Şer və poeziyanın əhəmiyyəti » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Şer və poeziyanın əhəmiyyəti
 
 » İstirahət » Poeziya » Şer və poeziyanın əhəmiyyəti

     
 
İstirahət » Poeziya: Şer və poeziyanın əhəmiyyəti
 
 
Müəllif: muslim | 18 İyul 2009 | 13003 dəfə oxunub
http://zeka.az/15-350er-v601-poeziyan305n-601h601miyy601ti.html

Heç kəsə gizli deyil ki, dünya ədəbiyyatı xəzinəsinə qiymətli incilər bəxş edən ədəbiyyatlardan biri də Azərbaycan ədəbiyyatıdır. Bu gün dünyanın müxtəlif yerlərində Azərbaycanı hərə bir şəkildə tanıyır (mümkündür biri II dünya müharibəsində olan generalları ilə, başqa birisi elm əhlindən olan alim və akademiklərlə). Tarixin ən ağır döyüş səhnələrini araşdıran bəzi insanlar Azərbaycanı məharətli döyüşçüləri və generalları ilə, elm sahəsində araşdırma aparanlar Azərbaycanı alimləri və akademikləri ilə, din sahəsində araşdırma aparanlar Azərbaycanı böyük müctəhid və dini alimləri ilə, şer – poeziya sahəsində araşdırma aparanlar Azərbaycanı Füzuli, Nizami, Nəsimi və s. ilə tanıyırlar. Bununla da biz şer və poeziyanın nə qədər mühüm olduğunu başa düşürük. Əlbəttə, bu məsələnin bir tərəfidir, çünki şer və poeziyanın Azərbaycanı tanıtdırmaqdan əlavə xalqımıza verdiyi elmi-mənəvi və əxlaqi faydaları da vardır ki, hələ də xalqımızın arasında dahilərin şerlərindən tez-tez ibrətamiz misallar və sitatlar gətirilir. Bəzən bir şairin şerlə dediyini böyük bir siyasətçi deyə bilmir. Elə ona görədir ki, tarix boyu bəzi hökmdarların öz saraylarında şair saxladıqlarının şahidi oluruq ki, onların arasında bəziləri öz şairlik vəzifəsini düzgün yerinə yetirmədiyinə və qələmin hərarətini yaltaqlığa həsr etdiyinə görə “saray şairləri” adını almışdırlar.

Biz şer və poeziyanın mühümlüyünü nəzərə alıb öz saytımızda ayrıca bir rubrikanı şer və şairlərə həsr edib onların bu günki cəmiyyətimizdə olan mühüm yerini xalqımıza çatdırırıq ki, bununla da öz mənəvi borcumuzu az da olsa bu sahədə yerinə yetirmiş olaq. Bu ümidlə ki, Azərbaycanımızda gələcəkdə də yeni-yeni Nizamilər, Füzulilər və s. ərsəyə çıxsınlar.

 

 

     

 Hikmətin  fəziləti.

 

 Qədim bir kitabda verilmiş xəbər-

 İranda bir həkim varmış mö’təbər.

 

 Ümidi yox ikən onun sabaha,

 Belə bir sifariş göndərdi şaha:

 

“Onun üzüyünü böyük hökmdar,

 Ən müdrik adama versin yadigar”.

 

 Şah bu vəsiyyəti icra edərkən,

 Ehtiyat edirdi divanələrdən.

 

 Çünki hər dövlətli, kasıb, hər gəda.

 Özünü ən müdrik bilir dünyada.

 

 Nəhayət, hamını çağırtdırdı şah,

 Onları mətləbdən eylədi agah.

 

 Dedi: Üç suala istərəm cavab,

 Kim daha düz desə olsun intixab.

 

 Əvvəl- ən xeyirli nədir müxtəsər?

 Tamahkar olanlar dedilər ki,- zər! 

 

 Vergi toplayanlar dedilər: xərrac!

 Tacirlər dedilər: alver və rəvac!

 

 Şah dedi: Uzaqdır bunlar mətləbdən

 Orada bir qoca durmuşdu, həmən.

 

 Söylədi: hər şeydən xeyirli- hünər!

 Hünərsiz heç bir şey olmaz müyəssər.

 

 Şah qəbul eylədi, soruşdu yenə:

 Dünyada hər şeydən yaxşı deyin,nə?

 

 Yüksəldi müxtəlif səslər saraydan:

 Şahın razılığı... şadlıq... firavan.

 

 Yenə də o qoca dedi bu sözü:

 Hər şeydən yaxşıdır: yaxşılıq özü

 

 Çünki yaxşı sifət olarsa səndə,

 Afərin söyləyər dost da, düşmən də.

 

 Şah dedi: Ən lazım nədir insana?

 Yenə də çox fikir çıxdı meydana.

 

  Şah isə qocaya edirdi diqqət,

  Dedi: Ən lazımlı şeydir- həqiqət,

 

 

  Həqiqət olmasa, olmaz intizam,

  Dünya həqiqətlə dolanır müdam.

 

  Şah qalxıb qocaya eylədi tə`zim,

  Üzüyü hörmətlə eylədi təqdim.

 

  Əmr etdi saraydan getməsin bir an,

  Ki, alsın hər işdə məsləhət ondan.

 

  Nəhayət, oldu o şahın vəziri,

  Ölkəni düzəltdi onun tədbiri.

 

  Nə yaxşı olardı hər ölkədə ah,

  Olaydı belə bir vəzir ilə şah.

 

  Ey Qüdsi, hikmətdən varsa xəbərin,

  Yaxşı adamlarda olsun nəzərin.

                  

                       Abbasqulu ağa Bakıxanov

                                     Qüdsi.

 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 6)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 5
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.