Zəhraya (Allahın salamı Ona olsun!) xatir... » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Zəhraya (Allahın salamı Ona olsun!) xatir...
 
 » Din » Əxlaq » Zəhraya (Allahın salamı Ona olsun!) xatir...

     
 
Din » Əxlaq: Zəhraya (Allahın salamı Ona olsun!) xatir...
 
 
Müəllif: Zeyneb | 22 Aprel 2011 | 12656 dəfə oxunub
http://zeka.az/1503-zjhra-allahdn-salamd-olsun-ona-ya-xatir.html

Zəhraya (Allahın salamı olsun Ona!)  xatir...

Bu gün  məqaləmi  bir  xanımla  əlaqədar  yazıram. Özümün  də  qibtə  etdiyim  bir  hərəkətinə  görə,  elə  bildim  bu  məqaləni  yazmasam  haqqına  girərəm.

Bildiyimiz  kimi,  bu  günlərdə  Əyyami  Fatimiyyədi. Yəni  Fatimə  günləri. Peyğəmbərin  (Allahın salamı Ona və Onun pak əhli behtinə olsun!) ciyər  parası, haqqında  surə  nazil  olmuş  Xanım  Zəhranın  şəhadət  günləridi. Məqaləm  o  mövzuda  deyil  ki, daha  Xanım  necə  şəhadətə  yetişdi, necə  dəfn  olundu, kimlərdən  küsülü  getdi  və  s.

Mərcəye - Təqlidlərdən  bəziləri  Xanımın  şəhadət  günlərini  Məhhərrəmlik  kimi  qeyd  etməyi  tövsiyyə  etmişlər.

Keçim  məqaləmin  səbəbkarına... Çox  dəyər  verdiyim  imanlı  xanımlardan  birinin  bu  gün  toy  mərasimi  olacaqdı. Amma  toy  çoxdan  təyin  olunmuşdu  və  diqqətsizlik  ucbatından  toyun  bu  günlərə  təsadüf  edəcəyi  bilinmirdi. Xanım  toyuna  bir gün  qalmış  bu  xəbəri  aldı. Toy  təbii  ki,  dini  toy  olacaqdı. Bu  xanım  haqda  bir  şeyi də  qeyd  edim  ki,  bu  Xanım  Zəhraya  (Allahın salamı Ona olsun!) xatir  öz  adını  dəyişib  Zəhra  qoyub. Bir  çox  dindarlarla  bu  məsələ  müzakirə  olundu. Hamı  yekdilliklə  bu  sözü  dedi: Toy  eləmək  haram  deyil... Bəzi  ruhanilər  isə düzdür,  haram  deyil, amma  mən  bu  günlərdə  toy etməzdim  dedilər.

Zəhra  bacım  və  onun  dindar  anası  çox narahat  oldular. Ələxsus da  artıq  hamı  dəvət  olunub  deyə  geri  çəkilmək  olmur. Zəhranın  atası  dindar olmadığından  ona  da  ləğv  et  demək  olmurdu.

Sonda  Zəhranın  gəldiyi  qərar  bu  oldu  ki, gəlin  paltarı  geyməyəcək. Oğlan  tərəfi  xonça  gətirməyəcək və  zala  daxil  olanda  adi  paltarda  daxil  olacaq. Özü də  Xanım  Zəhranın  (Allahın salamı Ona olsun!) öz   toyu  günü  etdiyi  hərəkəti  səhnələşdirilmiş  formada  toydakı  xanımlara  göstərəcək. Məclis  tamamən  şəhadətə  həsr  olunacaq. Heç  bir  şadyanalıq  olmayacaqdı.

Nəysə  mənim  bu  Zəhra  bacıma  bir  sözüm  var ki, Zəhra  sən  Zəhraya  xatir  toyundan  keçdinsə  Zəhra  da  Qiyamət  günü  özü  sənə  yardımçı  olacaq. Aman  Allah! Camaat  haramdan  çəkinə  bilmədiyi  halda  bizim  Zəhra  bu  qərarı  aldı.

Sonda  mən  Zəhraya  Xanım  Zəhraya  xatir  iman, təqva  və  cənnət  arzulayıram!

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.