Təqlid hökmləri kimlərə aiddir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Təqlid hökmləri kimlərə aiddir
 
 » Din » Əhkam » Təqlid hökmləri kimlərə aiddir

     
 
Din » Əhkam: Təqlid hökmləri kimlərə aiddir
 
 
Müəllif: muslim | 12 Noyabr 2009 | 12449 dəfə oxunub
http://zeka.az/156-t601qlid-h246kml601ri-kiml601r601-aiddir.html

Təqlid hökmləri kimlərə aiddir

Müctəhidlərin dini mənbələrə əsasən verdiyi fətvalara əməl etmək mükəlləf olan şəxslərə vacibdir. Mükəlləf-təklif yaşına və ya yetkinlik yaşına çatmışlara deyilir. Yəni təqlid məsələləri aşağıdakı şərtləri olanlara aiddir:

1. Həddi-Buluğa çatmaq. Həddi buluğa şatmanın əlamətləri isə bunlardır:

a) Hicri-qəməri ili ilə oğlanların 15 yaşı, qızların isə 9 yaşının tamam olması.

b) Qoltuğun altında və cinsiyyət üzvünün üstündə qalın tüklərin bitməsi.

c) Spermanın insandan xaric olması.

2. Ağıllı olmaq (anormal olmasın).

3. Hökmləri yerinə yetirmək üçün qadir olmaq.

Deməli, bu 3 şərti özündə cəmləyən insanlar öz dini vəzifələrini yerinə yetirmək üçün təqlid etməlidirlər. Onlar Allah-Taala tərəfindən verilən əmrlərə və qadağalara görə məsuliyyət daşıyırlar. Əgər əmr və qadağalardan üz döndərsələr, onları əzab gözləyir.

Amma uşaqlara (həddi-buluğa çatmayan), dəlilərə (ağıllı olmayanlar) və qüdrəti olmayanlara heç bir təklif və vəzifə yoxdur. Elə buna görə də uşaq ya dəli yalan danışsa ya namaz qılmasa, ona əzab olunmayacaq. Baxmayaraq ki, uşaq yetkinliyə çatmamış müəyyən işləri görsə, məsələn: namaz qılsa ya Həcc əməlin yerinə yetirsə savab əldə edir. Lakin, tərk etsə də heç bir əzabı yoxdur.

Əlbəttə, onların valideynlərinin və digər himayədarlarının üzərinə onların etdiyi bəyənilməyən əməllərə görə məsuliyyət düşür. Yəni uşağın və dəlinin başqalarının hüquqlarına təcavüz etdiyini görəndə gərək onları bu işdən çəkindirsinlər, hətta lazım gələrsə ümumi nəzm-intizamın və ədalətin qorunması üçün onları yüngül tənbeh etməlidirlərlər (ədəbləndirməlidirlər).





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 4)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.