri üzbəüz söyləyər, ancaq daraq başın arxasına gedər və tüklərin arasında danışar.

İstərəm dostum eybimi aynatək üzbəüz söyləsin

Nəinki başın arxasına keçib daraqtək tükbətük söyləsin

 4. Ayna insanların məqam və mərtəbəsindən çəkinməz və hədəyə də düçar olmaz.

 5. Ayna onu toz basmayanadək  işə yararlı olduğu kimi, insan da özü eyibli olmayanadək tənqid edə bilər.

 6. Aynanı bizim eyblərimizi göstərdiyi üçün sındırmaq xətadır. Tənqid edən insanları da incitmək doğru olmaz.

 7. Əgər aynanı sındırsanız belə, onun hissələri xətalarımızı və eyblərimizi göstərər. Mömini incitsələr belə, öz işindən əl çəkməyəcəkdir.

 8. Ayna saf olduğu üçün bizim eyblərimizi söyləyər, mömin də gərək sədaqətli olaraq qardaşının eybini söyləsin. Kin və intiqam almaqla yox.

 9. Ayna bizim eyblərimizi özündə saxlamaz. Biz kənara çəkilən zaman eyblərimiz də bizimlə gedər. Mömin də gərək üzbəüz eybləri söyləsin, kənara çəkiləndən sonra qəlbindən silsin.

 10. O kəs öz eybini başa düşər ki, onu başa düşmək istəyər, çünki aynaya səthi baxmaqla eybləri görmək olmaz.

             Ustad Möhsün Qəraətinin "Mühüm suallara qısa cavablar" kitabından





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.