Sillə qiyamətəycən » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Sillə qiyamətəycən
 
 » İstirahət » Poeziya » Sillə qiyamətəycən

     
 
İstirahət » Poeziya: Sillə qiyamətəycən
 
 
Müəllif: muslim | 11 Noyabr 2009 | 12372 dəfə oxunub
http://zeka.az/154-350ill601-qiyam601t601yc601n.html
alt

Neyləyirsən, eylə qiyamətəycən,

Ömr gülünü iylə qiyamətəycən.

 

Hər şeyə sövq eylədi, şeytan səni,

Qüvvədədir hiylə qiyamətəycən.

 

Yoxdu o dünyada fisincanpilov,

Qarnını sən piylə, qiyamətəycən.

 

Xərci töküb çox yerə mülk salmısan,

Mülkün olar tövlə qiyamətəycən.

 

Qanımızı biz sənə etdik halal,

İç, hələlik meylə, qiyamətəycən.

 

Siqnalı vur “Cipp”inə cippildəsin,

Ömrünü sür, böylə qiyamətəycən.

 

Qaçqın əgər yolda sənə əl açsa.

Gözləginən, söylə qiyamətəycən.

 

Yığdığını indi çıxart ortaya.

İsrəfili əylə qiyamətəycən.

 

Pünhana söz şilləsi haqqdan gəlir,

Yağdıracaq sillə qiyamətəycən.

 

Baba Pünhan





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.